Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi böyük geosiyasi güclərin yarış məkanına çevrilməməlidir” POLİTOLOQ

“Zəngəzur dəhlizi böyük geosiyasi güclərin yarış məkanına çevrilməməlidir” POLİTOLOQ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Zəngəzurla bağlı bizim əsas yanaşmamız ondan ibarətdir ki, nəqliyyat marşrutları diversifikasiya olunmalıdır. Yəni, yalnız bir marşruta bağlı qalmadan nəqliyyat sahəsində rəqabətin artması təmin edilməlidir. Azərbaycanın artıq Avropaya çıxışı mövcuddur – həm avtomobil, həm də dəmir yolu ilə. Hazırda regionda nəqliyyat yollarının şaxələndirilməsi siyasətini həyata keçirərək daha çox tranzit gəlirləri, etibarlılıq və proqnozlaşdırıla bilən dövlət siyasətini gücləndirmək niyyətindəyik”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib:

“Burada narahatlıq ifadə edən dövlətlər də anlamalıdırlar ki, sözügedən marşrutlar yalnız regionun xeyrinədir və böyük coğrafiyalar arasında əməkdaşlığı möhkəmləndirir. Bu, Mərkəzi Asiya, Xəzər hövzəsi, Qafqaz, qardaş Türkiyə və Avropa bağlantısını əhatə edir.

Əlavə olaraq, yalnız dəmir yolu və avtomobil yolları ilə məhdudlaşmayan, həm də elektrik enerjisi, qaz, neft və digər kommunikasiya infrastrukturlarını özündə birləşdirən geniş nəqliyyat potensialı mövcuddur ki, bu da layihənin əhəmiyyətini artırır.

Dünyada şimal və cənub istiqamətlərində gedən müharibələr, məhdudiyyətlər və sanksiyalar fonunda yeni alternativ, dayanıqlı və təhlükəsiz marşrutlara böyük ehtiyac var. Regionda sülhün təmin olunması həm də davamlı nəqliyyat axınını formalaşdırır. Bu, əsas məsələdir”.

İlyas Hüseynov qeyd edib ki, hazırda Körfəzdə və Süveyş kanalında yaşanan çətinliklər, terror hücumları, ticarət yüklərinə və gəmilərə edilən zərbələr fonunda Azərbaycan həm yeni nəqliyyat bağlantısı yaradır, həm də etibarlı mühit formalaşdırır.

“Qardaş türk dövlətləri, Mərkəzi Asiya ölkələri buna müsbət yanaşır, Çinin “Bir kəmər, bir yol” konsepsiyasına uyğundur və Avropa İttifaqının maraqları ilə də üst-üstə düşür. Bütün bunlar göstərir ki, Azərbaycanın bəyan etdiyi hər bir hədəfin reallaşması istiqamətində ciddi işlər görülür və artıq əksər məqsədlərə nail olunub”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri