Zəngəzur dəhlizi təkcə regional deyil, geosiyasi əhəmiyyətə malik bir layihədir Politoloq
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Rusiya və İran bu dəhlizin açılmasında tərəddüdlü və hətta qarşı mövqe sərgiləyirlər. Çünki bu dəhliz Türkiyənin Orta Asiyaya quru çıxışını təmin edir, bu isə Rusiya və İranın geoiqtisadi nəzarətinə zərbə ola bilər. Həmçinin, İran öz ərazisindən keçəcək alternativ marşrutun dəstəklənməsini istəyir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O deyib ki, burada böyük güclərin maraqlarının toqquşması artıq açıq şəkildə müşahidə olunur:
“ABŞ və Qərb dairələri bu məsələdə daha çox Türkiyə və Azərbaycanın mövqeyinə yaxın durur. Bu isə regionda çoxqütblü maraqların balansını dəyişə bilər. Paşinyanın rolu həlledicidir. O, ya İran və Rusiyanın təsirinə boyun əyəcək, ya da dəhlizin açılmasına razılıq verərək Qərbə yaxınlaşmaq xəttini gücləndirəcək. Amma görünən odur ki, Ermənistan tərəfi daim "iki kürsüdə oturmaq" siyasətini davam etdirir. Azərbaycan və Türkiyə bu layihədə israrlıdır. Təkcə iqtisadi yox, strateji və hərbi baxımdan da bu yolun açılması önəmlidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı üçün bu dəhliz Türk dünyasının fiziki bağlantısı deməkdir. Zəngəzur dəhlizinin açılması sadəcə texniki yox, ciddi siyasi qərarlar tələb edən bir məsələdir. Bu istiqamətdə Bakı və Ankaranın birliyi və ardıcıl siyasəti bu məqsədin gerçəkləşməsi üçün əsas faktordur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Politoloq: Zəngəzur dəhlizi qlobal əhəmiyyətli böyük layihədir
09 Yanvar 2025 17:48
Politoloq: Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi rolunu gücləndirəcək
14 Avqust 2025 18:09
Zəngəzur dəhlizi Azərbaycana bir çox sahədən töhfə verəcək konseptual bir layihədir Politoloq
25 Sentyabr 2025 18:12
Zəngəzur dəhlizi açılmalıdır POLİTOLOQ AÇIQLADI
05 Fevral 2025 13:19
“Zəngəzur dəhlizi böyük geosiyasi güclərin yarış məkanına çevrilməməlidir” POLİTOLOQ
12 Sentyabr 2025 16:27
Baxış sayı:65
Bu xəbər 30 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları