Icma.az
close
up
RU
Zəngəzur dəhlizi həm Orta, həm də Şimal Cənub dəhlizinin mühüm hissəsidir

Zəngəzur dəhlizi həm Orta, həm də Şimal Cənub dəhlizinin mühüm hissəsidir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Zəngəzur dəhlizi tarixən Azərbaycan ilə Naxçıvan arasında əsas əlaqəni təmin edən strateji yol olub. Sovet dövründə dəmir yolu vasitəsilə bu marşrutdan həm yük, həm də sərnişin daşımaları həyata keçirilib, regionun iqtisadi və sosial həyatında mühüm rol oynayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra dəmir yolunun fəaliyyəti dayanıb və Naxçıvanın Azərbaycanla birbaşa quru bağlantısı kəsilib.

2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla regiondakı bütün kommunikasiya xətlərinin açılması qərara alınıb və bununla Zəngəzur dəhlizinin bərpası gündəliyə daxil olub. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş naziri Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Sözügedən Bəyannamənin 4-cü bəndində qeyd olunur ki, “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.

Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması üçün addımlar atır, Ermənistan gözləyir

Zəngəzur dəhlizinin ("Trump Route for International Peace and Prosperity" - TRIPP) reallaşdırılması məqsədilə Azərbaycan dövləti tərəfindən Horadiz–Ağbənd dəmir yolunun tikintisi aparılır.

Layihə 2021-ci ildən icra olunmağa başlanmış və 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır. Horadiz-Ağbənd dəmir yolu xətti təkxətlidir və elektrikləşdirilməmişdir. Xəttin ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) təşkil edir və marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası və bir il ərzində Azərbaycan hissəsinin istismara tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 84% (səksən dörd faiz) yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 67% (altmış yeddi faiz) təşkil edir.

Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikintisi layihəsi üzrə yolun ümumi uzunluğu 149.902 km təşkil edir. Layihə çərçivəsində anayolun uzunluğu 123.566 km, qovşaq yollarının ümumi uzunluğu isə 26.336 km-dir. Yolun texniki dərəcəsi 1B olmaqla, hərəkət hissəsinin eni 14–21 m, torpaq yatağının eni isə 21.5–29.5 m arasında dəyişir. Yol boyu 4–6 hərəkət zolağı nəzərdə tutulub. Hazırda layihə üzrə fiziki işlərin 95%-i icra olunub.

Eyni zamanda avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun tikintisinə başlanması mərasimi keçirilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xəttin 4 il ərzində başa çatdırılması və istifadəyə verilməsi planlaşdırılır. Bu xətt Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq.

Marşrutunun uzunluğu 43 kilometrdir. Marşrutun Ermənistan ərazisindən keçməsi səbəbindən layihələndirmə və tikinti işlərinin həyata keçirilmə tarixi müəyyən edilməyib.

Orta dəhlizin mühüm tərkib hissəsi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, ticarətin iqtisadiyyatın əsas hərəkətverici qüvvəyə çevrildiyi vaxtdan etibarən Avrasiya materiki hər zaman dünyanın ən mühüm iqtisadi məkanı olub. Bu materikdə ticarətə nəzarət etmək üçün çoxsaylı müharibələr olmuş, və bütün imperiyalar materikdə yerləşən Avropa və Asiya arasında ticarət yollarına nəzarət etməyə çalışmışlar. Əgər əvvəllər quru yollar, sonralar boğazlar uğründa mübarizə gedirdisə, XXİ-ci əsrdə artıq mübarizə koridorlar üzərində getməyə başlamışdır. Dünyanın diqqətində olan, Avrasiya materikinin çox mühüm iqtisadi və geosiyasi koridoruna çevrilən Zəngəzur koridoru öz əhəmiyyətinə görə mühüm strateji rola malikdir:

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasi müdrikliyi sayəsində ABŞ-da imzalanan sülh bəyannaməsi dəhlizin beynəlxalq statusla aktiv fəaliyyəti üçün mühüm imkanlar yaradıb. Zəngəzur dəhlizi Şərq-Qərb ticarət münasibətlərində mühüm rol oynamağa başlayan Orta dəhlizin mühüm tərkib hissəsidir. Bu dəhliz tarixi İpək Yolunun bərpasına xidmət etməklə yanaşı, Azərbaycanı Naxçıvan və Türkiyə üzərindən birbaşa Avropaya bağlayır”.

Zəngəzur Dəhlizinin Şimal-Cənub Nəqliyyat Dəhlizindəki rolu

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin illik yükdaşıma potensialı təxminən 15 milyon ton həcmində qiymətləndirilir. Bu göstərici dəhlizin həm Orta dəhliz, həm də Şimal–Cənub nəqliyyat marşrutları üçün əhəmiyyətli əlavə dəyər yaratdığını göstərir və Azərbaycanın tranzit imkanlarının genişlənməsinə xidmət edir. Dəhlizin reallaşması ilə ölkə ərazisində kəsintisiz və dairəvi dəmir yolu xətti təmin olunacaq:

“Bakı–Tbilisi–Qars dəmir yolu ilə müqayisədə Zəngəzur dəhlizi daha qısa məsafəyə malikdir və bu, relyef və hərəkət sürəti üstünlükləri sayəsində daşımaların vaxt və məsrəf baxımından daha səmərəli olmasına imkan yaradır. Eyni zamanda dəhliz mövcud marşrutlara alternativ yaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərə daşınmasını təmin edir. Bu, regionun tranzit imkanlarını genişləndirir, Azərbaycanı isə Orta dəhliz üzrə daha güclü logistika qovşağına çevirir. Artan ticarət əlaqələri Orta Dəhlizin strateji rolunu daha da gücləndirir və bu marşrut üzrə yükdaşımaların həcmi ildən-ilə artmaqdadır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcəkdir. Bu baxımdan, Orta Dəhlizin mühüm qolu olan Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir.

Zəngəzur dəhlizi təkcə Orta dəhlizin deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm tamamlayıcı hissəsi kimi çıxış edir. Hindistan və İrandan gələn yüklərin Azərbaycan üzərindən şimal istiqamətinə daşınmasında bu dəhliz əlavə imkanlar yaradır. Belə ki, İrandan daxil olan yüklər Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Şimali Avropaya yönləndirilə bilər”.

Zəngəzur Dəhlizinin Azərbaycanın iqtisadiyyatına, Türk dövlətlərinin inteqrasiyasına və beynəlxalq ticarətə təsiri

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü nəzərə çatdırıb ki, Azərbaycanın qeyri-neft iqtisadiyyatı sürətlə yenilənir, mühüm keyfiyyət dəyişikliklərinə məruz qalır, sənayeləşir: “Belə bir mərhələdə ixrac imkanlarımızı genişləndirlən, iqtisadi maraq bazarlarımıza sürətli və ucuz çatmağı təmin edəcək Zəngəzur koridorunun Azərbaycan daxili iqtisadi effekti əhəmiyyətli dərəcə böyük olacaqdır. Eyni zamanda, yeni yaranan Türk Dünyası Dövlətiləri təşkilatlarının iqtisadi inteqrasiyası və dünyada rəqabət qabiliyyətinin artırılması yolunda bu dəhlizin müstəsna əhəmiyyəti vardır. Son zamanlar dünya ticarətinin əsas tərəfdaşları tərəfindən irəli sürülən fikirlər onu göstərir ki, Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması hər kəsin marağındadır və bu beynəlxalq ticarətin özünə müsbət təsir edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri