Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ilə bağlı yeni addım İranın niyyəti bəlli olur

Zəngəzur dəhlizi ilə bağlı yeni addım İranın niyyəti bəlli olur

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İran səfəri Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir. Yəni İranın Cənubi Qafqaz və Yaxın Şərqdəki təsirləri təsvir ediləndən də daha mürəkkəb çətinliklərlə üzləşib”.

Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı siyasi analitik Aqşin Kərimov bildirib.

O əlavə edib ki, İranın artan çıxılmaz vəziyyətlərlə qarşı-qarşıya qalması, o cümlədən daxili hekayələrdəki mümkün qarşıdurma ssenariləri “keçid dövrü”nün deyil, daha uzunmüddətli bir prosesin əlamətləridir:

 “İranla Rusiya Hərtərəfli Strateji Əməkdaşlıq haqqında saziş imzalasa da, Moskva İrana mümkün strateji təhdidlərdə müştərək müdafiə öhdəlikləri götürməyib. Bu, regionda İranın nüfuzunun zəifləməsinin müşayiətində Tehran üçün gələcək ssenarilərdə problemləri gücləndirir. Ümumilikdə Suriyada baş verən son hadisələr Azərbaycanın strateji müttəfiqi Türkiyənin Cənubi Qafqazda dominant güc kimi formalaşması ilə nəticələnir. Həm Qərb, həm Rusiya ilə güclü əlaqələrə malik olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi önündə  isə İranın effektiv müqavimət mexanizmləri yoxdur. Üstəlik, İslam Respublikası Donald Tramp administrasiyasının regional siyasətdəki sərt addımlarından çəkinir.

Deməli, Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikrini səsləndirməsi Tehranın təhlükəsizlik arayışlarındakı Azərbaycan amilinin gücləndiyinin ifadəsidir. Azərbaycanla İranın təhlükəsizlik səmtindəki yaxınlaşmaları Tehranın regiondakı əvvəllər elan etdiyi “qırmızı xətləri” ilə əlaqədar məhdudiyyətlərlə nəticələnə bilər. Bu kontekst İranın Zəngəzur dəhlizi prosesindəki “maneələrinin” aradan qalxması ilə yekunlaşacaq. Tehran bu zamana qədər Azərbaycanın “Huseyniyyun dosyesi” üzrə tələb etdiyi şəxsləri Bakıya təhvil verməyib. Ehtimalla, Hikmət Hacıyevin səfəri həmin dosyenin Tehran səfində yeni qiymətləndirilməsinə yaşıl işıq yandıracaq”.

Analitik qeyd edir ki, bunun indi üçün məntiqi açıqlaması budur:

 “İran bayaq qeyd etdiyim boşluqlardan Azərbaycanla artan çevik əməkdaşlıqlar hesabına çıxmağa həvəslidir. Bu, İranda Azərbaycanla əlaqədar bütün müxalif qüvvələrin dövlət qatındakı əməkdaşlıq konsolidasiyası üçün münbit şərait olduğundan Tehram “Huseyniyyun dosyesi” ilə bağlı güzəştlərə hazırdır...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri