Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: Azərbaycan və İranın yeni birgə layihələri

Zəngəzur dəhlizi: Azərbaycan və İranın yeni birgə layihələri

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şərqlə Qərbin qovşağında yerləşən Cənubi Qafqaz regionu Avrasiya materikinin ən mühüm strateji bölgələrindən biri hesab olunur. Bu səbəbdən burada baş verən hadisələr daim diqqət mərkəzindədir. Regionun qlobal arenada nüfuz qazanmasında əsas rolu isə Azərbaycan və onun təşəbbüsü ilə gerçəkləşən layihələr oynayır.

Uzun müddətdir ki, beynəlxalq ictimaiyyətin regionla bağlı əsas müzakirə mövzuları Azərbaycan–Ermənistan arasında gedən sülh prosesi və Zəngəzur dəhlizidir (TRIPP). İki ölkənin sülhə doğru irəliləməsi dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənsə də, dəhliz məsələsində əvvəl müəyyən fikir ayrılıqları oldu. Xüsusilə İran Zəngəzur dəhlizinin açılmasına ən sərt reaksiya göstərən dövlətlərdən biri idi. Rəsmi Tehran arqument kimi Ermənistanla olan sərhədin bağlanması və regionda geosiyasi balansın dəyişməsi ilə bağlı narahatlığını bildirirdi. Azərbaycan isə öz növbəsində deyirdi ki, bu, sərhədlərin dəyişdirilməsinə yox, əksinə, regionun iqtisadi inkişafına və əməkdaşlığın güclənməsinə xidmət edəcək.

Necə deyərlər, zaman ən böyük hakimdir. Vaxt öz işini gördü və Azərbaycanın haqlı olduğu ortaya çıxdı. Artıq İran rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı nikbin fikirlər səsləndirirlər. Yəni onlar bu marşrutun açılacağı reallığını qəbul edirlər. İndiki məqamda rəsmi Tehranın yeganə nigarançılığı ABŞ-ın bu dəhlizdə əsas iştirakçılardan birinə çevrilməsidir. Bu ölkənin xarici işlər naziri Abbas Əraqçi Həmədanda tələbələrlə görüşü zamanı deyib: “Biz regionda sərhədlərin və geosiyasətin dəyişdirilməsini qəbul etmirik və hesab edirik ki, bölgədə təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu məhz regional əməkdaşlıqdır. Bizim ideyamız “3+3” formatıdır. Zəngəzur məsələsi ilə bağlı birbaşa təmasdayıq və bizə bildirilib ki, İrana heç bir təhlükə olmayacaq. Əlbəttə, vəziyyəti diqqətlə izləyirik”.

Nazirin çıxışından da aydın görünür ki, İran artıq Zəngəzur dəhlizinə qarşı çıxmır. Lakin illərlə “soyuq müharibə” apardığı ABŞ-ın bu prosesdə rol oynaması Tehranın əsas narahatlıq mənbəyidir. Bəs, İranın belə bir təlaşa düşməsinə ehtiyacı varmı? Deyə bilərik ki, xeyr, yoxdur! Səbəbi isə odur ki, bu dəhliz tamamilə iqtisadi maraqlara əsaslanır. Bununla yanaşı, Azərbaycan bu vaxta qədər qonşu ölkələrin zərər görəcəyi heç bir işə imza atmayıb, onların maraqlarına hörmətlə yanaşıb. Ona görə də cənab Əraqçinin belə bir gümana düşməsinə ehtiyac yoxdur. Bundan başqa, iranlı nazirin regional təhlükəsizliyi məhz bölgə ölkələrinin əməkdaşlığında görməsi və “3+3” formatını dəstəkləməsi fikirləri də bizə yad deyil. Çünki bu tezisi ilk olaraq Azərbaycan özü irəli sürüb. Sözügedən formatın ideya müəllifi də məhz Azərbaycandır. Yəni ölkəmiz hər zaman regional məsələlərin Cənubi Qafqazda həll olunmasını arzulayıb.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp “C5+1” formatında keçirilən görüş zamanı Zəngəzur dəhlizi haqqında danışıb. Ağ Ev rəhbəri bildirib: “Dediyim kimi, bu tarixi saziş yeni Tramp marşrutunun inşasını nəzərdə tutur. Bu, həqiqətən də möhtəşəm bir layihədir. Onu mənim şərəfimə adlandırıblar və mən bunu yüksək qiymətləndirirəm. Bu, əslində böyük hadisədir – beynəlxalq sülh naminə yeni Tramp marşrutu. Hazırda bu yol çəkilir və dünyanın ən mühüm bölgələrindən biri – iqtisadi cəhətdən də ən əhəmiyyətli yerlərdən biri – vasitəsilə keçir. Bu, Xəzər dənizinin digər tərəfində ticarət fəaliyyətinin artmasına imkan yaradacaq və Mərkəzi Asiya regionundakı bütün ölkələrə fayda verəcək. Mən optimistəm və inanıram ki, bu gün burada iştirak edən hər bir ölkə bu sazişin açdığı imkanlardan istifadə edərək sülhdən mənfəət əldə edəcək”.

Qeyd edək ki, ABŞ liderinin bəyan etdiyi kimi, bu layihə həqiqətən də öz möhtəşəmliyi ilə seçilir. Təşəbbüs irəli sürüldüyü gündən bəlli idi ki, Zəngəzur dəhlizi təkcə regional deyil, həm də qlobal miqyasda mühüm rol oynayacaq. Bu layihə coğrafi baxımdan Cənubi Qafqazı Asiya ilə Avropa arasında strateji körpüyə çevirir. Zəngəzur dəhlizi Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropaya qədər uzanan böyük nəqliyyat və logistika marşrutunun ayrılmaz hissəsini təşkil edəcək. Bu dəhlizin fəaliyyətə başlaması təkcə Azərbaycan və region ölkələri üçün deyil, həm də geniş Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dəhliz vasitəsilə malların daşınma müddəti və xərcləri əhəmiyyətli dərəcədə azalacaq, ticarət dövriyyəsi artacaq, yeni investisiya və əməkdaşlıq imkanları yaranacaq. Zəngəzur dəhlizi, eyni zamanda, Mərkəzi Asiya dövlətləri üçün də böyük strateji üstünlüklər yaradır. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi ölkələr bu dəhliz vasitəsilə Xəzər dənizindən keçərək, Azərbaycan və Türkiyə üzərindən birbaşa Avropa bazarlarına çıxış əldə edəcəklər. Bu, həmin ölkələrin ixrac imkanlarını genişləndirəcək, regional tranzit gəlirlərini artıracaq və onların dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək. Bununla yanaşı, dəhliz regionda sabitlik və əməkdaşlıq mühitini möhkəmləndirəcək, Cənubi Qafqazda yeni iqtisadi reallıqlar yaradacaq.

Sonda qeyd edək ki, İran da digər dövlətlər kimi, Zəngəzur dəhlizindən böyük mənfəət əldə etmək potensialına malikdir. Dəhliz İranın tranzit imkanlarını genişləndirəcək və beynəlxalq ticarət əlaqələrini möhkəmləndirəcək. Bundan başqa, Zəngəzur dəhlizi regionda yük və sərnişin daşımalarını artırmaqla İranın tranzit şəbəkəsini şaxələndirəcək, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək. Eyni zamanda, dəhlizin “Şimal–Cənub” beynəlxalq nəqliyyat marşrutu ilə uzlaşdırılması İranı həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində mühüm nəqliyyat qovşağına çevirəcək

Züriyə QARAYEVA,
politoloq

İranın xarici işlər naziri Abbas Əraqçinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi narahatlıq, əslində, reallıqla tam üst-üstə düşmür. Zəngəzur istiqamətində irəliləyən yeni kommunikasiya marşrutu – TRIPP layihəsi hər hansı geosiyasi bloklaşma yaratmaq üçün deyil, əksinə, region ölkələrinin qarşılıqlı iqtisadi inteqrasiyasını gücləndirmək məqsədi daşıyır. Layihənin əsas prinsipi qarşıdurma deyil, qarşılıqlı fayda üzərində qurulub. Azərbaycanın da dəfələrlə bəyan etdiyi kimi, dəhlizin açılması nə İranın sərhədlərinə, nə də onun maraqlarına təhdid yaradır. Əksinə, İran bu marşrutdan tranzit gəlirləri, ticarət əlaqələrinin genişlənməsi və regiondaxili sabitlik baxımından qazanclı çıxacaq. TRIPP modeli Mərkəzi Asiyadan Aralıq dənizinə qədər uzanan nəqliyyat və enerji xətlərini birləşdirərək, regionda real iqtisadi əməkdaşlıq üçün zəmin yaradır. Bu baxımdan, Əraqçinin narahatlığını haradasa anlamaq mümkün olsa da, faktiki vəziyyət göstərir ki, Zəngəzur marşrutu heç kimin maraqlarını sıxışdırmır. Əksinə, bölgənin bütün ölkələri üçün ortaq rifah və təhlükəsizlik çərçivəsi formalaşdırır.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri