Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: kim dəstəkləyir, kim qarşı çıxır...

Zəngəzur dəhlizi: kim dəstəkləyir, kim qarşı çıxır...

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə Cənubi Qafqazda yeni ticarət dəhlizinin açılmasına yol aça bilər.

Modern.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.

Türkiyə hesab edir ki, bu dəhliz Çinlə Avropa arasındakı ticarəti sürətləndirəcək.

Məqalədə deyilir, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Zəngəzur dəhlizi, TRIPP) Azərbaycanın əsas ərazisini Naxçıvanla Ermənistan üzərindən birləşdirəcək. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bu marşrutun “Pekinlə London arasındakı xətti daha səmərəli edəcəyini” bildirib.

Lakin Vaşinqtonun dəhliz üzərində eksklüziv inkişaf hüquqları əldə etməsi onun istifadəsini məhdudlaşdıra bilər. Türk rəsmiləri bildiriblər ki, ABŞ-ın nəzarət mexanizmi Çinin və digər əsas ixracatçıların bu dəhlizdən istifadə edib-etməyəcəyində həlledici olacaq. ABŞ bu addımı öz diplomatik qələbəsi kimi təqdim edir və bunun Rusiyanın, eləcə də İranın bölgədəki təsirini zəiflədəcəyini vurğulayır.

İran tərəfi ehtiyatlı münasibət göstərsə də, Ayətullah Xameneinin yaxın müşavirlərindən biri sərhəd yaxınlığında ABŞ üstünlüyünə qarşı çıxıb.

Nəşr yazır ki, paralel olaraq Türkiyə də infrastruktur addımlarını sürətləndirir. Avqustun 23-dən Kars ilə Naxçıvanı birləşdirəcək 224 kilometrlik yeni dəmir yolunun inşasına start verilib. 2,4 milyard avro xarici kreditlə maliyyələşən layihə 2029-cu ildə başa çatmalı və ildə 15 milyon sərnişin, 2 milyon ton yük daşımaq gücünə malik olacaq.

Ekspertlərin hesablamalarına görə, Ermənistanla ticarət əlaqələrinin normallaşması Türkiyənin ixracını ildə 3 milyard dollar artıracaq, TRIPP və digər regional layihələrin tam reallaşması isə bu göstəriciyə əlavə 1 milyard dollar qazandıra bilər. ABŞ və Avropa İttifaqı da bu prosesi dəstəkləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri