Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Rusiyanın əlindən niyə çıxdı? Vaşinqton razılaşmalarının şok detalı

Zəngəzur dəhlizi Rusiyanın əlindən niyə çıxdı? Vaşinqton razılaşmalarının şok detalı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Zəngəzur dəhlizinin açılması artıq yaxın perspektivdə reallaşacaq. Azərbaycan, Ermənistan və Türkiyə ərazisindən keçən bu strateji nəqliyyat marşrutu Vaşinqton razılaşmaları çərçivəsində həyata keçiriləcək. Təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazı beynəlxalq ticarət xəritəsində vacib tranzit qovşağına çevirəcək bu dəhliz, bölgə ölkələrinə milyardlarla dollarlıq iqtisadi gəlir vəd edir və Yaxın Şərqdən Avropaya gedən əsas nəqliyyat arteriyasını formalaşdırır. Lakin bu iqtisadi imkanların arxasında böyük güclərin strateji maraqları dayanır. “Tramp marşrutu”nun xəritədə çəkilməsi Moskva, Tehran və Ankara üçün yeni çağırışlar yaradır.

Bəs, bu dəhliz Cənubi Qafqazın gələcək inkişafına necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov bildirib ki, bu, Azərbaycanın böyük uğurudur.

O qeyd edib ki, uzun illər ərzində çoxsaylı dövlətlər və hökumət başçıları sülh sazişinin imzalanması üçün çalışsalar da, heç bir irəliləyiş əldə olunmamışdı:

“ATƏT-in Minsk Qrupu uzun müddət bu sahədə fəaliyyət göstərsə də, nəticə vermədi. Nəhayət, ABŞ dövlət başçısı Donald Tramp bu vacib missiyanı öz üzərinə götürdü və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Vaşinqtona dəvət etdi. Hesab edirəm ki, orada çox tarixi və önəmli bir sənəd imzalandı. Bu sənədin məzmunu barədə hələlik geniş məlumat yoxdur, lakin onun əhatə etdiyi məsələlər çox ciddi əhəmiyyət kəsb edir. Belə ki, bu sənəd Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyə ilə birləşməsi və yeni logistika marşrutlarının açılması baxımından region üçün strateji dönüş nöqtəsidir. Bu layihənin iqtisadi tərəfləri olduqca böyükdür. Çünki Orta Asiyadan və Çindən başlayaraq Azərbaycan Türkiyə vasitəsilə Avropa və digər dövlətlərlə çox ciddi logistika əlaqələri qurur ki, bu da həm Azərbaycana, həm Ermənistana, həm də digər region dövlətlərinə böyük dividendlər gətirəcək”.

İqtisadçının sözlərinə görə, ümumilikdə, dəhlizin təhlükəsizliyi və nəzarəti məsələsi birdəfəlik həll olunub:

“Rusiya uzun müddət Zəngəzur dəhlizi üzərində təsirini saxlamaq üçün çalışırdı, lakin artıq bu mümkün olmayacaq. Donald Tramp mövcud məsələdə öz sözünü dedi və nöqtəni qoydu. Eyni zamanda, bu sənəd gələcəkdə sülh sazişinin imzalanması üçün möhkəm əsas yaratdı və sülh müqaviləsinin imzalanması ilə bağlı qarşıda duran ciddi problemləri minimuma endirdi. Bəzən bəzi ekspertlər və analitiklər Donald Trampın siyasətinə laqeyd yanaşsa da, mən Amerikada olmuşam, dövlət strukturlarının nümayəndələri ilə görüşmüşəm və əminliklə deyə bilərəm ki, Tramp həm biznesmen kimi, həm də dövlət maraqlarını qoruyan bacarıqlı siyasətçidir. O, hazırda dünyanın ən güclü dövlətinin rəhbəri olaraq ölkəsinin maddi maraqlarını uğurla həyata keçirir. Vaşinqton görüşündə İlham Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına layiq görülməsi üçün müraciət etdilər ki, bu da çox cəsarətli və önəmli addımdır. Hesab edirəm ki, açılan bu dəhliz dünya siyasətində çoxsaylı dövlətlərə və regiona böyük faydalar gətirəcək. Logistika, energetika, süni intellekt, ticarət və digər sahələrdə geniş əməkdaşlıq perspektivləri yaranır”.

Müsahibimiz əlavə edib ki, Azərbaycan üçün yaxşı olardı ki, ABŞ-da ticarət evi açsın, necə ki, digər ölkələrdə – Çində və başqa yerlərdə açılıb:

Həmçinin oxuyun:

Rusiya bizi necə cəzalandıracaq? – Hamını narahat edən sualın cavabı tapıldı

Vahid Əhmədov

“Bu, Azərbaycanın Amerikanın geniş imkanlarından yararlanmasına, investisiyaların cəlb olunmasına və ticarət əlaqələrinin genişləndirilməsinə böyük töhfə verəcək. Ümumilikdə, bu tarixi sənəd və əldə olunan razılaşmalar Qafqaza və bütövlükdə regiona sülh və sabitlik gətirir. Xalqımızı və dövlət başçımızı bu münasibətlə ürəkdən təbrik edirəm, İlham Əliyevə işlərində uğurlar və can sağlığı arzulayıram”.

Vahid Əhmədov prosesləri uzun müddətdir yaxından izlədiyini bildirib:

“Müşahidələrim onu göstərir ki, ABŞ və Qərb, xüsusilə ABŞ, Rusiyanın Cənubi Qafqazdakı mövqeyini sistemli şəkildə zəiflətmək, regiondan sıxışdırıb çıxarmaq istiqamətində addımlar atır. Bu, təkcə rəsmi diplomatik münasibətlərdə deyil, həm də praktik səviyyədə özünü göstərir. Məsələn, son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik artır; müxtəlif təxribat xarakterli hadisələr baş verir – qaz borularına zərər vurulması, SOCAR yanacaq məntəqəsinə hücumlar və s. Bunlar əslində müvəqqəti xarakter daşıyan proseslərdir, amma onlardan da görünür ki, vəziyyət dəyişir. Yaxınlarda Trampın köməkçisinin Putinlə görüşündə bu mövzuların müzakirə olunduğunu nəzərə alsaq, görünür ki, bölgədən Rusiyanın çıxarılması prosesi artıq rəsmi şəkildə başlanıb. Zaman keçdikcə görəcəyik ki, Rusiya əvvəlki kimi vahid və qüdrətli dövlət olmayacaq”.

İqtisadçı onu da bildirib ki, Rusiyanın daxilində parçalanma riski getdikcə artır:

“Bunun bariz göstəricisi kimi ölkədə baş verən kütləvi mitinqləri və digər daxili problemləri göstərmək olar. Yaxın illərdə Rusiya Federasiyasının parçalanacağını, onun yerində bir neçə müstəqil dövlətin formalaşacağını proqnozlaşdırıram. Bu, Rusiyanın özü apardığı siyasətin nəticəsidir və dünya gücləri də prosesə maraqla yanaşırlar. Çünki tarixi baxımdan həmin ərazilərin bir vaxtlar Türkiyəyə aid olması faktı var. Bu baxımdan, parçalanma labüddür və qaçılmazdır. Bununla belə, dünən Vaşinqtonda Trampın rəhbərliyi altında baş tutan tarixi görüş bütün dünyaya aydın mesaj verdi: Cənubi Qafqazda bundan sonra ABŞ əsas söz sahibidir və sülh prosesində təminatçı rolunu oynayacaq. Bu, təkcə siyasi açıqlama deyil, real addımlar və razılaşmalar şəklində özünü göstərir. Trampın imzaladığı sənəd regionda yeni nizamın bünövrəsini qoyur və bunun Azərbaycan üçün böyük iqtisadi və siyasi dividendləri olacaq. Azərbaycan artıq inkişaf etmiş, dinamik artan bir dövlətdir, amma bu addımlarla daha da güclü mövqeyə yüksələcək”.

Son olaraq Vahid Əhmədov qeyd edib ki, bu tarixi hadisə həm də onu göstərir ki, Qafqazda sülhə gedən yol açılır, bölgədəki güc balansı dəyişir və Azərbaycan bundan sonra daha geniş imkanlara, beynəlxalq dəstəyə sahib olacaq:

“Əlbəttə, proses uzunmüddətli və mürəkkəbdir, amma dünənki razılaşma gələcəyə dair ümidləri artırır və regionun sabitliyinə ciddi töhfə verir. Bu mərhələdə həm də dünya siyasətində yeni dövr başlayır, hansı ki, Azərbaycan öz inkişaf yolunda daha möhkəm addımlar atacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri