Icma.az
close
up
RU
Daha bir neçə azərbaycanlı Ukraynada həlak olub Ölən və itən həmvətənlərimizin sayı sürətlə artır (FOTOLAR)

Daha bir neçə azərbaycanlı Ukraynada həlak olub Ölən və itən həmvətənlərimizin sayı sürətlə artır (FOTOLAR)

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Rusiyanın Ukraynada davam edən işğalçılıq müharibəsində həlak olan və itkin düşən azərbaycanlıların sayı sürətlə artır. Söhbət daha çox rus ordusunda döyüşənlərdən gedir.

“AzPolitika” xəbər verir ki, ötən gün sosial şəbəkələrdə daha bir neçə həmvətənimizin həlak olması və itkin düşməsi barədə məlumat və fotolar yayılıb.

Təəssüf ki, bu şəxslər arasında Qarabağda döyüşmüş, Qarabağı işğaldan azad etmiş şəxslər də var…

Belə ki, sosial şəbəkələrdə Azərbaycanın Qarabağdakı antiterror döyüşlərində iştirak etmiş 1997-ci il təvəllüdlü Ramin Abdullayevin Ukraynada həlak olduğu bildirilir. Rusiya tərəfində döyüşən mərhumun Goranboy rayonunun Xoylu kəndində torpağa tapşırıldığı deyilir. R.Abdullayev 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərində iştirak edib və yaralanıbmış.

Qazax rayonu Quşçu Ayrım kənd sakini Məmmədov Sənani Əzİz oğlu Ukraynada gedən müharibədə itkin düşüb. O da Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb.

Rusiya işğalçı ordusunun sıralarına qatılan Sumqayıt şəhər sakini Musayev Əfqan Sahabin oğlu da Ukraynada gedən müharibədə itkin düşüb. Ailəsi onunla bağlı xəbər ala bilmir. O, sonuncu dəfə ailəsi ilə danışanda Kamensk-Şaxtinski istiqamətində olduğunu bildirib.

Ukraynada gedən müharibədə eləcə də əslən azərbaycanlı olan Qafarov Davud Xanağa oğlu itkin düşüb. O da Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb. Ailəsi dekabr ayının əvvəlindən ondan məlumat ala bilmir.

Təəssüf ki, əksər hallarda itkin düşənlərin əksəriyyətinin sonradan həlak olduğu məlum olur. Ən yaxşı halda, bu şəxslər Ukrayna tərəfinə əsir düşürlər.

Əvvəl də qeyd etdiyimiz kimi, ayrı-ayrı şəxslər və mərkəzlər tərəfindən şirnikləndirilərək Rusiya ordusuna qatılan həmvətənlərimizin sayının artdığına dair məlumatlar var. Həlak olan və itkin düşənlərin çoxalması da bundan irəli gəlir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı ciddi tədbirlər görməsinin vaxtı çoxdan çatıb.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri