Icma.az
close
up
RU
Zəngəzur dəhlizi üçün şərtlər açıqlandı: Keçid qaydaları belə olacaq MÜSAHİBƏ

Zəngəzur dəhlizi üçün şərtlər açıqlandı: Keçid qaydaları belə olacaq MÜSAHİBƏ

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

- Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə daxilində və xaricində Azərbaycanla əldə olunan sülhü pozmaq istəyən qüvvələr mövcuddur. Bölgədə sülhün pozulmasında maraqlı olan tərəflər kimlərdir?

- Sözsüz ki, bölgədə sülhdən kənar situasiyaların yaranmasını istəyənlər çoxdur. Rusiyadan başqa Fransa, İranın bəzi dairələri də münaqişə vəziyyətinin yaranmasında maraqlıdır. Hətta II Qarabağ müharibəsindən sonra müvəqqəti olaraq Azərbaycan ərazisində rus sülhməramlıları yerləşdirilən vaxt bəziləri Qarabağda “beynəlxalq missiya” açmaq istəyirdi, hətta İran vətəndaşlarını ora göndərməyə cəhd edirdi. Təbii ki, Azərbaycan vaxtında bu proseslərin qarşısını aldı. Hətta Rusiyanın siyasi rəhbərliyi hansısa gələcək “status”dan danışırdı. Məqsədləri o idi ki, məsələ uzansın. Hətta bölgədə dondurulmuş bir münaqişə vəziyyətini saxlamaq niyyətləri var idi. Moskvadan müəyyən təlimatlarla qanunsuz olaraq Qarabağa göndərilən Ruben Vardanyan kimiləri Azərbaycan ərazisində terror fəaliyyəti üçün “işlər” görürdü. Ermənistan siyasi rəhbərliyi dövlət büdcəsindən separatçı rejimin saxlanılması üçün hər il üç yüz milyon dollara yaxın vəsaiti ayırırdı. Bunlar yaddan çıxmamış faktlardır. İndi isə Ermənistan rəhbərliyinin açıqlamalarından aydın görünür ki, onlar xarici qüvvələrin əlaltısı, onların planlarının oyunçusu olmaq istəmir. Bu mənada Paşinyanın bəyanatları indiki halda vacib amil kimi önə çıxır. Çünki Ermənistan cəmiyyətinin böyük bir hissəsi kiminsə oyunları üçün alət olmaq istəmir. Onlar bu oyunları kənara qoyub qonşularla normal münasibətlər fonunda yaxşı yollar axtara bilərlər.

- Zəngəzur dəhlizinə (Trump marşurutu) dair Ermənistan rəhbərliyinin açıqlaması nəyi ifadə edir? Erməni tərəfi sərhəddə pasportların oxunması üçün cihazlarından istifadə edəcəklərini, nəticədə insan müdaxiləsi olmayacağını, sərhədçilərin yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklərini açıqlayıb. Bu mexanizmlər necə formalaşacaq?

- Naxçıvana maneəsiz keçidin praktiki əsasları müəyyən edilməlidir. Burada keçid təkcə insanlara aid edilməməlidir. Həmçinin Azərbaycandan gedən və gətirilən yüklərin də yoxlanılmaması təmin olunmalıdır. Beləliklə, Azərbaycandan-Azərbaycana gedən sərnişinlər və aparılan yüklərin heç bir maneə ilə üzləşməməsi prinsipi qorunmalıdır. Ona görə də Ermənistan tərəfi ABŞ Prezidenti Donald Trampım təşəbbüsünü öz xeyrinə istifadə etmək istəyir.

- Amma nədənsə Ermənistan tərəfi dəhlizin Zəngəzur adlanmasına qarşı çıxır. Suverenlik amili daha çox önə çəkilir. Bununla erməni tərəfi nə deməyə çalışır?

- Faktiki olaraq, Azərbaycanın vaxtilə bolşeviklər tərəfindən iki yerə parçalanması amili problem kimi qəbul edilib. Bunu qəbul edərkən erməni tərəfi digər məsələni də həll etməyə çalışır. Vaxtilə Azərbaycandan qoparılan, xalqımıza qarşı bolşeviklər tərəfindən törədilmiş bu cinayəti erməni tərəfi ört-basdır etmək istəyir. Burada iki məntiq yaranır. Azərbaycan və Ermənistan tərəfindən irəli sürülən anlayışlar da bundan ibarətdir. Sözsüz ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin bölünməsini qəbul etməyib. Bu mənada indiki halda dəhliz anlayışı ilə tarixi vəziyyətin bərpa edilməsi amili önə çəkilir.

- Dəhliz məsələsində bir çox hallarda birtərəfli yanaşmalar sərgilənir. Bu məsələdə əsas anlayışlar nədən ibarətdir?

- Məqsəd odur ki, Trampın təşəbbüsü ilə açılacaq dəhlizin qarşısı məhz kənar qüvvələrin köməkliyi ilə alınsın. Beləliklə, ABŞ administrasiyasına Azərbaycanı günahkar tərəf kimi təqdim etmək niyyətləri var. Reallıq da məhz bundan ibarətdir. Ona görə də müsbət mənada verilən bəyanatlara çox da aludə olmaq lazım deyil. Əsas amil bu bəyanatların arxasında sülhə yönələn nəticələrin olmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri