Icma.az
close
up
RU
Zəngəzur dəhlizində işlər bu vaxt başlayacaq: Texniki şərtlər belə olacaq MÜSAHİBƏ

Zəngəzur dəhlizində işlər bu vaxt başlayacaq: Texniki şərtlər belə olacaq MÜSAHİBƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Natiq bəy, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT tribunasından konstitusiya islahatları və digər mövzulara aid bəyanatları var. Bu cür siyasi mahiyyətli açıqlamaların yüksək kürsülərdən səslənməsinin əhəmiyyətini necə dəyərləndirmək olar?

- Əslində Paşinyanın BMT-dəki çıxışını Prezident İlham Əliyevin sülh ritorikasının davamı kimi də görmək olar. Azərbaycan prezidenti Baş Assambleyada çıxış edərkən Cənubi Qafqazda dayanıqlı sülhün artıq bərqərar olduğunu, bunun üçün ABŞ administrasiyasının böyük iş gördüyünü vurğuladı. Məhz avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmalar burada əsas meyar kimi qəbul edilib. Sözsüz ki, Azərbaycanın hərbi və diplomatik qələbə qazandığı BMT tribunasından bir daha diqqətə çatdırıldı. Məhz bu tezislərin davamı olaraq Ermənistanın baş naziri çıxıb orada başqa bir ritorika səsləndirə bilməzdi. BMT tribunasından qalıcı sülh, kommunikasiya xəttlərinin açılması kimi ifadələr dünya ictimaiyyəti qarşısında bəyan edildi. Ermənistanla Azərbaycan arasında sülhün ümumiyyətlə bölgə üçün çox vacib olduğu Paşinyan tərəfindən də vurğulandı. Azərbaycan prezidenti ondan əvvəl bölgədə sülhün bərqərar olmasını, kommunikasiyaların açılmasının vacibliyini bəyan etmişdi.

- Zəngəzur dəhlizinin öz adı ilə çağırılmasına erməni tərəfinin narahatlığı nə ilə bağlıdır? Paşinyan da BMT-dəki çıxışında bu mövzuya toxunmuşdu…

- Sözsüz ki, Ermənistan tərəfi dəhlizin və yaxud marşurutun adını fərqli formada adlandıra bilər. Bunun prinsipial əhəmiyyəti yoxdur. Zəngəzur yolu (Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu və ya TRIPP) adlandırılırsa da, bunun prosesə heç bir təsiri olmayacaq. Ona görə də yaxın zamanlarda Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin texniki əsaslandırılması və əməli fəaliyyətə başlanması üçün də artıq müəyyən addımlar atılacaq. Azərbaycan tərəfindən bu istiqamətdə işlər görülüb. 2026-cı ilin ortalarına qədər Azərbaycan tərəfindən Ağbənd qəsəbəsinə qədər olan dəmir və avtomobil yolunun çəkilişləri yekunlaşacaq. Bununla da marşurutun Azərbaycan tərəfindən olan hissəsində bütün işlər başa çatacaq. Gələn ilin yanvarından Naxçıvandan dəmir yolu şəbəkəsinin yenidən qurulmasına başlanılır. Bunun üçün artıq vəsait ayrılıb. Həmçinin beynəlxalq donorlarla da müəyyən anlaşmalar mövcuddur.

- Dəhlizin qısa zamanda açılması ilə bağlı ABŞ administrasiyasının təsir imkanlarını necə dəyərləndirirsiniz?

- ABŞ administrasiyası bu yolun çəkilişlərinin uzanmasında maraqlı deyil. Vaşinqtonla İrəvan arasında bu mövzu ilə bağlı müzakirələr davam edir. Artıq Amerika nümayəndələri Ermənistana səfər edərək bu marşurutun açılması şərtlərini müzakirə ediblər. Çox güman ki, gələn ilin əvvəlindən Ermənistan ərazisində də yolun tikintisi ilə bağlı müəyyən işlər görüləcək. Artıq erməni tərəfində yolun texniki sənədlərinin hazırlanması üçün müəyyən addımlar atılır. Bu isə prosesin yubanmadan davam edəcəyini söyləməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri