Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin açılması Ermənistanın da xilas yoludur MÜNASİBƏT BİLDİRİLDİ

Zəngəzur dəhlizinin açılması Ermənistanın da xilas yoludur MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Zəngəzur dəhlizinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi vasitəsilə biz Naxçıvanla quru yolla əlaqə saxlaya bilərik: "O da məlumdur ki, 2020-ci ilin noyabrında Ermənistan kapitulyasiya olunduqdan sonra öz üzərinə öhdəlik götürüb. Bu öhdəlik əsasında Zəngəzur dəhlizini, kommunikasiyaları açmalı idi. Bu günə qədər onu etməyib.

Qeyd etdiyimiz kimi Zəngəzur ümumən bolşeviklərin Azərbaycan xalqına ən böyük xəyanəti idi. Qədim Azərbaycan torpağı olan Zəngəzuru Ermənistana verməklə Naxçıvanla Azərbaycan arasında bir kəsim yarandı. Eyni zamanda Türk dünyasını bir-birindən ayırdı. Bu mənada Zəngəzur dəhlizinin açılması bizim tarixi ədalətin bərpa olunması deməkdir. Digər tərəfdənsə Türk dünyasının birləşdirilməsi deməkdir.

Məlumdur ki, Zəngəzur dəhlizi çox böyük iqtisadi mahiyyət kəsb edir. Çünki Orta dəhliz üzərində ən önəmli seqmentlərdən biridir. Avropadan Şərqə və Şərqdən Avropaya daşınan yüklər və ən optimal, iqtisadi baxımdan səmərəli layihədir. Əgər okean vasitəsilə Şərqdən Avropaya daşınan yüklər 65 günə başa gəlirsə, burada 17 günə başa gəlir. Bu da çox əhəmiyyətli bir məsələdir.

Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi məsələsinə gəldikdə daimi sülhün əldə edilməsi üçün ən vacib şərtlərdən biridir. Ermənistan Azərbaycanın qarşıya qoyduğu haqq-ədalət və beynəlxalq hüquqa söykənən bu tələbini sözsüz yerinə yetirilməlidir.

Həm də Zəngəzur dəhlizinin açılması Ermənistanın da xilas yoludur. Ermənistan, məlumdur ki, özünü dünya iqtisadiyyatından, Azərbaycanın həyata keçirdiyi böyük layihələrdən və kommunikasiyalardan təcrid edib. Zəngəzur dəhlizinin açılması da Ermənistan üçün bir çıxış yoludur. Ermənistanın dövlət olaraq ayaq üstündə qalmasını təmin edəcək ən mühüm amillərdən və faktorlardan biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri