Icma.az
close
up
RU
Türkiyə Zəngəzur razılaşmasını alqışladı MÜNASİBƏT BİLDİRİLDİ

Türkiyə Zəngəzur razılaşmasını alqışladı MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanan sülh sazişi region üçün mühüm siyasi hadisə oldu".Bu sözləri SİA-ya açıqlamasında türk jurnalist Ayşegül Akyüz Yahşi deyib.

Onun sözlərinə görə, bu razılaşmaya Zəngəzur dəhlizinin yeni tranzit keçidinə çevrilməsi məsələsi də daxildir və Türkiyə bu addımı məmnunluqla qarşıladı: "Türkiyənin xarici işlər naziri Hakan Fidan sazişi “fövqəladə dərəcədə önəmli” adlandıraraq, Zəngəzur dəhlizinin Avropadan Asiyaya uzanan fasiləsiz nəqliyyat xəttinin əsas dayaqlarından biri olacağını vurğuladı.

Bununla yanaşı, İran tərəfi Azərbaycan-Ermənistan sülh razılaşmasında nəzərdə tutulan “Tramp dəhlizi”nə qarşı sərt mövqe sərgilədi. “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) Cənubi Ermənistandan keçərək, Azərbaycanın öz ərazisindəki Naxçıvanla birləşəcək, ordan isə Türkiyəyə birbaşa çıxış təmin edəcək. İranın bu layihəni necə əngəlləməyə çalışacağı hələlik bəlli olmasa da, ölkənin ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti verdiyi bəyanatda sərt ifadələr işlədərək, “Bu dəhliz Trampın nəzarətində olan bir keçid olmayacaq, onun muzdlularının məzarlığı olacaq” deyə bildirib.

Rusiya, sərhəd qoşunlarının Ermənistan–İran sərhədində yerləşməsinə baxmayaraq, görüşdə tərəf kimi iştirak etməyib. Moskva, rəsmi olaraq zirvəni dəstəklədiyini açıqlasa da, Qərbin Yaxın Şərqdəki vasitəçilik təşəbbüslərinin “acı təcrübəsi”nin təkrarlanmaması üçün, region ölkələrinin öz həll yollarını Rusiya, İran və Türkiyənin dəstəyi ilə həyata keçirməsinin vacibliyini irəli sürüb.

Beynəlxalq Krizis Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Coşua Kuçera isə Trampın düşündüyü qədər asan qələbə qazana bilmədiyini, imzalanan sənədlərin bir çox sualı cavabsız qoyduğunu bildirib. Onun sözlərinə görə, gömrük nəzarətinin, təhlükəsizliyin necə təmin olunacağı və Ermənistanın Azərbaycan ərazilərinə qarşılıqlı çıxış imkanlarının hüquqi məzmunu kimi məsələlər hələ də aydın deyil və bu, ciddi maneələr yarada bilər.

Azərbaycan, həm İranla qonşu olması, həm də enerji ehtiyatlarına görə İsrailin Cənubi Qafqazda ən çox önəm verdiyi ölkədir. İsrail üçün əsas məqsəd yeni müstəqillik qazanmış müsəlman ölkələri — xüsusilə Azərbaycan və Qazaxıstan — ilə əməkdaşlığı inkişaf etdirərək bu modelin bölgədə nümunəyə çevrilməsidir. Azərbaycandakı yəhudi icmasının mövcudluğu, rəsmi Bakını İsraillə münasibətləri qorumağa məcbur etsə də, İslam dünyasının mühüm bir hissəsini təmsil edən bir ölkənin lideri olaraq İlham Əliyevin bu münasibətləri balanslı şəkildə idarə etməsi, zalımla məsafəni qoruması vacibdir. Çünki ABŞ-ın İsrailə göstərdiyi maliyyə və hərbi dəstək fonunda “Tramp marşrutu” İsrailin Cənubi Qafqaz ticarətində pay sahibi olmasına, yəhudi lobisinə yeni bazar və imkanlar açmasına şərait yarada bilər".

Jurnalist qeyd edir ki, Ermənistanın bu dəhliz razılaşması ilə İsraillə ikitərəfli əlaqələr qurması isə bölgədə təhlükələrin artmasına yol aça bilər. Bu səbəbdən Əliyevin əvvəlkindən də ehtiyatlı davranması, ABŞ–İsrail–Ermənistan üçlüsünün təzyiq dairəsinə düşməməsi, qazandığı uğurları itirməməsi zəruridir. O, soyqırım ortağını Nobel Sülh Mükafatına layiq görmək kimi yanlış addımlardan çəkinməli, Trampın saxta qələbə şüarlarına aldanmamalıdır. Azərbaycanın ən böyük dəstəkçisi və qardaş ölkəsi Türkiyənin rəhbərliyi ilə hərəkət etməsi, Tramp marşrutunu Türk dövlətlərinin və bütün region aktorlarının təhlükəsizliyi üçün etibarlı hala gətirə bilər.

Türkiyə, özünün əldə etdiyi nailiyyətləri Tramp kimi rol oğrusu bir siyasətçiyə buraxmayacaq. Süleyman Dəmirəlin prezidentliyi dövründə olduğu kimi, Kafkasya’da Aras çayı qədər uzun, Xəzər qədər dərdli vətən sevdalısı Əbülfəz Elçibəyi, eləcə də Bosniya-Hersekdə müdrik lider Əliya İzzetbeqoviçi dəstəkləməyərək tarixin axarına təsir etmək imkanını qaçırmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki Türkiyə, həm regional, həm də beynəlxalq miqyasda malik olduğu mövcud gücü ilə, təkcə şahidi deyil, eyni zamanda tərəfi olduğu tarixi prosesin istiqamətini müəyyənləşdirəcək. Lazım gələrsə, ABŞ və İsrailin ekspansionist və işğalçı siyasətinə qarşı Türk dünyası adından, bölgədə bütün hesabları dəyişdirəcək strateji addımlar ata biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri