Icma.az
close
up
RU
Zəngəzur dəhlizi Avrasiya məkanını dəyişəcək MÜNASİBƏT BİLDİRİLDİ

Zəngəzur dəhlizi Avrasiya məkanını dəyişəcək MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zəngəzur dəhlizi təkcə regional yox, həm də beynəlxalq əhəmiyyətli bir layihədir və məhz elə bu səbəbdəndir ki, Vaşinqton görüşündə əldə edilən razılaşmadan sonra hər kəs bu dəhlizin bütün Avrasiya regionunun siyasi və iqtisadi xəritəsini dəyişdirəcəyinə dair bəyanatlarla çıxış edir". Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu da təbiidir, çünki Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkəsinin bir hissəsidir: "Başqa sözlə ifadə etsək, bu dəhliz həm ölkəmizin Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevrilməsi, həm də Naxçıvan Muxtar Respublikasının faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarılması baxımından olduqca önəmlidir.

Bu dəhlizin Cənubi Qafqazda geosiyasi reallıqları dəyişəcək mühüm faktorlardan biri olacağına da şübhə yoxdur. Dəhliz tarixən etnik və ərazi münaqişələri ilə yadda qalan regionda sülh və sabitliyin möhkəmləndirilməsi potensialına da malikdir.

Belə ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və davamlı sülh üçün effektiv alət ola bilər.

Dəhlizin işə düşməsi təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli deyil, həm də beynəlxalq ticarət və geosiyasi uyğunlaşmalar üçün daha geniş təsirlərə malikdir.

Dəhliz, qeyd etdiyim kimi, Azərbaycana öz eksklavına və Türkiyəyə birbaşa çıxış imkanı verir, regionda iqtisadi və siyasi əlaqələri gücləndirir. Ermənistan üçün bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradır, potensial olaraq ənənəvi marşrutlardan asılılığını azaldır.

İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış imkanı əldə edir və eləcə də həm İran, həm də Rusiya bir-birilə dəmir yolu əlaqəsi yaratmaq imkanı əldə edir.

Məlumdur ki, Zəngəzur dəhlizi Çinin “Bir kəmər - bir yol” layihəsinin Orta Dəhlizində yer alır. Çin mallarının Orta Dəhliz vasitəsilə Qərbə daşınması vaxt baxımından böyük üstünlüklər verir. Bununla yanaşı, Zəngəzur dəhlizi yeni enerji marşrutlarını təqdim etmə baxımından da regionun enerji mənzərəsini dəyişdirə biləcək bir dəhlizdir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Zəngəzur dəhlizinin açılması Qafqazın və Avroasiya məkanının iqtisadi mənzərəsini dəyişməklə böyük bir coğrafiyada geosiyasi konfiqurasiyanın dəyişməsinə təkan verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri