Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin Sədərək qapısı Türk dünyasının yeni iqtisadi bağı VİDEO

Zəngəzur dəhlizinin Sədərək qapısı Türk dünyasının yeni iqtisadi bağı VİDEO

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün sizə Azərbaycanın strateji cəhətdən ən önəmli rayonlarından biri olan Sədərək bölgəsindən danışmaq istəyirik. Tarixi baxımdan əhəmiyyətli olan bu bölgə Ermənistanla sərhəddə yerləşir və illər boyu müxtəlif münaqişələrə şahidlik edib. Sədərək eyni zamanda Azərbaycanın həm Türkiyə, həm də İranla birbaşa sərhədi olan yeganə yaşayış məskənidir.

Buradan başlayan yollar təkcə ticarət yolları deyil, həm də birliyin, gücün və gələcəyin yollarıdır. Sədərəyin Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan strateji əhəmiyyətini ümumilli lider Heydər Əliyev zamanında yüksək qiymətləndirmişdir:

“Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək, Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm.”

Zaman irəlilədikcə, Azərbaycan inkişaf etdikcə, qüdrətləndikcə isə Sədərəyin önəmi daha da artır. Prezident İlham Əliyevin müvafiq sərəncamla təsdiq etdiyi Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramına əsasən, Sədərək rayonu azad iqtisadi zonaya çevriləcək. Bu Dövlət Proqramı təkcə iqtisadi layihə deyil, həm də gələcək naminə verilmiş strateji qərardır. Beləliklə, bu gün Sədərək yeni bir dövrə qədəm qoymağa hazırdır: bu, azad iqtisadi zona (AİZ) dövrüdür. Bəs azad iqtisadi zona nə deməkdir?

Azad zona, başqa adla desək, “franko zona” dedikdə ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə həmin məhsullar gömrük nəzarətindən keçirilmir – vergiyə cəlb edilmir.

İqtisad üzrə fəlsəfə doktoru Cəbrayıl Vəliyevin fikrincə, AİZ yerləşdiyi ərazinin sosial-iqtisadi inkişafına böyük töhvə verir:

"Belə ki, AİZ olan bölgədə biznes üçün daha münbit şərait yaradılır ki, bu da xarici investorların həmin bölgəyə cəlbediciliyini artırır”.

Bu gün blokada şəraitində olan Naxçıvan MR üçün belə bir şəraitin yaradılması çox vacibdir. Əgər Sədərək azad iqtisadi zonaya çevrilərsə, bu bölgə nəinki Azərbaycanın, həm də türk dünyasının və İpək yolu marşrutunun iqtisadi mərkəzlərindən birinə çevrilə bilər.

Qeyd edək ki, Sədərək hələ orta əsrlərdə ticarət yollarının kəsişdiyi bir məntəqə olmuşdur. Ərazidə "Divhörən" adlı siklop tikili qalıqları və "Sədərək qalası" kimi tarixi abidələr yerləşir .​

Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov qeyd edir ki, çoxumuz üçün Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb edilən bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir. Qeyd edək ki, sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır”.

Sədərək rayonu Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında birbaşa quru sərhədi olan yeganə Azərbaycan ərazisidir. Bu sərhəd Ümid körpüsü vasitəsilə İqdir vilayəti ilə birləşir. Sədərək rayonu həmçinin Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə yanaşı, İranla da həmsərhəddir. Geostrateji mövqeyi, dəmir yolu infrastrukturu və Zəngəzur dəhlizinin son nöqtəsi kimi çıxış etməsi onu ölkənin Qərb qapısı halına gətirir.

İqtisad üzrə fəlsəfə doktoru Fuad İbrahimov bildirir ki, əgər Zəngəzur dəhlizi hərəkətə gələrsə, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən kommunikasiya dəhlizlərinin paralel diversifikasiya olunmuş variantı məhz Sədərək üzərindən keçməlidir”.

Ürək ağrısıyala deməliyik ki, müharibə illərindəki təhlükələr və iqtisadi perspektivlərin məhdudluğu səbəbindən bölgədən əhəmiyyətli sayda əhali köç etmişdir. Əgər burada azad iqtisadi zona yaradılarsa, bu həm də fabrik və zavodların, logistika mərkəzlərinin, emal müəssisələrinin və digər iş yerlərinin açılması deməkdir. Ki, bu da yerli əhalinin öz dədə-baba torpaqlarına geri dönməsini sürətləndirəcək. Sərhədin yaşayan və işləyən əhali ilə güclənməsi orada dövlətin daimi varlığını möhkəmləndirəcək.

Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə: “Sədərəkdə AİZ yaradılması həm də bölgə üçün sülhün və sabitliyin qarantı olacaq. Ona görə ki, uzunmüddətli sülh üçün ünsiyyətin olması vacib şərtdir. Xalqlar arasında ünsiyyətin ən vacib şərtlərindən biri isə ticarətdir”.

Sədərəyin AİZ-ə çevrilməsi təkcə iqtisadi deyil, həm də geosiyasi mövqeyimizi gücləndirəcək. Belə ki, İran və Türkiyə ilə paralel iqtisadi əlaqələrin gücləndirilməsi bölgədə diplomatik balans yaradacaq. Türkiyə və İranla sərhəd buranı iki regional bazara birbaşa çıxış nöqtəsinə çevirir. Belə zona yaradılarsa, Sədərək də Ələt kimi beynəlxalq status ala bilər. Bu zonanın güclü iqtisadi baza ilə dəstəklənməsi, təkcə sərhədin yox, həm də dövlətçiliyin qorunmasıdır. Türk dövlətlərini birləşdirən Orta dəhliz Bakıdan İstanbula, oradan Mərkəzi Asiyaya qədər uzanacaq ki, burada da əsas mərkəz rolunu Sədərək təşkil edəcək. Unutmayaq ki, burada dəmir yolu, Türkiyə ilə logistik bağ və İranla ticarət körpüsü var. Bu səbəbdən Sədərəyin azad iqtisadi zonaya çevrilməsi milli strateji zərurətdir.

Sədərək hüquqi və tarixi baxımdan Azərbaycanın yalnız sərhədi deyil, onun Qərbə çıxış nöqtəsidir. Bu status bu gün yenidən aktuallaşır. Sədərək Zəngəzur dəhlizinin nəfəsi, türk dünyasının yeni iqtisadi bağıdır.

Elçin Əkrəmoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri