Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin sülh və iqtisadi əməkdaşlıq üçün strateji əhəmiyyəti Ekspert rəyləri

Zəngəzur dəhlizinin sülh və iqtisadi əməkdaşlıq üçün strateji əhəmiyyəti Ekspert rəyləri

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi regional inkişaf, nəqliyyat əlaqələrinin perspektivləri və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar barədə mühüm məqamları üzə çıxarır. Dövlətimizin başçısı söhbət zamanı xüsusilə Zəngəzur dəhlizinin rolu və onun regional inteqrasiya baxımından əhəmiyyəti üzərində dayanaraq, bu layihənin Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinə verə biləcəyi töhfələri qiymətləndirib. Prezident, eyni zamanda, Azərbaycanın son illərdə beynəlxalq tranzit mərkəzinə çevrildiyini, ölkə ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını diqqətə çatdırıb. Bu kontekstdə Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarına deyil, həm də qlobal ticarət və nəqliyyat şəbəkələrinin genişlənməsinə xidmət edən, qitələri birləşdirən strateji bir arteriya kimi dəyərləndirilir.

Mövzu ilə bağlı AZƏRTAC müxtəlif siyasətçilərin mövqelərini də öyrənib. Onlar Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlərin regionun gələcəyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın artan strateji rolu baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Deputat və ekspertlərin rəyinə görə, dövlət başçısının verdiyi mesajlar təkcə ölkəmizin milli maraqlarını ifadə etmir, eyni zamanda, regional sabitlik və əməkdaşlıq üçün yol xəritəsi xarakteri daşıyır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin müsahibəsində avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra yaranmış yeni regional reallıqlara verilən qiymətləndirmələr strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Prezident görüşdə qəbul edilən qərarların icra yolları və mexanizmləri barədə məlumat verərək, sülh prosesinin artıq geri dönməz olduğunu, qarşıda yalnız texniki məsələlərin qaldığını xüsusi vurğulayıb.

Deputat qeyd edib ki, dövlətimizin başçısı yeni reallığı həm ikitərəfli Azərbaycan-Ermənistan münasibətləri, həm də daha geniş regional kontekstdə dəyərləndirib. Bu baxımdan Rusiya, İran, Türkiyə və Şimal-Cənub nəqliyyat dəhlizi məsələləri önə çıxır. Prezident Zəngəzur dəhlizinin Şimal-Cənub dəhlizinin bir parçasına çevrilməsi perspektivini diqqətə çatdırıb, 40 kilometrlik bu marşrutun iqtisadi və logistik baxımdan daha səmərəli olduğunu qeyd edib. Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycan üzərindən beynəlxalq yükdaşımaları genişləndirəcək, Ermənistanı isə tranzit ölkəyə çevirəcək.

Azərbaycan Prezidentinin, həmçinin tarixi kontekstə toxunduğunu vurğulayan H.Babaoğlu əlavə edib: “Dövlətimizin başçısının xatırlatdığı kimi, Zəngəzurun Naxçıvanla Azərbaycanın əsas ərazisi arasına yerləşdirilməsi, ölkənin süni şəkildə bölünməsi faktını ortaya qoyur. Prezident Sovet Rusiyasının XI Qızıl Ordusunun Azərbaycanı işğalını da qeyd edərək, bu hadisələrin gələcək üçün ibrət dərsi olduğunu bildirib”.

Deputat əlavə edib ki, Horadiz–Ağbənd dəmir yolunun sürətli inşası Azərbaycan şirkətlərinin təcrübəsini nümayiş etdirir, region ölkələri üçün fayda yaradır və Şimal-Cənub dəhlizinin Rusiya ilə İran tərəfindən daha səmərəli istifadəsinə imkan açır.

“Azərbaycan Prezidentinin müsahibəsi yalnız regional sülh və iqtisadi inteqrasiyanın perspektivlərini deyil, həm də Yaxın Şərq, Cənubi Qafqaz, Rusiya, İran və Türkiyəni əhatə edən geniş coğrafiyada yeni siyasi gündəmin formalaşmasını təmin edir. Onun sözlərinə görə, bu ideyaların reallaşması böyük regionda sülhə və əməkdaşlığa daha da çox yol açacaq”, - deyə deputat vurğulayıb.

Siyasi ekspert Xəyal Bəşirov Prezident İlham Əliyevin xarici media qurumlarına verdiyi müsahibələrin artıq ənənə halını aldığını və dövlət başçısının fikirlərinin təkcə Azərbaycan ictimaiyyəti üçün deyil, region və dünya üçün də böyük maraq kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi məsələsi beynəlxalq gündəmdə mühüm yer tutub.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütün region ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları formalaşacaq və bölgə böyük ticarət, logistika və enerji qovşağına çevriləcək. “Bu dəhlizin açılması regionda dayanıqlı sülhün təminatına çevriləcək. Çünki burada təkcə Azərbaycan deyil, eyni zamanda, Ermənistan və digər ölkələr də iqtisadi dividendlər əldə edəcəklər”, – deyə X.Bəşirov qeyd edib.

Onun fikrincə, ABŞ-ın da bu məsələyə maraq göstərməsi, hətta dəhlizin “Tramp yolu” (TRİPP) adlandırılması onun beynəlxalq miqyasda əhəmiyyətini bir daha təsdiqləyir. “Əsas məsələ yolun mahiyyəti və məzmunudur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və həm avtomobil, həm də dəmir yolu ilə yanaşı, enerji xətlərinin də keçidi təmin ediləcək”, - deyə siyasi şərhçi əlavə edib.

Xəyal Bəşirov qeyd edib ki, Ermənistan bu prosesdə maneə törətmək əvəzinə, dəhlizin sürətlə reallaşmasına dəstək verməlidir. “Azərbaycan artıq öz ərazilərində yol və infrastruktur layihələrini yüksək sürətlə həyata keçirdiyini nümayiş etdirib. Ermənistan da bu imkanlardan istifadə etməklə iqtisadi cəhətdən güclənə bilər. Əks halda, regiondakı inteqrasiya proseslərindən kənarda qalacaq”, - deyən ekspert də qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi yalnız iqtisadi deyil, həm də siyasi baxımdan tarixi əhəmiyyət daşıyır. Bu yol Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat dəhlizlərindən biri olacaq və bölgədə uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək.

Milli Məclisin digər bir deputatı Tural Gəncəliyev də Zəngəzur dəhlizi ilə bağlı Prezident İlham Əliyevin açıqlamalarının region üçün strateji əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bu gün dünyanın ən unikal tranzit xətləri üzərində yerləşərək, hətta bir-birinə rəqib və antaqonist qüvvələr üçün belə əməkdaşlıq platforması rolunu oynayır. Zəngəzur nöqtəsi həm Şimal-Cənub, həm də Şərq-Qərb marşrutlarının kəsişdiyi strateji məkan kimi beynəlxalq ticarət və əməkdaşlıq üçün yeni imkanlar açır. Bu dəhliz vasitəsilə Rusiyadan və Hind okeanından Avropaya, eləcə də Asiyadan Avropaya daşınan yüklər daha səmərəli şəkildə aparıla biləcək.

Deputat vurğulayıb ki, müasir dünyada enerji daşıyıcılarının təhlükəsizliyi qədər onların daşınmasının və logistikasının düzgün təşkili də böyük önəm kəsb edir. Azərbaycanın enerji resurslarının çatdırılmasında beynəlxalq tərəfdaşları cəlb etməsi, güclü logistik infrastruktur formalaşdırması və Zəngəzur dəhlizinin funksionallığına nail olması ölkəmizin strateji dəyərini bir daha ortaya qoyur. Ermənistan 42 kilometrlik bu dəhlizdə işləri vaxtında yekunlaşdıra bilsə, regionun gələcəyi üçün müsbət nəticələr qaçılmaz olacaq.

T.Gəncəliyev əlavə edib ki, Azərbaycan uzun illərdir dəmir yolu şəbəkələrinin qurulması və enerji daşıyıcıları sahələrində böyük təcrübəyə malikdir. Bu təcrübə Zəngəzur dəhlizinin açılmasını postmünaqişə dövründə sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və regional əməkdaşlığın genişlənməsi üçün mühüm hadisəyə çevirir. Onun sözlərinə görə, ABŞ-ın himayəsi ilə keçirilən son üçtərəfli görüş və paraflanan sənədlər də bu prosesin səmərəli icrasına şərait yaradaraq, regionun inkişafını daha da sürətləndirə bilər.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı məqamlar göstərir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcək siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirən əsas strateji layihələrdən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri