Icma.az
close
up
RU
Zəngəzur: tarixi xəyanətin Azərbaycandan qopardığı türk yurdu

Zəngəzur: tarixi xəyanətin Azərbaycandan qopardığı türk yurdu

Icma.az bildirir, Xalq qazeti-ə istinadən Zəngəzur: tarixi xəyanətin Azərbaycandan qopardığı türk yurdu.

Müsahibimiz AMEA Tarix və Etnologiya İnstitutu baş direktorunun müavini, tarix elmləri doktoru İlqar Niftəliyevdir

Tarixçi alimlə söhbətimizin mövzusu regionda gündəm təşkil edən bir mövzu – Ermənistan rəhbərliyinin sülh danışıqlarını əsassız olaraq uzatmasının tərkib hissəsi kimi Zəngəzur dəhlizinin açılmasının ləngidilməsi ilə bağlıdır. Bu, o Zəngəzurdur ki, tarixin bütün dövrlərində xalqımıza məxsus olub. Onun əhalisi isə bütünlüklə türkdilli olub. Rus işğalından sonra buraya köçürülmüş ermənilər imperialist dairələrin cinayətkar himayəsi ilə Qərbi Azərbaycanda özlərinə dövlət yaratdıqdan sonra bu ssenarinin davamı olaraq Zəngəzurun qərb hissəsini də ələ keçiriblər.

– İlqar müəllim, dünyada tarixi pis bilmirlər. Yaxşı bilirlər ki, ermənilər Qafqaza gəlmədir. İmperialist dairələr son 2 əsrdə öz məkrli niyyətlərinə çatmaq məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Onlar bu vətənsiz toplumun ərazi xülyalarını şirnikləndiririblər. Ötən əsrin 20-ci illərində isə açıq xəyanətkarlıqla tarixi türk yurdu Zəngəzuru parçalayıb onun qərb hissəsini Ermənistan adlı oyuncaq dövlətə birləşdiriblər.

– Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymuş II Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatsa da, ilkin sülh müqaviləsini əvəz edən üçtərəfli Bəyanatda  kommunikasiyaların açılması qısa müddətdə nəzərdə tutulsa da, Ermənistan müxtəlif bəhanələrlə bu işi gecikdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son vaxtlar bir neçə mötəbər tədbirdə bu məsələnin tarixi kökünə diqqət yetirərək qeyd edib ki, Zəngəzur dəhlizi türk dünyasını parçalamaq, qardaş xalqları bir-birindən aralı salmaq üçün Azərbaycandan qoparılıb.      

Zəngəzur ərazisi,  ən azı, tarixin son 2 min, 2 min 500 ilini götürsək, Azərbaycan ərazisində mövcud olmuş siyasi qurumların, dövlətlərin davamlı olaraq tərkib hissəsi olub. Hətta 1918-ci ildə Azərbaycan dövlətçiliyi bərpa olunanda – Xalq Cümhuriyyəti dövründə də Zəngəzur Azərbaycanın tərkib hissəsi sayılıb. Ancaq Azərbaycan sovetləşəndən sonra imperialist dairələrin, çarizmi əvəzləmiş qırmızı imperiyanın məkrli niyyəti ilə, bu siyasətin Qərb dairələrində də müdafiə olunması nəticəsində Azərbaycandan qoparılıb və xalqımız üçün böyük bir bəla əmələ gəlib. Bu yerdə  deyirlər ki, tarix ibrət dərsi olmaqla yanaşı, həm də ittiham edir. Amma çox təəssüf ki, tarixin bir çox səhvlərini düzəltmək mümkün deyil. Zəngəzur xəyanəti də bu sıradadır.

Bəli, dünyada yaxşı bilirlər ki, Zəngəzur tarixən Azərbaycan torpağı olub. Biz çox qədim dövrlərə getmədən elə son 200 ilə nəzər salsaq, görərik ki, Zəngəzur XIX əsrin sonunda Qarabağ xanlığının ərazisi olub. 21 mahalın 9-nu Zəngəzur əhatə edib. Qarabağ işğal olunandan sonra 1822-ci ildə xanlıq da ləğv olundu. Bundan sonra onun ərazisində Qarabağ əyaləti yaradıldı. Həmin əyalət 1840-cı ilədək movcud oldu. 1840-cı ildə onun ərazisində Şuşa Qəzası yarandı. 

Şuşa qəzası və ətraf əraziləri Zəngəzur torpaqlarından ibarət idi. Sonradan Rusiya imperiyasının həyata keçirdiyi inzibati ərazi bölgüsü nəticəsində  Zəngəzur qəzası əvvəlcə Şamaxı quberniyasının tərkibində bir nahiyə təşkil edirdi: Zəngəzur və Meğri nahiyəsi. 1859-cu ildə Bakı quberniyasının və 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibində ayrıca bir Zəngəzur qəzası yaradıldı. Bu inzibati sərhədlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutuna kimi davam etdi. 

Biz o dövrkü sənədlərə baxanda həmişə belə ifadələrlə rastlaşırıq – Qarabağ və Zəngəzur. 1918-ci il və 1920-ci il sənədlərində həmişə Qarabağ və Zəngəzur ayrıca təsnifləşdirilib. Zəngəzur qəzası 7 min 600 kvadratkilometr ərazi təşkil edirdi. Qafqaz təqviminin 1 yanvar 1916-cı il məlumatına görə, təxminən, 230 min əhalisi var idi. Onun 55 faizini müsəlmanlar, 44 faizini ermənilər, 1 faizini isə digər millətlər təşkil edirdi. Rusiya imperiyası dağılanda Zəngəzur qəzasının etnik tərkibi  bu şəkildə idi. 

1918-ci ilin mayında Cənubi Qafqazda 3 müstəqil respublika yarandı: Gürcüstan, Ermənistan və Azərbaycan. Bu dövlətlər arasında ən çox mübahisəyə səbəb olan ərazi məsələləri idi. Deməli, o dövrdə Azərbaycan tərəfi sərhədlərin çəkilməsində tarixi-etnoqrafik prinsiplər irəli sürsə də, ermənilər hesab edirdilər ki, harada erməni yaşayırsa ora onların torpağıdır. Bu zəmində Erməninstanla Azərbaycan arasında ən çox mübahisə, bir tərəfdən, Qarabağ və Zəngəzur, digər tərəfdən, Bəyazid qəzasının Göyçə mahalı əraziləri və Naxçıvan bölgəsi ilə bağlı idi. Qazax qəzasının dağlıq hissəsi də ən çox mübahisəli ərazilərdən idi. 

1918–1920-ci illərdə bu mübahisələr ətrafında bir neçə beynəlxalq konfrans keçirildi. Həmin konfranslarda Azərbaycan tərəfi bu məsələləri dinc yollarla həll etmək üçün konfederasiya yaradılması təkliflərini irəli sürürdü. Paris konfransında hesab edirdilər ki, bu dövlətlər arasında münaqişələri həll etmək üçün  bunlar hansısa bir birlik yaratmalıdırlar. Amma Ermənistan dövlətinin iştahı daha böyük idi. O, öz gələcək ərazilərini təkcə Cənubi Qafqazda yox,  qonşu Türkiyənin ərazilərində də görürdü. Hətta 1919-cu ildə Paris konfransına gedərkən onların iki nümayəndə heyəti var idi. Biri “Qərbi Ermənistan”, digəri “Cənubi Qafqaz erməniləri”.

Ermənistanın birinci baş naziri A.Kaçaznuninin ötən əsrin 20-ci illərində bir kitabı çap olunub. Həmin kitabda o birbaşa göstərir ki, biz Paris konfransına gedəndə ümid edirdik ki, gələcək dövlətimizin sərhədlərini Qarabağ dağlarından Ərəbistan çöllərinədək və Aralıq dənizinədək genişləndirəcəyik. Amma təəssüf ki, bu xülyalarımız boşa çıxdı. 

Beləliklə, 1919-cu il noyabrın 23-də Tiflisdə bir konfrans keçirilir və onun yekunlarına əsasən Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında bir saziş imzalanır. Həmin sazişə əsasən, Zəngəzur ərazisindən erməni qoşunları çəkilməli, hərbi əməliyyatlar dayandırılmalı idi. Ondan əvvəl 1919-cu ilin yanvarında AXC hökumətinin təklifi və o dövrdə Azərbaycanda yerləşən ingilis komandanlığının dəstəyi ilə Qarabağ və Zəngəzurda xüsusi general-qubernatorluq yaradıldı. 

Həmin əraziyə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları daxil idi. Bütövlükdə, bu ərazi 20 min kvadratkilometr idi. Ermənilər bu qubernatorluğun yaradılmasına etiraz etmələrinə baxmayaraq ingilis komandanlığı bildirirdi ki, Paris konfransınadək vəziyyət belə qalacaq. Bu qubernatorluq 1920-ci ilin mayınadək mövcud oldu.  Azərbaycanda sovet hakimiyyətindən sonra yeni bolşevik hakimiyyəti həmin qubernatorluğu ləğv etdi. 

Həmin ərazini qorumaq üçün bu addım çox vacib idi. Türk qoşunları gedəndən sonra ingilis komandanlığı ilə aparılan danışıqlarda Azərbaycan hökumətinin buna nail olması böyük bir nailiyyət idi. Bir tərəfdən həmin ərazi üzərində Azərbaycan Xalq Cümhuriyyətinin yurisdiksiyası tanındı, digər tərəfdən, Ermənistanın təcavüzünə son qoyuldu. 

Qarabağ general qubernatorluğu yaranandan sonra Andranik dəstələrini buraxdı və bu bölgədən getdi. 1918-ci ilin yaz və payız aylarında həmin Andranikin dəstələri  Zəngəzur qəzasına dəfələrlə hücuma keçib və burada qırğınlar törətmişdilər.

– Andranik Naxçıvan və Zəngəzura həm Qərb, həm də Rusiya imperializminin razılığı və şirnikləşdirməsi ilə gəlmişdi. 

– Məqsədli şəkildə Naxçıvan və Zəngəzur ərazilərinə yeridilmiş Andranikin dəstələri İran tərəfdən hücumlar təşkil edirdi və qırğınlar törədirdi. Andranik Cənubi Qafqazda yaradılan Ermənistan dövlətini tanımamışdı. O bildirmişdi ki, Anadolu ərazisində olan ermənilərlə Qarabağ və Zəngəzur ərazilərinə səpələnmiş  ermənilər vahid bir dövlətdə birləşməli, vahid bir Ermənistan qurulmalıdır. Andranikin dəstələri 1918-ci ilin yay–payız aylarında burada qırğınlar törətmişdi. 

– Tarix yenə təkrarlandı. Ancaq Azərbaycan özündə güc tapıb Qarabağı azad etdi. Heç kəs deyə bilmədi ki, Qarabağ Ermənistan torpağıdır. Amma Sovet Azərbaycanının Zəngəzuru ermənilərə güzəştə getməsi o ərazinin birdəfəlik itirilməsi oldu. Bu xəyanət niyə və necə baş verdi?

– Bu, daha çox yaranmış tarixi şəraitdən irəli gəlirdi. AXC-ni zorla əvəz etmiş Sovet Azərbaycanını azərbaycanlılar idarə etmirdilər. Burada real hakimiyyət kənar qüvvələr tərəfindən idarə edilən Azərbaycan Kommunist Partiyasında idi.  Hətta Bakı komitəsində ermənilər çoxluq təşkil edirdilər. Bu fakt çox böyük rol oynamışdır. Yerli bolşevik hökumətinin rəhbəri Nəriman Nərimanov o dövrdə ucqarlarda siyasətə dair Stalinə yazdığı məşhur məktubda qeyd edir ki, Azərbaycanı azərbaycanlılar idarə  etmir. Bakıda hakimiyyət irsən Mikoyandan Sarkisyana, Sarkisyandan Mirzoyana keçir. 

Əgər Levon Mirzoyan olmasa idi ermənilər Qarabağda muxtariyyət yarada bilməzdilər. Yəni bu, real şərait idi. Burada Moskvanın çox böyük təzyiqi var idi. Bu işdə Rusiyanın Cənubi Qafqazdakı canişinləri Orconikidze, Nikitin və s. ermənilərə kömək edirdilər. Zəngəzurun Ermənistana birləşdirilməsi barədə siyasəti Rusiyada xarici işlər naziri Çeçerin, Azərbaycanda isə Orconikidze aparırdı. Azərbaycan tərəfi ilə razılaşdırılmadan onun əraziləri bölünür və heç bir rəy, fikir nəzərə alınmırdı. Sanki, Azərbaycan əraziləri hərraca qoyulmuşdu.

– O vaxt İrəvanda erməni dilində çıxan “Zəhmətkeş” qəzetində yazıblar ki, Moskvanın təzyiqi ilə Azərbaycan Zəngəzuru Ermənistana güzəştə getdi.

– O dövrdə Çeçerin qeyd edirdi ki, biz danışıqlarda elə bir mövqe tutmalıyıq ki, daşnak Ermənistanı özümüzdən uzaqlaşdırmayaq. Bunun üçün də mübahisəli əraziləri nə Ermənistana, nə də Azərbaycana verməliyik. Həmin ərazilərə rus qoşunlarını yeritməliyik və sonradan danışıqlarda bu məsələdən istifadə edərək Ermənistanı sovetləşdirməliyik. 

Stalin əvvəlcə demişdi ki, Zəngəzur və Naxçıvanı Ermənistana vermək olmaz. Bunu Ermənistan sovetləşəndən sonra edərik. Bu xəyanət 1920-ci ilin noyabrın 30-da Bakıda Azərbaycan Kommunist Partiyasının geniş iclasında həyata keçirildi. Bu iclas Ermənistanda sovet hakimiyyətinin qurulmasına həsr edilmişdi.

– Sovet diktatoru Stalinin əsərlərinin bir cildində 29 noyabrda Ermənistan Respublikası yarananda İrəvana göndərilən təbrik teleqramı var. Həmin teleqramda xalqımızın adından deyilir ki, Azərbaycan Qarabağı, Naxçıvanı və Zəngəzuru Ermənistan Sovet Respublikasına güzəştə gedir. Azərbaycanın adından bu qədər özbaşınalıq, bu qədər amirlik olardımı?

– Stalininin həmin teleqramı "Pravda" qəzetində dekabrın 4-də, yəni İrəvanda sovet hakimiyyəti qurulandan bir neçə gün sonra çap edilib. Dekabrın 2-də Orconikidzenin də belə bir çıxışı var idi ki, görün Azərbaycan nə qədər səxavətlidir ki, Qarabağı, Naxçıvanı və Zəngəzuru Ermənistana verdi. Düzdür, Naxçıvan və Qarabağ Ermənistana verilmədi. Lakin həmin bəyanatlar onu göstərirdi ki, Azərbaycan öz tarixi torpaqlarının sahibi deyil. Moskva və onun Qafqazdakı canişinləri bu torpaqları istədikləri kimi  bölüşdürürdülər. Bununla öz mövqelərini Qafqazda möhkəmləndirməyə çalışırdılar. 

Azərbaycanın kommunist rəhbəri Nəriman Nərimanov, sözsüz ki, o hiylələri başa düşmüşdü. 1921-ci ilin martında Moskva konfransı ərəfəsində Nərimanovun məktublarına nəzər salsaq, görərik ki, o, Moskvaya Leninə yazdığı məktublarda təkid edirdi ki, biz türklərlə münasibətlərimizi korlamamalıyıq və erməni məsələsini qoymamalıyıq. Çünki ermənilər artıq həmin konfransda istəyirdilər ki, Türkiyənin də torpaqlarını özlərinə birləşdirsinlər. 

N.Nərimanov səhvini başa düşmüşdü. O, 30 noyabr bəyanatı haqqında 1921-ci il dekabrın 1-də çıxış edərək bildirirdi ki, onun çıxışını təhrif ediblər. O deməyib ki, Qarabağ Ermənistana verilsin. Bildirib ki, Dağlıq Qarabağ zəhmətkeşlərinə özünü idarəetmə hüququ  verilir. Yəni Nərimanov bu məsələlərə öz etirazını bildirmişdi. Amma o dövrdə şərait belə idi ki, Moskva öz oyununu həyata keçirirdi. Məhəmməd Əmin Rəsulzadənin də belə bir ifadəsi var.  O deyir ki, Moskva üçün fərq eləmir ki, bu qəza Ermənistana, ya Azərbaycana məxsus olacaq. Əsas odur ki, onların hamısı Rusiyanın olacaq. Yəni Moskva bu təfəkkürlə hərəkət edirdi.

– Amma uzağa hesablanmış siyasət var idi ki, Zəngəzuru Ermənistana verməklə Türk dünyası parçalansın. Türk xalqları arasında əlaqəni, bağı qoparmaq nəzərdə tutulurdu.

– Bəli, son nəticə də ona gətirib çıxardı. O vaxt biz təsəvvür edə bilməzdik ki, Sovet İttifaqı dağılacaq. Bu ərazilər o vaxt SSRİ ərazisi idi. Bolşeviklər, Azərbaycan bolşevikləri özləri də, bəlkə, düşünürdülər ki, nə fərqi var bu ərazi Ermənistanın olsun, ya Azərbaycanın. Onsuz da bu ərazilər bir dövlətindir. Amma biz müstəqil dövlət  olandan sonra görürük ki, həmin buraxılan səhvlər bu gün  bizə necə baha başa gəlir. Tarix bolşeviklərin düşündüyü kimi davam eləmədi.

Bu gün qloballaşmaya qarşı milli unitarlıq necə də güclü şəkildə özünü göstərir. Zəngəzur dəhlizi məsələsində bunu aydın görürük. Əslində, bu dəhliz 1941-ci ildə Cülfadan Mincivana gedən bir dəmir yolu xətti kimi çəkilib. Bu yol Bakı ilə birləşirdi və Bakı – İrəvan yolunun bir hissəsi idi. Və ən qısa yol idi Bakı ilə İrəvan arasında. Amma yolun o vaxt çəkilməsi Sovet rəhbərliyinin qarşıdan gələn böyük müharibə hazırlığı idi. Müharibə başladıqdan sonra Sovet İttifaqı o yoldan İran tərəfi ilə strateji məhsulların daşınmasında istifadə etdi. Zəngəzur dəhlizi silah-sursatın və lazım olan ərzaq məhsullarının daşınmasında da çox böyük rol oynadı.

Amma ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Dağlıq Qarabağa olan növbəti ərazi iddialarının irəli sürülməsi ona gətirib çıxartdı ki, həmin o 42 kilometrlik yol tamamilə dağıdıldı. Bu yolu sökməklə ermənilər özlərini blokada vəziyyətinə saldılar. Və Azərbaycanın, guya, Ermənistanı blokadada saxlaması kimi yalançı təbliğat aparmağa başladılar. Məsələnin görünməyən tərəfi isə Naxçıvanı Azərbaycandan, Azərbaycanı isə Türkiyədən təcrid etmək idi. Onlar bu dağıdıcı və destruktiv fəaliyyətləri ilə buna nail olmaq məqsədi güdürdülər.

– Belə bir ifadə var ki, yas yerində hər kəs ağlayır: doğmaları mərhum üçün, qalanları isə öz əzizlərinə göz yaşı tökürlər. İndi Zəngəzur dəhlizində də imperialist dairələr, regiondakı ölkələr öz marağını güdür. Bəli, Zəngəzur dəhlizi Şərqdən Qərbə ən qısa yolu təmin edir. Amma Türk dünyasını birləşdirdiyinə görə tərəddüdlər davam edir.

– Bu yolun açılması Türk dünyasının birləşməsindən əlavə, iqtisadi cəhətdən həm İrana, həm Ermənistana, həm Türkiyəyə, həm də Rusiyaya, ümumiyyətlə, böyük bir coğrafiyaya çox böyük xeyir vəd edir. Lakin Türk dünyasına maneəsiz yol açılması siz deyən ağlaşmaya səbəb olub. 

Nə yaxşı ki, iqtisadi maraqlar bəzən siyasi hədəfləri üstələyir. İndi də biz inanırıq ki, iqtisadi maraqlar  üstünlük təşkil edəcək və Zəngəzur dəhlizi açılacaq. Amma bunun üçün tarixi həqiqətlərin açılıb göstərilməsi olduqca vacibdir. Azərbaycan Prezidenti 
İlham Əliyev artıq neçənci dəfədir – Qarabağ münaqişəsinin davam etdiyi dövrdə, Qərbi Azərbaycana Qayıdış hərəkatına start veriləndə, bu il yanvarın ilk günlərində Azərbaycan Televiziyası üçün aktual məsələlərlə bağlı açıqlamasında və nəhayət,  yeni nəqliyyat proqramının təqdimatında bu məsələyə təkrar-təkrar qayıdıb.

Çox maraqlıdır ki, həmin yolun açılması Ermənistana da böyük xeyir gətirəcək. Yəni həmin yoldan Ermənistan da istifadə edəcək. Çünki o yol birtərəfli olmayacaq. Həmin yol Azərbaycandan keçərək dünyaya birləşəcək. Amma təəssüflər olsun ki, Ermənistan bundan iqtisadi yox, siyasi dividendlər qazanmağa çalışır. Ermənistan rəhbərliyi Zəngəzurla bağlı məsələyə böyük dövlətlərin müdaxilə etməsinə və Azərbaycandan bunun əvəzində nəyisə qoparmağa çalışır. Ona  görə də bu məsələ həll olunmur. 

– Ermənistan, necə deyərlər, hələ də kənar diktə altındadır. Yol açılmamış imperialist dairələr özünü Zəngəzur dəhlizinə yetirib. Bizə məlumdur ki, ABŞ orada özü üçün hərbi bazaya oxşar nəsə yaradr. Qərb orada müşahidə qurğuları yerləşdirir. Bundan başqa, Zəngəzur dəhlizinə bitişik zonada “binokl diplomatiyası” deyilən bir missiya da yaradıblar. 

– Mənə elə gəlir ki, bu binokl diplomatiyasından uzağa getməyəcək. Mümkün deyil ki, orada Amerikaya Fransa hansısa hərbi baza yaratsın. Çünki Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir. Bu necə ola bilər? Rusiya heç vaxt razı olmaz ki, NATO-nun hansısa bir hərbi hissəsi gəlsin onun sərhədlərinin yaxınlığındakı bir ölkədə yerləşsin. Ona görə də Ermənistan bu məsələdə ancaq vaxt itirir. Onların bu  ümidləri də puç olacaq. 

Bugünə kimi Prezident İlham Əliyev qarşıya qoyduğu bütün məqsədlərinə çatıb. 2020-ci ildə biz torpaqlarımızın böyük hissəsini azad etdik. 2023-cü ildə biz suverenliyimizi də tam bərpa etdik. Bunlarla müqayisədə Zəngəzur dəhlizinin açılması çox da çətin məsələ deyil.

– Biz bu illər ərzində müdafiə qabiliyyətimizi və  iqtisadiyyatımızı yüksəltdik. Ermənistan isə bütün potensialını işğal etdiyi torpaqların əldə saxlanılmasına yönəltdi və sonda xülyalar puç oldu. 

– Əgər Ermənistan qonşu ölkələrlə normal münasibətlər qurmasa, onun iqtisadiyyatı inkişafdan geri qalacaq, əvvəlki kimi yenə böyük dövlətlərin əlində alətə çevriləcək. Yenə də dalan vəziyyətində qalacaq. Onu da qeyd edək ki, Zəngəzur dəhlizi Ermənistana yeni bir şans verir. Əgər Ermənistan bu tarixi imkandan da istifadə etməsə  itirən tərəf yenə onlar olacaq. Ermənistan başa düşməlidir ki, Azərbaycan onsuz yaşaya bilər, ölkəmizin alternativ imkanları çoxdur.  Ancaq Ermənistanın  bu imkanları yoxdur. Zəngəzur dəhlizi açılmasa bu ölkə inkişaf edə bilməyəcək.

– İlqar məllim, sonda bir həqiqətə də diqqət yetirək: ermənilər niyə dövlətlərini gec yaratdılar? Əslində isə onlar üçün oyuncaq bir rejim yaradıldı. Bu toplum tarix boyu hansısa bir coğrafiyada özlərinə vətən yaratmayıblar. Belə bir fikir var ki, bu gün Ermənistanın sərhədləri açılsa ölkədə bir erməni qalmaz. 

– Erməni tarixçilər və başbilənlər uzun illərdir ki, özlərini dünyaya başıbəlalı xalq kimi təqdim etməklə məşğuldurlar. Məqsəd tarixdə törətdikləri cinayətləri, elədikləri xəyanətləri ört-basdır etməkdir. Bu necə məzlum xalqdır ki, imperiyaların dağılmasında kənar güclərə dəstək verib, onlara alət olub? Bu necə köməksiz ölkədir ki, ərazi və əhalicə özündən 3 dəfə böyük olan Azərbaycanın 20 faiz torpağını havadarlarının köməyi ilə işğal altında saxlayıb, 1 milyon soydaşımızı qaçqın-köçkünə çevirib?

Tarixi həqiqət isə budur ki, ermənilər “başıbəlalı” yox, “başabəla” bir toplumdur. Onlar İrana da, Türkiyəyə də, Qafqaza da kənardan gəliblər. Gecikmiş dövlətlərini isə Türkiyədə yaratmaq fikrinə düşüblər. Onların bu arzusunu tarixi Azərbaycan torpaqlarında rus imperializmi həyata keçirib. Vətənsiz olduqlarının bir göstəricisi də odur ki, dünyanın müxtəlif yerlərinə yayılıblar. Harada asan qazanc tapıblarsa, orada məskunlaşıb qara əməllərini davam etdiriblər.

Erməni toplumunun tarixdə qoyduğu bu silinməz izlərin nəticəsidir ki, bu gün xaricdə yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan 2–3 dəfə çoxdur. Bu gün onların ağızdolusu müraciət etdikləri erməni diasporunun bir üzvü belə Ermənistana gəlib orada yaşamaq istəməz. İkinci Dünya müharibəsindən sonra 1948–53-cü illərdə azərbaycanlıların deportasiyasından sonra xaricdən onların yurdlarına çox az sayda erməni gətirə bildilər, onlar da qısa müddət sonra geri qayıtdılar. Çünki onlar görmək istədikləri Ermənistanı görmədilər. 

Bu günün özündə də kiminsə daha yüksək həyat tərzini dəyişib Ermənistanda yaşamaq niyyəti  yoxdur. Onlar xaricdə çox yaxşı yaşayırlar. Xaricdəki ermənilərin bu gün iqtisadi böhran girdabında boğulan Ermənistanda yaşamaq niyyəti qətiyyən yoxdur. Əksər ermənilərin ikili vətəndaşlığı var. Ona görə ki, onlar daim harasa köçüblər: gəliblər, gediblər.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşündə irəli sürdüyü proqram – deportasiya olunmuş soydaşlarımızın dinc yolla tarixi torpaqlarımıza qayıtması isə tarixi ədalətin hökmüdür. Qarabağ məsələsi həll olunub.  İnanırıq ki, Zəngəzur dəhlizi məsələsində də biz yaxın vaxtlarda öz hədəfimizə çatacağıq.

– Maraqlı müsahibə üçün təşəkkür edirik.

Söhbəti çapa hazırladı: 
Tahir AYDINOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səkkizinci siniflər üçün YENİLİK

15 Fevral 2025 06:01see126

Tramp ABŞ nin enerji dominantlığı üzrə şura yaradıb

15 Fevral 2025 03:46see114

Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

14 Fevral 2025 20:15see114

“Ədalətin həyatda ən böyük uduşu, Aygünlə evlənməsi olub” Vasif

15 Fevral 2025 09:36see113

Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… Ekstrasens

15 Fevral 2025 08:32see113

Trampın Zelenski ilə söhbətinin Putinlə müqayisədə niyə qısa olub?

15 Fevral 2025 11:23see112

ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib

15 Fevral 2025 01:00see111

Günün yekunu... Hazırda Bakı

14 Fevral 2025 21:14see110

“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

14 Fevral 2025 21:08see110

Dünyanın sonunu bu tarixə proqnozlaşdırıb

14 Fevral 2025 20:40see110

6 aya Ukrayna müharibəsi bitə bilər Orban

15 Fevral 2025 01:12see109

“Leypsiq” “Auqsburq”la bacarmadı

15 Fevral 2025 01:28see109

Kipr haqqında “tərsürat”lar: Aldadılan qaradərililərin xəyal adasından reportaj FOTO

14 Fevral 2025 20:53see109

ABŞ tektonik təhlükə səbəbindən Yer üzündən yox ola bilər…

15 Fevral 2025 00:34see108

Pistorus: Hərbi xərclərin artırılması Almaniyanın yeni hökuməti üçün əsas prioritetdir

15 Fevral 2025 00:15see107

1988 2023 cü illərdə Qarabağ bölgəsi və ətraf ərazilərdə ermənilərin soydaşlarımıza işgəncələri ilə bağlı faktlar ELAN EDİLDİ

14 Fevral 2025 21:20see107

Qisas zamanıdır: Tramp Ukraynanın gələcəyini Zelenski ilə təsəvvür etmir TƏHLİL

15 Fevral 2025 07:19see106

Prezident: ”Azərbaycan Suriyaya keçid dövründə dəstək göstərməyə hazırdır”

14 Fevral 2025 20:06see106

Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsi başlayır

15 Fevral 2025 09:24see106

Azərbaycan çempionatına yekun vurulub FOTO

14 Fevral 2025 21:32see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri