Icma.az
close
up
RU
Zəngəzur üçün nümunə: Rusiya, yoxsa ABŞ modeli?

Zəngəzur üçün nümunə: Rusiya, yoxsa ABŞ modeli?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan, Ermənistan və Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı yayılan məlumatı Ermənistan mediası da təsdiq edib.

“Cebheinfo.az” xəbər verir ki, “Hraparak” qəzeti Zəngəzur dəhlizi layihəsi üzrə razılaşmanın regional geosiyasətdə və nəqliyyat infrastrukturunda ciddi dəyişikliklərə səbəb ola biləcəyini yazır.

“Bu razılaşmaya əsasən, Rusiyanın dəhlizə nəzarəti olmayacaq. Dünən Amerika proqramı məxfilikdən çıxarıldı. Buna əsasən, dəhlizə nəzarət Amerikanın özəl şirkətinə veriləcək. Maraqlıdır ki, bu məlumat Bakı ilə Moskva arasında münasibətlərdə artan gərginlik fonunda yayılır.

Ermənistan hakimiyyəti də yeni anti-Rusiya dalğası qaldırıb ki, bu da Rusiyanı regiondan sıxışdırıb çıxarmaq planının praktiki mərhələyə keçdiyini göstərir. Tərəflər bu istiqamətdə fəal əməkdaşlıq edirlər.

Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulda Dubayda gözlənilən görüş barədə də məlumat yayılıb”, - deyə “Hraparak” bildirir.

Ermənistan mətbuatı Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı əldə olunduğunu yazır. Ancaq tərəflərin hansı variant üzrə ortaq mövqeyə gəldiyi barədə dəqiq məlumat yoxdur. 

Qeyd edək ki, Zəngəzur dəhlizininin açılmasına dair indiyə qədər 3 təklif irəli sürülüb.

Birinci razılaşma Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdır. Bu sənəd Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz hərəkətini nəzərdə tutur.

Bəyanata əsasən, Zəngəzur dəhlizninin təhlükəsizliyini Rusiya Federal Təhlükəsilik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Lakin Nikol Paşinyan hökuməti nəqliyyat və kommunikasiya vasitələrinin təhlükəsizliyinin Ermənistan tərəfindən həyata keçirilməsini istəyir.

Türkiyə 10 noyabr Bəyanatını dəstəkləsə də, Rusiya amilinə görə, Ermənistanın bu varianta razılaşmadığı aydındır. 

İkinci təklif Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin Suvalki dəhlizi və ya “Kalininqrad modeli” (“Kalininqrad modeli” ifadəsi 4 ölkə - Litva, Polşa, Belarus və Rusiya (Kalininqrad vilayəti) arasında yerləşən, Kalininqradla Belarusu birləşdirən təxminən 100 km-lik Suvalk dəhlizidir. 

“Soyuq müharibə” zamanı bu dəhlizin elə bir ciddi əhəmiyəti yox idi. Çünki Litva, Belarus və Kalininqrad SSRİ ərazisi, Polşa isə sosialist ölkəsi idi. Ona görə də bu ərazidən istifadə üçün hansısa sazişdən, icazədən istifadəyə gərək yox idi. “Soyuq müharibə” başa çatdıqdan, SSRİ-nin dağılması ilə müstəqil dövlətlərin yaranmasından sonra bu dəhlizin əhəmiyyəti artmağa başladı) əsasında qurulması ilə bağlıdır. 

Bu model Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin sərhəd-buraxılış və gömrük nəzarətindən keçmədən birbaşa hərəkətini nəzərdə tutur. Azərbaycan tərəfi sərhəd-buraxılış və gömrük nəzarətinin Ermənistasn ərazisindən istifadə edən üçüncü ölkələrə aid edilməsini təklif edirdi. Lakin Ermənistan indiyə qədər bu təklifə cavab verməyib. 

Üçüncü variant isə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülüb. Bu model “Azərbaycandan-Azərbaycana, Ermənistandan-Ermənistana” adlanır.

Paşinyan nəqliyyat-tranzit əlaqələrinin həyata keçirlməsi məqsədilə Horadiz-Mehri-Arazdəyən-Naxçıvan-Ordubad-Mehri-Horadiz dairəvi dəmir yolu şəbəkəsinin yaradılmasını təklif edir. 

Ermənistan mediasının yaydığı məlumatdan isə Nikol Paşinyanın Türkiyəyə ABŞ-nin təklifini müzakirə etmək üçün getdiyi qənaəti yaranır. Söhbət “Karnegi” Fondunun açıqladığı plandan gedir.

Yəni Zəngəzur dəhlizinin açılmasına dair Dubayda Azərbaycan və Ermənistan arsında ayrıca müqavilə imzalanır. Bu dəhlizin təhlükəsizliyi Rusiyaya deyil, ABŞ-nin özəl şirkətinə həvalə edilir. Görünür, Ermənistanla həmin ərazidə eksteritoriallıq yaranmaması barədə razılaşma əldə olunub. Ona görə də rəsmi İrəvan bu varianta razılıq verib.

Buna baxmayaraq, Türkiyənin qeyd edilən təklifə razılıq verməsi ilə bağlı hər hansı məlumat yoxdur. “Karnegi” Fondunun açıqlamasında isə Vaşinqton Zəngəzur dəhlizinin açılması müqabilində Azərbaycana və Ermənistana təbii sərvətlərinin ABŞ, Böyük Britaniya və Fransa arasında bölüşdürülməsini təklif edir.

Halbuki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına dair hüquqi öhdəliyə malikdir. Bu öhdəliyə əməl etməli olan Ermənistan tərəfi olduğu halda, Azərbaycanın öz təbii sərvətlərini üçüncü dövlətin istismarına verməsi absurd səslənir.

Əgər Nikol Paşinyan hökuməti bu məsələdə razılığa gəlməsə, Azərbaycan İran ərazisindən çəkilən Araz dəhlizindən istifadə edəcək ki, bu halda Ermənistan blokadada qalmaqda davam edəcək. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Açar sözlər: Zəngəzur dəhlizi Rusiya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri