Icma.az
close
up
RU
Zəngəzur uğrunda mübarizə qızışır Türk dünyası üçün HƏYATİ MƏSƏLƏ

Zəngəzur uğrunda mübarizə qızışır Türk dünyası üçün HƏYATİ MƏSƏLƏ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bildirib ki, Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə Zəngəzur dəhlizini  idarə etməyə hazırdır.

Diplomatın sözlərinə görə, ABŞ tərəflərə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məsələyə İrəvanın münasibətini bildirib və qeyd edib ki, ABŞ-nin variantı mümkün deyil.

Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, ABŞ-nin bu kontekstdə Ermənistana ciddi təzyiq edəcəyini düşünmür:

“Çünki bu, birtərəfli məsələ deyil. Münaqişənin iki tərəfi var. Burada həlledici səslərdən biri Azərbaycandır. Azərbaycan indiki məqamda xüsusilə də özü üçün tarixi və geosiyasi əhəmiyyəti olan coğrafiyanın, dəhlizin 10 min kilometr o tərəfdən gələn ABŞ-nin nəzarətinə verməyə razı olmaz. Bu baxımdan düşünürəm ki, bu, təklif olaraq qalacaq”.

Politoloq vurğulayıb ki, nəqliyyat kommunikasiyasının açılmasında ABŞ-nin marağının olması ən azı prosesə dəstəkdir:

“Eyni zamanda digər regional güclərə qarşı çəkindirici xarakter daşıyır. Çünki Zəngəzur dəhlizi uğrunda ciddi mübarizə var. Rusiya 2020-ci ilin 10 noyabr sənədinə uyğun olaraq, Zəngəzur dəhlizində nəzarət mexanizmini məhz Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına verilməsinə tələb edir. Lakin düşünürəm ki, artıq 10 noyabr sənədi işlək deyil. Bunun səbəbkarlarından biri məhz Rusiya özüdür. Çünki Rusiyanın özünün imzaladığı sənəd bir neçə aydan sonra pozulmağa başladı ki, o bunun qarşısını nəinki almadı, əksinə üzərlərinə düşən öhdəliyi yerinə yetirməmək üçün dəridən-qabıqdan çıxdı. Separatçı rejimə silahlarını və minalarını daşımağa rəvac verdilər. 10 mindən yuxarı separatçı erməni qoşunlarına həm də təhlükəsizlik çətiri yaratdılar. Onların mühafizəsi altdında Qarabağda bir ərazidən digərinə təhlükəsiz gedib-gələ bilirdilər. Rusiyanın 10 noyabr sənədinə istinad etməsi nə Ermənistan, nə də Azərbaycan tərəfindən qəbul edilər”.

N.Miri vurğulayıb ki, bu gün bütün qərarlar Ermənistanla Azərbaycan tərəfindən ikili müzakirə olunur:

“Bu prosesin ikili müstəviyə daşınması, qərarların verilməsi kənar müdaxilələri rahatlıqla istisna edir. Çünki Rusiya prosesə müdaxilə etmək istəsə, buna Avropa İttifaqı, ABŞ qarşı çıxa bilər. ABŞ-nin bu ərazini 100 illiyə öz nəzarətinə götürmək istəyi Rusiyanın müdaxiləsinə, qonşu İranın, eyni zamanda yeni nəqliyyat kommunikasiyasından istifadə etmək istəyən Çinin ciddi narahatlığına səbəb ola bilər. Ona görə də düşünürəm ki, bu, Azərbaycanın da marağında olan məsələ deyil. Zəngəzur dəhlizi Azərbaycan üçün həyati məsələyə çevirilib. Qardaş Türkiyə üçün də belədir. Çünki bu dəhliz Türkiyəni Türk dünyası ilə bağlayır. Ona görə də ABŞ səfirinin dedikləri də düşünürəm ideya olaraq qalacaq. Ola bilsin ki, test xarakterli, Ermənistan və Azərbaycanın rəyini öyrənmək üçün ortaya atılıb. Azərbaycanın rəsmi cavabı yoxdur. Amma rəsmi cavab verəcəyi təqdirdə Azərbaycanın bir sıra sualları olacaq. Belə bir ərazinin ABŞ-nin nəzarətinə verilməsi Azərbaycan və region ölkələrinin geosiyasi maraqlarına uyğun gəlmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri