Icma.az
close
up
RU
Zəngəzur yolu enerji dəhlizinə də çevrilir

Zəngəzur yolu enerji dəhlizinə də çevrilir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

400 kV-luq ilk gərginlik xətti layihəsi gerçəkləşir

Son illər qlobal energetika gündəmində elektrik enerjisinin sabit ötürülməsi önəmli yer tutur. Bu baxımdan, Azərbaycan regionda strateji mövqeyini gücləndirərək elektrik enerjisi tranzitinin əsas halqasına çevrilir. Xəzər hövzəsinin geniş bərpaolunan enerji potensialı fonunda ölkəmiz böyük həcmdə elektrik ötürən tranzit mərkəzi rolunda çıxış etməyə başlayır.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan ərazisi arasında birbaşa bağlantının bərpası xüsusi əhəmiyyət daşıyır. Məhz Zəngəzur dəhlizinin açılması perspektivi fonunda icra edilən enerji infrastrukturu layihələri, o cümlədən Zəngəzur elektrik ötürmə xətti Azərbaycanı regionda və Avropada etibarlı tərəfdaş kimi daha da cəlbedici edir.

Artıq Xəzər dənizi–Qara dəniz–Avropa marşrutu üzrə yeni elektrik interkonnektorlarının yaradılması planlaşdırılır ki, bu da Azərbaycanı Cənubi Qafqazda elektrik enerjisinin ötürülməsi baxımından əsas qovşaqlardan birinə çevirəcək. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda və Xəzər ölkələri çərçivəsində planlaşdırılan günəş və külək elektrik stansiyaları sayəsində Azərbaycan gələcəkdə Avropa bazarlarına “yaşıl enerji” ixracını genişləndirməyi hədəfləyir.

Hazırda Naxçıvan MR-in ölkənin vahid enerji sisteminə qoşulması və beləliklə, Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması üçün mühüm addımlar atılır. Ən əsas addımlardan biri “Zəngəzur” yüksəkgərginlikli elektrik xətti layihəsidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, “AzərEnerji” ASC tərəfindən Cəbrayıl rayonu ərazisindən Ağbənd qəsəbəsinə qədər 74 kilometr, paralel olaraq Naxçıvan şəhərindən Ordubad istiqamətində dövlət sərhədinədək 105 kilometr uzunluğunda ikidövrəli, 330 kilovoltluq xətt inşa edilir.

Həmin ötürmə xətti 1000 meqavat gücdaşıma qabiliyyətinə malik olacaq ki, bu da ölkədaxili və ölkələrarası elektrik ötürülməsi üçün kifayət qədər yüksək göstəricidir. Yeni xəttin marşrutu boyunca müxtəlif iqlim və relyef şəraiti mövcuddur. Xüsusən Araz çayı boyunca uzanan bəzi hissələrdə xətt dağlıq və qayalı massivləri yararaq keçir ki, bu da tikinti işlərini olduqca çətinləşdirir. “AzərEnerji” bu xətti son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkməklə qarşıya qoyulan tapşırığı icra edir.

Layihə mərhələli şəkildə həyata keçirilir. Hazırda hər iki istiqamətdə – həm Cəbrayıl–Ağbənd, həm də Naxçıvan–Ordubad xəttinin inşası gedir. Nəticədə, Azərbaycan ərazisində inşa olunan 74 kilometrlik və Naxçıvan ərazisində çəkilən 105 kilometrlik xətlər vahid bir magistrala çevriləcək. Bundan başqa, Naxçıvan şəhərində yeni 330 kilovoltluq yarımstansiyanın tikilməsi də layihəyə daxildir. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və hazırlıq-təşkilati (mobilizasiya) işlərinə start verilib. Sözügedən yarımstansiya Naxçıvanın enerji təminatında mühüm rol oynayacaq, eyni zamanda, gələcək beynəlxalq ötürmənin texniki dayanıqlılığını təmin edəcək.

Zəngəzur enerji xətti layihəsi birbaşa dövlət rəhbərliyinin nəzarətində həyata keçirilir. Qeyd edək ki, ölkə Prezidenti uzun illərdir, Azərbaycanın enerji strategiyasının tərkib hissəsi kimi Naxçıvanın enerji izolyasiyasına son qoyulması və regional interkonnektorların yaradılması ideyasını diqqət mərkəzində saxlayır. Zəngəzur dəhlizi layihəsinin gerçəkləşdirilməsi istiqamətində dövlət başçısı məqsədyönlü və ardıcıl siyasət həyata keçirir.

Bu siyasətin nəticəsi olaraq, 2023-cü ilin sonu və 2024-cü ilin əvvəllərindən etibarən praktiki tikinti işlərinə başlanılıb. “AzərEnerji” hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik şəbəkəsinin yenidən qurulması, Cəbrayıl rayonunda yeni 330 kilovoltluq qovşaq yarımstansiyasının tikintisi və digər əlaqəli infrastruktur layihələrini də icra edir. Bütün bu fəaliyyətlər Prezident İlham Əliyevin enerji strategiyasına uyğun olaraq ölkəmizin enerji sistemini modernləşdirməyə və beynəlxalq inteqrasiya səviyyəsini artırmağa yönəlib.

Bundan başqa, Naxçıvanın inteqrasiyası regional enerji şəbəkəsinin optimallaşdırılması baxımından da faydalıdır. Xüsusilə, Naxçıvan bağlantısı qurulduqdan sonra Azərbaycan–Türkiyə üzərindən Avropaya uzanan elektrik xətlərinin səmərəliliyi artacaq və regional enerji təhlükəsizliyi daha da güclənəcək. Yəni təkcə Naxçıvan deyil, bütövlükdə region ölkələri üçün elektrik enerjisinin ötürülmə etibarlılığı yüksələcək. Bu inteqrasiya addımı Azərbaycana imkan verir ki, enerji sistemində tezlik və güc balansını ölkədaxili resurslar hesabına tənzimləsin, qonşu ölkələrdən fövqəladə yardım ehtiyacını minimuma endirsin.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfədir ki, 400 kilovoltluq gərginlik sinfində bir infrastruktur yaradılır. İndiyədək ölkənin enerji sistemi, əsasən, 110, 220 və 330 kilovoltluq xətlər üzərində qurulmuşdu. Yeni 400 kilovoltluq xətt Naxçıvanı Türkiyə Respublikasının enerji sistemi ilə birləşdirəcək. Burada inşa ediləcək konvertor (çevirici) stansiyası isə iki müxtəlif enerji sistemi arasında fasiləsiz enerji mübadiləsini təmin edəcək.

Türkiyə hazırda Avropa enerji sisteminin (ENTSO-E) tərkib hissəsidir və sinxron rejimdə fəaliyyət göstərir. Azərbaycanın enerji sistemi isə hələlik Avropa şəbəkəsinə birbaşa qoşulu deyil. Bu səbəbdən 400 kilovoltluq xətt üzərində qurulacaq çevirici yarımstansiya bir növ “enerji körpüsü” rolunu oynayacaq – yəni Azərbaycanın şəbəkəsi ilə Türkiyə–Avropa şəbəkəsi arasında enerji mübadiləsi mümkün olacaq. Bu stansiya vasitəsilə gərginlik və tezlik parametrləri uyğunlaşdırılaraq qarşılıqlı enerji axını tənzimlənəcək.

Naxçıvan–Türkiyə 400 kilovoltluq xəttinin çəkilməsi, həm də ölkəmizin elektrik enerjisi ixrac imkanlarını birbaşa genişləndirəcək. Əgər indiyədək Azərbaycan elektrik enerjisini yalnız Gürcüstan, Türkiyə və Rusiya, İran kimi qonşu ölkələrə ötürürdüsə, yeni xətt vasitəsilə ilk dəfə Avropa bazarına birbaşa çıxış əldə ediləcək. Bu xətt üzrə ötürüləcək enerji həcmlərinin optimallaşdırılması məqsədilə Naxçıvan ərazisində geniş yarımstansiya və infrastruktur tikintisi aparılır.

Gözlənilir ki, 400 kilovoltluq xəttin reallaşması ilə Naxçıvan enerji sistemi təkcə ölkədaxili rol oynamayacaq, həm də tranzit funksiyasını icra edəcək. Yəni Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrinin gələcəkdə bu dəhlizə qoşulması ilə onların elektrik enerjisi də məhz Azərbaycan üzərindən Türkiyəyə və Avropaya nəql oluna bilər. Bu ehtimal xüsusilə Türkmənistan, Qazaxıstan kimi böyük enerji istehsalçılarının artan “yaşıl enerji” layihələri fonunda maraq doğurur. Mərkəzi Asiya ölkələrinin zəngin enerji resursları mövcuddur və Zəngəzur dəhlizi onların Avropaya çıxışı üçün daha qısa və səmərəli marşrut təqdim edə bilər.

Beləliklə, Naxçıvandan keçməklə yaradılan 400 kilovoltluq xətt təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji önəm daşıyan bir enerji körpüsünə çevriləcək.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri