Icma.az
close
up
RU
ABŞ Zəngəzur dəhlizinə niyə can atır: Rusiyasız Qafqaz ssenarisi reallığa çevrilir

ABŞ Zəngəzur dəhlizinə niyə can atır: Rusiyasız Qafqaz ssenarisi reallığa çevrilir

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqaz yeni geopolitik savaş mərhələsinə keçid edir, indi bu region sadəcə üç dövlətin deyil, ümumiyyətlə, qlobal güclərin maraq zonasına çevrilib... ABŞ-ın bu regionda aktivləşməsi geostrateji qütbləşməni dərinləşdirə, geopolitik balansı dəyişə, Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən həmişəlik qopara bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz regionunda geopolitik rəqabət artıq qarşıdurma mərhələsinə keçmək üzrədir. Belə ki, ABŞ və Qərbin bu regionda kifayət qədər fəallaşdığı müşahidə olunur. Xüsusilə də, ABŞ Rusiyanın maraq dairəsində olan regional geopolitik, geoiqtisadi və geostrateji proseslərə birbaşa müdaxilə etməyə çalışır. Və bu, Tramp adminstrasiyasının Cənubi Qafqazın Rusiya təsirindən tamamilə uzaqlaşdırılmasında maraqlı olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evdə Rusiya ilə geopolitik rəqabətin ən önəmli faktorlarını tam dəqiqliyi ilə müəyyən ediblər. Belə ki, Tramp adminstrasiyası Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına dəstək mesajları verməyə başlayıb. Buna paralel olaraq, ABŞ Cənubi Qafqazın gələcək taleyini təyin edəcək Zəngəzur dəhlizinə də xüsusi maraq göstərir. Və bu regional geoiqtisadi layihədə Rusiyanın iştirak şansını bloklamağa cəhd edir.

Məsələ ondadır ki, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi hazırda Cənubi Qafqazda geosiyasi balansı yenidən nəzərdən keçirməyə ehtiyac yaradır. Ağ Evin bu məsələ ilə bağlı rəsmi açıqlamaları, eləcə də, qeyri-rəsmi təklifləri bölgədə böyük güclərin qarşıdurmasının yeni fazaya keçmək üzrə olduğunu göstərir. Belə ki, son vaxtlar ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə dair fərqli və bəzən bir-birinə zidd məlumatlar yayılmaqdadır.

Maraqlıdır ki, “Armenpress”in yaydığı məlumata görə, ABŞ Dövlət Departamenti Tramp administrasiyasının Ermənistan və Azərbaycana Zəngəzur dəhlizi ilə bağlı təkliflər verdiyi barədə iddialara münasibət bildirməkdən yayınıb. Bununla yanaşı, Dövlət Departamenti ABŞ-ın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu da vurğulayıb.Və bu, Ağ Evin qeyri-rəsmi olaraq, bu məsələyə yönəlik fəaliyyətindən xəbər verir.

Digər tərəfdən, “Middle East Eye” portalı ABŞ-ın Türkiyədəki səfiri Tom Baraka istinadən iddia edib ki, Ağ Ev Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarəti üzərinə götürmək barədə təkliflə çıxış edib. ABŞ səfiri Tom Barakın sözlərinə görə, bu təklif Azərbaycan və Ermənistan arasında etimadın formalaşdırılması, bölgədə nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Və belə ziddiyyətli açıqlamalar ABŞ-ın regiondakı konkret planları barədə müəyyən suallar doğurur.

Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək strateji nəqliyyat-kommunikasiya xətt olaraq,  gündəmə gətirilib. Ancaq Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr anlaşmasında bu dəhlizin açılması nəzərdə tutulsa da, hələ də siyasi və texniki detallar ucbatından reallaşmamış qalmaqdadır.

Son vaxtlar isə bu geostrateji layihə Cənubi Qafqaza can atan qlobal güclər arasında yeni “böyük oyun”un tərkib hissəsinə çevrilməyə başlayıb. Rusiya məhz üçtərəfli 10 noyabr anlaşmasına istinadən bu dəhlizə nəzarət etmək istəyir və bölgədəki rolunu qorumaq üçün yeni təsir mexanizmi yaratmağa çalışır. İran bu dəhlizi özünün şimal nəqliyyat qovşaqlarına və Ermənistanla münasibətlərinə təhlükə kimi qiymətləndirir. ABŞ isə görünür, mövcud ziddiyyətli situasiyadan istifadə edərək, Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirmək niyyətinə düşüb.

ABŞ səfirinin 100 il müddətinə dəhlizə nəzarət təklifi barədə danışması neqativ məzmunlu reaksiyalara da səbəb verib. Çünki beynəlxalq hüquqi konvensiyalara zidd ola biləcək belə uzunmüddətli razılaşmalar, xüsusilə də, üçüncü ölkələrin suveren ərazilərində müəyyən qəliz situasiyalar vəd edir. Üstəlik, Ağ Evin təklifi həm də regional qonşularda - Rusiya və İranda ciddi narahatlıq doğurub. Və bu dövlətlər ABŞ-ın regionda fəallaşmasını öz maraqlarına qarşı real təhlükə kimi qiymətləndirir.

Təbii ki, hazırda cərəyan edən proseslər "ABŞ nəyə nail olmaq istəyir" sualını doğurur. Çünki ABŞ-ın Cənubi Qafqaz strategiyası son illərdə daha çox Rusiya və İranın regionda təsir mexanizmlərini zəiflətmək, eyni zamanda, Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünə qarşı alternativ nəqliyyat xətləri qurmaq məqsədi daşıyır. Bu baxımdan, Zəngəzur dəhlizi ABŞ üçün Türkiyə və Azərbaycan vasitəsilə Avrasiya ticarət yollarına birbaşa çıxış imkanları açır.

Eyni zamanda, ABŞ-ın geostrateji hədəfləri sırasında Çinlə rəqabətdə Orta Dəhliz strategiyasının möhkəmləndirilməsi də yer alır. Buna əlavə olaraq, ABŞ-ın gələcək planları arasında İranın şimal nəqliyyat izolyasiyası və Rusiya-Ermənistan əlaqəsinin zəiflədilməsi kimi strateji məqsədlər də olmamış deyil. Və bu hədəflər yalnız yaxın deyil, həm də daha uzaq perspektivə yönəlik planları da əhatə edir.

Maraqlıdır ki, mövcud situasiyada ən əlverişsiz vəziyyət Ermənistanın payına düşür. Çünki hazırda Ermənistan iki qəliz seçim arasında sıxışıb qalan dövlət durumuna düşmüş kimi görünür. Ona görə də, rəsmi İrəvan hələlik tərəddüd içərisindədir. Belə ki, bir tərəfdən, ABŞ və Qərbin dəstəyi Ermənistanın Rusiya asılılığından çıxmaq cəhdlərinə yardım edə bilər.

Digər tərəfdənsə, ABŞ kimi üçüncü bir ölkəyə dəhlizdə nəzarət hüququnun verilməsi Ermənistan üçün suverenlik və daxili siyasi sabitlik baxımından, risk təşkil edir. Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlar Qərbə inteqrasiyanı prioritet elan edib. Və bu baxımdan, ABŞ-ın təklifinə “diqqətlə yanaşacağı” istisna deyil.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz yeni geopolitik savaş mərhələsinin astanasındadır. Zəngəzur dəhlizi ətrafında yaranmış situasiya bir daha sübut edir ki, Cənubi Qafqaz sadəcə üç dövlətin deyil, qlobal güclərin maraq zonasıdır. ABŞ-ın bu regionda aktivləşməsi geostrateji qütbləşməni dərinləşdirə, geopolitik balansı dəyişə və yeni qarşıdurmalar üçün münbit şərait yarada bilər. Və əgər, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifi real geopolitik gündəmdə ön plana keçirilərsə, Cənubi Qafqazın "qapılar"ının Rusiyanın üzünə həmişəlik bağlanması qaçılmaz olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri