Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Zəngəzurun hekayəsini dünyaya necə çatdırmalıyıq?

Zəngəzurun hekayəsini dünyaya necə çatdırmalıyıq?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Post-modern dünyada reallıq faktiki amillərlə yanaşı narrativlər, başqa sözlə hekayə quruculuğu əsasında formalaşır. 2021-ci ildə dövlətimizin başçısı tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, faktiki xarakter daşıyan halın təsdiqi ilə birgə cəmiyyətimiz üçün yeni narrativin ötürücüsü olmuşdur. Ölkəmizin mövcud geosiyası reallığı və yerləşdiyimiz coğrafi regionun şərtləndirdiyi ekzogen amillər bu cürə narrativlərin məhz Azərbaycan və azərbaycanlılar tərəfindən formalaşdırılmasını labüd edir. 
Çox da uzaq olmayan tariximizdən çıxara biləcəyimiz “dərslər” bu məsələlərin əhəmiyyətini bildirir. SSRİ-nin son dövründə Qarabağ münaqişəsi ətrafında Mixail Qorbaçovun yaxın ətrafındakı erməni əsilli rəsmilərin yaratdığı narrativ, yaxud da, bənzər formada erməni lobbisinin  təxəyyülünün məhsulu olan narrativlər əsasında ABŞ Konqresi tərəfindən 1992-ci ildə Azadlığa Dəstək Aktına ediln 907-ci düzəliş bunun bariz nümunələrindəndir. 

Qeyd olunan tarixi hallar onu sübut edir ki, hüquqi olaraq faktiki reallıq ölkəmizin xeyrinə olsa da, narrativ quruculuğu anti-Azərbaycan dairələri tərəfindən pro-aktiv qaydada işlənildiyindən Azərbaycan çoxsaylı ədalətsizliklərlə üzləşmişdir. Hətta zaman-zaman Azərbaycanla fərqli materiklərdə yerləşən ölkələrdəki azsaylı erməni icmalarının təhrif edilmiş faktlar əsasında ərsəyə gətirdikləri filmlər, kitablar və s. ictimai materiallar vasitəsilə həmin cəmiyyətlərə təlqin etdikləri narrativlər ictimai rəyə təsirsiz ötüşməmişdir. İctimai rəy isə dövlət siyasəti üzərində birbaşa və ya dolayı təsirlərə malikdir. 

Bütün bunlara baxmayaraq, Azərbaycan 2020-ci ildən başlayaraq müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası sayəsində Cənubi Qafqazdakı mənzərəni dəyişməyə nail oldu. Çoxəsrlik tariximizin son 200 illik kəsiyində, ilk dəfə itki yerinə haqlı qazanc əldə edən Azərbaycanımız dünyanın geosiyasi və geoiqtisadi fəzasında regional güc kimi öz layiqli yerini tutdu. Bu yeni reallığı isə Azərbaycanın yaratmalı olduğu narrativdə yeni çalarların vurğulanması zərurətini labüd edir. Nəzərə almaq lazımdır ki, artıq Qarabağ problemi özünün ədalətli həllini tapıb və dövlətimiz strateji maraqlarını tarixi torpaqlarımız olan Zəngəzurda ifadə etmək iqtidarında olduğunu bəyan edir. Lakin bu heç də Azərbaycanın qonşu dövlətə ərazi iddiası kimi qələmə verilməli deyil. Azərbaycan xalqı tarixən ədalətsiz narrativlərin formalaşdırdığı hərbi-siyasi aktların qurbanı olsa da, daim sülhpərvər mövqedən çıxış edib. İndi isə azərbaycanlıların öz dədə-baba yurdlarına ləyaqətli qayıdışın təminatı üçün ləngimədən, Zəngəzur adlı hekayəmizin ilk növbədə başda dost və müttəfiq ölkələrin cəmiyyətləri olmaqla, dünya ictimaiyyəti ilə məqsədyönlü qaydada kommunikasiya edilərək legitimləşdirilməsini həyata keçirməliyik.

Ölkəmiz istər elmdə, istər incəsənətdə, istərsə də populyar mədəniyyətdə Zəngəzur mövzusunda öz mənafeyini “yumşaq” mesajlarla ötürməyi bacarmalı, başqa sözlə öz narrativini formalaşdırmalıdır. Burada isə qəlibləşmiş “Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır!” devizindən müasir dövrün şərtləndirdiyi amillər nəzərə alınmaqla, bunun necə və hansı kanallar vasitəsilə həyata keçirilməsinin müzakirəsi fazasına keçid edilməlidir. 

Film istehsalı yönümündən hekayəmizin yaradılması nəzərdə tutularsa insan həyatının 15-20 saniyəlik çərçivələrə sığışdırıldığı sosial media erasında sözügedən ekran əsərinin bədii xəttinin ehtiva etdiyi diskursun, habelə müvafiq tematik mesajların beynəlxalq aləmdə yayılmasına fokuslanmaq müstəsna əhəmiyyət kəsb edir. Qardaş Türkiyənin timsalındakı nümunədə, son 15 ildə istehsal olunmuş tarixi teleseriallar onlarla ölkədə yüz milyonlarla tamaşaçının diqqətini cəlb etməyi bacarmışdır. Sosial şəbəkə seqmentində trendə çevrilən serial personaj və epizodları qardaş ölkənin imici üçün müsbət bir narrrativ inersiyasının formalaşmasına, başqa sözlə Latın Amerikasından tutmuş uzaq şərqə qədər popular mədəniyyətdə onun yerinin nəzərəçarpan dərəcədə möhkəmlənməsinə gətirib çıxarmışdır. 

Hipotetik cəhətdən, Azərbaycanın bənzər trayektoriya üzrə hərəkəti mahiyyət etibarilə Zəngəzur ətrafında tarixi-mədəni narrativimizin məktəbinin formalaşması ilə nəticələnə bilər. Bir sıra qrantlar və maliyyələşmə mənbələrinin Zəngəzur üzrə popular mədəniyyət üçün ayrılması isə təkcə yaxın mənzildəki hədəflər üçün deyil, kökü kökümüzdən dili dilimizdən olan digər soydaşlarımızın məsələləri ətrafında Azərbaycanın “hekayəsinin” beynəlxalq arenada ifadə olunması kimi strateji hədəflər üçün də zəmin hazırlaya bilər. Çünki yazının əvvəlində vurğulandığı kimi, reallıq, faktlarla yanaşı, həm də pro-aktiv qaydada ötürülən mesajların məhsuludur.

İyirmi birinci əsrin üçüncü onilliyinə doğru irəliləyən məğrur Azərbaycanımızın reallıqları artıq total dəyişikliyə uğrayıb. Ölkəmiz geosiyasi təlatümlərin obyektindən subyektinə çevrilməklə artıq post-Sovet periferiyasının komponenti olmayıb, şərqlə qərbin, şimalla cənubun qovşağında yerləşən əhəmiyyətli iqtisadi, siyasi və mədəni bir hab kimi öz yerini tapıb. Bu reallığın faktoloji aspektidir. Bundan sonra isə dövlətimizin başçısının illərlə addım-addım ərsəyə gətirdiyi bu fövqəladə faktın milli hekayəmiz formasında dünyaya tanıdılması vəzifəsi ictimaiyyətin incəsənət, ədəbiyyat və elm sferasındakı qüvvələrinin üzərinə düşür.

Asif Muradzadə

“Ayrılığın sonu varmış” tarixi romanının müəllifi və “qerbiazerbaycanim.com saytının ideya və layihə müəllifi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri