Icma.az
close
up
RU
Zəngilan şəhərinin şanlı yolu və yenidən doğuluşu

Zəngilan şəhərinin şanlı yolu və yenidən doğuluşu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonu zəngin tarixi, əsrarəngiz təbiəti və strateji coğrafi mövqeyi ilə hər zaman xüsusi əhəmiyyətə malik olmuşdur. Bölgənin tarixinə nəzər salarkən Zəngəzur qəzasının tarixi və regionda baş vermiş inzibati-ərazi dəyişiklikləri tariximizin mühüm səhifələrindən birini təşkil edir. Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış inzibati bölgü regionun sosial-siyasi və ərazi quruluşuna mühüm təsir göstərmişdir. Zəngilan rayonu isə 1930-cu ildə inzibati vahid kimi təşkil olunmuşdur.

Zəngilan rayonunun coğrafiyası özünəməxsus relyefi, bərəkətli torpaqları, Bəsitçay və Həkəri kimi çayları, həmçinin nadir Şərq çinarı meşələri ilə zəngindir. Bu zəngin coğrafiya ərazidə qədim zamanlardan məskunlaşmanın artmasına və rəngarəng mədəniyyətin formalaşmasına zəmin yaratmışdır. Ərazidə yerləşən milli və dini-tarixi abidələr, sərdabələr, körpülər və ibadətgahlar xalqımızın əsrlər boyu bu torpaqlarda yaşadığının və zəngin mədəni irs yaratdığının bariz sübutudur.

Lakin 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Zəngilan rayonu işğal olundu. Rayonun əhalisi doğma torpaqlarından didərgin düşdü, yaşayış məntəqələri və infrastruktur dağıntılara məruz qaldı, tarixi və dini abidələrə, o cümlədən məscidlərə ciddi ziyan dəydi.

İyirmi yeddi illik həsrətə 2020-ci ilin payızında son qoyuldu. 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Zəngilan şəhərinin və ətraf kəndlərin azad olunması İkinci Qarabağ müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Zəngilan rayonunun azad edilməsi nəticəsində Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış hissəsinə nəzarət bərpa edildi. Azərbaycan dövləti və xalqı bu tarixi zəfəri yüksək qiymətləndirərək Vətən müharibəsində göstərilən şücaətin rəmzi kimi “Zəngilanın azad olunmasına görə” medalını təsis etdi. Döyüşlərdə fərqlənən qəhrəman hərbçilər həmin medalla təltif olundular. Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 20 oktyabr tarixinin Zəngilan Şəhəri Günü kimi qeyd edilməsi barədə 2023-cü ildə qərar qəbul edildi.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri regionun sürətli bərpası və inkişafının təməlini qoydu. Dövlət başçısının diqqəti və nəzarəti altında Zəngilan yenidən qurulur və böyük quruculuq meydanına çevrilir. Bu çərçivədə rayonun infrastrukturu müasir standartlara uyğun şəkildə bərpa edilir, yollar və körpülər salınır, elektrik və su xətləri çəkilir. Mədəni-dini irsin qorunması və bərpası istiqamətində də mühüm addımlar atılır.

Zəngilan həm də innovativ layihələrin və müasir texnologiyaların tətbiq edildiyi mərkəzdir. Böyük Qayıdış proqramı çərçivəsində Ağalı kəndində yaradılmış “ağıllı kənd” layihəsi müasir yaşayış modelinin nümunəsidir. Yaşıl enerji, müasir idarəetmə və rahat yaşayış şəraiti ilə seçilən Ağalı kəndi işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf modelinin formalaşmasına töhfə verir. Eyni zamanda, Zəngilanda kənd təsərrüfatı layihələri həyata keçirilir və bu layihələr regionda aqrar sektorun elmi əsaslarla, yüksək məhsuldarlıqla inkişaf etdirilməsinə xidmət edir.

Strateji mövqeyi sayəsində Zəngilan mühüm nəqliyyat qovşağıdır. Regionun nəqliyyat imkanlarının genişləndirilməsində Zəngilan Beynəlxalq Hava Limanı, çəkilən dəmir yolları və magistral avtomobil yolları mühüm rol oynayır. Zəngilanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin inkişafında, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı layihələrdə əhəmiyyətli mövqeyi vardır. Bununla yanaşı, füsunkar təbiəti, meşələri və çayları sayəsində rayonun turizm potensialının inkişaf etdirilməsi üçün imkanlar genişdir. Burada ekoturizmin və istirahət zonalarının inkişafı nəzərdə tutulur.

Bu gün Zəngilan rayonunda məskunlaşma prosesi davam edir. Keçmiş məcburi köçkünlərin doğma ocaqlarına qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir. Zəngilan artıq dağıntıların və işğalın rəmzi deyil, müasirliyin, quruculuğun və Zəfərin parlaq təcəssümüdür.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri