Icma.az
close
up
RU
Zəngilanda çəkdiyi əsərlərlə tanınan rəssam Şuşadan yeni təkliflər alıb AÇIQLAMA

Zəngilanda çəkdiyi əsərlərlə tanınan rəssam Şuşadan yeni təkliflər alıb AÇIQLAMA

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Rəssamlığa marağım uşaqlıqdan yaranıb. Əksər rəssamlar kimi mən də qələm və kağızla dostluğa çox erkən başlamışam. Təhsilimlə yanaşı, iş həyatım da paralel şəkildə inkişaf edib. Rəssamlıq fəaliyyətim zamanı art-direktor vəzifəsində çalışmışam. Daha sonra isə öz emalatxanamı açmışam.

Bunu AZƏRTAC-a müsahibəsində Zəngilanda inzibati binalara çəkdiyi sənət əsərləri ilə tanınan rəssam Elmira Məmmədzadə söyləyib.

Hər zaman Qarabağda çalışmaq arzusunda olduğunu diqqətə çatdıran rəssam keçdiyi yolun çətin və möhtəşəm olduğunu vurğulayıb. “Doğma Qarabağ işğaldan azad ediləndə içimdə bir arzu doğdu. O torpaqlarda işləmək, sənətimi Qarabağa həsr etmək. Heç gözləmədiyim bir anda təklif aldım. Bu, mənim üçün böyük şans idi. Zəngilanın Ağalı kəndinə dəvət etdilər. İlk dəfə idi belə məsuliyyətli və mənəvi dəyəri böyük bir layihəyə imza atırdım. Orada inzibati binaların üzərində monumental rəsmlər çəkdim. Cəmi 9 gün ərzində iki bina, sonradan Məhmədbəylidə daha iki bina və bir tuneli tamamladım. Bu işlərdə çəkilən obrazlar sıradan deyildi. Xudafərin körpüsü üzərində üçrəngli bayraq geyimində bir qız, əllərində torpaq tutan əsgər siluetləri, şəhidlərin ruhunu simvolizə edən kölgələr və divarın bir tərəfində yazılmış “Qarabağ Azərbaycandır!” şüarı.

Mən bu əsərləri çəkərkən heç bir şəhidin üzünü dəqiq təsvir etmədim, çünki bu torpaqlarda canını verən hər bir qəhrəman eyni dərəcədə dəyərlidir. Bütün iş prosesi həm çətin, həm də möhtəşəm idi. 17–18 metr hündürlükdə, günün istisində kran içində saatlarla işləmək asan deyildi. Bəzən günün altında yanırdım, bəzən isə bir saatın içində dörd fəsil dəyişirdi – yağış, günəş, külək, soyuq… Amma Vətən sevgisi və sənətə olan bağlılıq məni hər dəfə yenidən o divarların qarşısına gətirirdi. Layihə tamamlandıqdan sonra Qarabağdakı işim böyük maraq doğurdu. Ardınca mənə Xankəndi, Xocavənd, Xocalı və Şuşadan yeni təkliflər gəldi. Hazırda bu istiqamətdə yeni müqavilələrin bağlanması gözlənilir”,-deyə o əlavə edib.

Uğurlu təhsil həyatından söhbət açan E.Məmmədzadə deyib: “Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsində təhsil alıram. Bu, mənim üçüncü təhsilimdir. İlk təhsilimi Rəssamlıq Akademiyasında kitab illüstrasiyası ixtisası üzrə, ikinci təhsilimi isə plakat sənəti üzrə tamamlamışam. Hazırda magistr pilləsində qrafikanın tarixi və nəzəriyyəsi istiqamətində təhsil alıram. Bu sahə mənə gördüyüm işlərin dərinliyini, nəzəri əsaslarını daha dərindən öyrənmək imkanı verir”.

Xarici şirkətlərdən iş təklifləri alsa da, onun üçün vətəndə çalışmaq daha önəmlidir. “Adım çəkilməsə belə, mənim üçün doğma Qarabağımızda çalışmaq hər şeydən üstündür. Bu yol uzun və əziyyətli olub, amma mən uşaqlıqdan əziyyət çəkən qızla fəxr edirəm”,- deyə rəssam əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri