Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Şuşadan başlayan yol...

Şuşadan başlayan yol...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Strateji müttəfiqlikdən institusional təhlükəsizlik modelinə doğru

Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi yeni təhlükəsizlik arxitekturasının təməlini daha da möhkəmləndirir

Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı zəfər, eləcə də 2023-cü il antiterror əməliyyatları və bunun fonunda formalaşan yeni geosiyasi reallıqlar regionda mövcud təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib. Artıq Cənubi Qafqazda güc balansı, təhlükəsizlik mexanizmləri və siyasi münasibətlər əvvəlki status-kvo ilə deyil, yeni reallıqlar əsasında müəyyənləşdirilir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə təkcə milli suverenliyini deyil, eyni zamanda, regionda ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni təhlükəsizlik mənzərəsinin əsasını qoydu.

Bu yeni siyasi-hərbi situasiya region ölkələrini də təhlükəsizliklə bağlı yanaşmalarına yenidən diqqət yetirmək zərurəti formalaşdırıb. Artıq Cənubi Qafqaz üçün təhlükəsizlik indeksləri yalnız klassik hərbi güc amili ilə deyil, strateji tərəfdaşlıq, müttəfiqlik, qarşılıqlı dəstək və koordinasiya mexanizmləri ilə ölçülür. Bu mənada, Azərbaycan ilə Türkiyə arasında münasibətlər xüsusi çəkisi ilə seçilir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltməklə regionda yeni siyasi-hərbi situasiya formalaşdırdı. Hərtərəfli əməkdaşlıq, qarşılıqlı yardım, fövqəladə hallarda bir-birinə dəstək kimi müddəalar Azərbaycan - Türkiyə tandemini regional təhlükəsizliyin əsas sütununa çevirib. Məhz bu kontekstdə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” xüsusi strateji əhəmiyyət kəsb edir.

Anlaşma Memorandumunun gələcək təhlükəsizlik arxitekturasına töhfələri

Qeyd edək ki, bu ilin iyulunda imzalanmış Anlaşma Memorandumu iki ölkənin müdafiə sahəsində əməkdaşlığını daha sistemli və institusional səviyyəyə daşıyır. Bu sənəd təkcə texniki-hərbi əməkdaşlıq çərçivəsi deyil, eyni zamanda, regional təhlükəsizlik baxımından strateji xarakter daşıyan siyasi sənəddir. Memorandumda tərəflər arasında müdafiə sahəsində qarşılıqlı etimadın artırılması, birgə hərbi planlaşdırma, təlim və tədris proseslərinin genişləndirilməsi, əməliyyat uyğunluğunun təmin edilməsi kimi mühüm müddəalar əksini tapır. Başqa sözlə, Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir. Sənədin əsas üstünlüklərindən biri onun preventiv xarakter daşımasıdır. Yəni memorandum hərbi təhlükələrə yalnız reaksiya vermək deyil, potensial risklərin qabaqlanması və qarşısının alınmasını hədəfləyir. Bu yanaşma regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Eyni zamanda, memorandum Azərbaycan-Türkiyə hərbi ittifaqının uzunmüddətli perspektivdə Cənubi Qafqaz üçün yeni təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biri olacağını göstərir. Bu əməkdaşlıq regional və qlobal güclərə açıq mesajdır: bölgədə təhlükəsizlik artıq güclü, koordinasiyalı və hüquqa əsaslanan müttəfiqlik üzərində qurulur.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılmasıdır. Sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Sənəd 8 maddədən ibarətdir. Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər. Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları (məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər. Anlaşma Memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən istənilən zaman düzəliş və ya əlavələr edilə bilər. Tərəflərdən hər biri digər tərəfə ləğvetmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək Memorandumu ləğv edə bilər. Bu halda Memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir. Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.

Şuşa Bəyannaməsinin məntiqi davamı...

Dekabrın 16-da Azərbaycanın Milli Məclisi tərəifndən ratifikasiya olunmuş Anlaşma Memorandumu mahiyyət etibarilə Şuşa Bəyannaməsinin praktiki davamı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin siyasi və ideoloji çərçivəsini müəyyənləşdirirdisə, bu memorandum həmin çərçivəni konkret hərbi-təhlükəsizlik mexanizmləri ilə zənginləşdirir. Bu sənəd Şuşa Bəyannaməsində nəzərdə tutulan qarşılıqlı hərbi yardım, təhlükəsizlik sahəsində koordinasiya və ortaq maraqların müdafiəsi prinsiplərini real alətlərə çevirir. Nəticədə Azərbaycan-Türkiyə müttəfiqliyi deklarativ xarakter daşımır, funksional və operativ mexanizmə çevrilir.

Memorandum bölgədə təhlükəsizlik alətinin daha da güclənməsinə imkan yaradır. Xüsusilə postmünaqişə dövründə yaranan risklərin idarə olunması, sabitliyin qorunması və mümkün təhdidlərin neytrallaşdırılması baxımından bu əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsində də tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Beləliklə, Anlaşma Memarandumu Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq regionda sülhə, sabitliyə və qarşılıqlı hörmətə əsaslanan yeni təhlükəsizlik modelinin formalaşmasına xidmət edir.

Əməkdaşlığımız regiona sabitlik və uzunmüddətli təhlükəsizlik təlqin edir...

Azərbaycan-Türkiyə əməkdaşlığı bu gün təkcə iki qardaş ölkənin münasibətləri deyil, bütövlükdə region üçün sabitlik, inkişaf və təhlükəsizlik mənbəyidir. Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu bu əməkdaşlığın daha da dərinləşdiyini və strateji xarakter aldığını nümayiş etdirir. Bu sənəd göstərir ki, Azərbaycan öz təhlükəsizliyini güclü müttəfiqlik üzərində qurur, regional sülh və sabitliyin təminində məsuliyyətli mövqe tutur. Türkiyə ilə formalaşan bu strateji tandem Cənubi Qafqazda qarşıdurma deyil, əməkdaşlıq mühitini təşviq edir.

Nəticə etibarilə, Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı regiona təhlükə yox, əksinə, sabitlik, proqnozlaşdırıla bilən inkişaf və uzunmüddətli təhlükəsizlik təlqin edir. Bu model gələcək üçün etibarlı və dayanıqlı təhlükəsizlik arxitekturasının əsasını təşkil edir.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri