Icma.az
close
up
RU
Zəngilanda “Son zəng” sevinci

Zəngilanda “Son zəng” sevinci

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Qayıdışın ilk tədris ocaqlarından biri olan Ağalı kənd tam orta ümumtəhsil məktəbində bu il “Son zəng” şənliyi xüsusi coşqu ilə qeyd olunur. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdə məzunlar həm məktəb həyatının başa çatmasının sevincini, həm də doğma yurda qayıdışın yaratdığı qürur hissini birlikdə yaşayırlar.

Məktəb həyatını uğurla başa vuran məzunlar gələcəyə böyük ümidlə baxırlar. Onlar müəllimlərinə və valideynlərinə təşəkkür edir, qazandıqları bilik və təcrübənin gələcək həyat yollarında onlara bələdçi olacağına inanırlar. İşğaldan azad edilmiş rayonda qayıdış sevinci ilə böyüyən gənclər doğma yurdlarının inkişafına töhfə vermək arzusu ilə daha xoş sabaha üz tutublar.

Prezident İlham Əliyevin bu il may ayının 10-da Zəngilan şəhərində inşa olunmuş yeni yaşayış binalarında mənzillərin açarlarının keçmiş məcburi köçkünlərə təqdim etməsi və sakinlərin doğma torpaqlarına qayıdışı bölgənin sosial-iqtisadi inkişafına təkan verib. Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də mütəmadi olaraq yerli sakinlərlə görüşlər keçirir, yeni iş imkanları barədə məlumat verir və kadr seçimini həyata keçirirlər. Bu səbəbdən tədbirdə iştirak edənlərin simasında hiss olunan sevinc yalnız məzunların deyil, həm də onların ailələrinin, müəllimlərinin və bütün rayon ictimaiyyətinin sevincidir.

Hazırda məktəbdə 292 şagird təhsil alır və onlardan 7 nəfəri bu gün məzun adını qazanıb. Söhbət zamanı onların gələcəklə bağlı arzu-istəklərini də öyrəndik.

İlkin Abdulzadə bildirdi ki, 4 ildir Ağalı kənd məktəbində təhsil alır. O, əvvəllər Bakının Binəqədi rayonunda yerləşən R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə oxuyub. Gələcəkdə ali təhsil almağı planlaşdırır.

Sona Həsənli Sabunçu rayonunda yerləşən 78 nömrəli məktəbdə təhsil alıb, ailəsi doğma yurda – Ağalıya qayıtdıqdan sonra kənd məktəbində oxuyub. O, gələcəkdə fransız dili üzrə tərcüməçi olmaq istəyir.

Vüsal Abdulzadə Sumqayıt şəhərindəki 25, Tunar Ağalarov isə 9 nömrəli tam orta məktəbdə oxuyub. Vüsal peşə təhsili almaq arzusundadır. Tunar isə gələcəkdə sürücü işləmək istəyir.

Zəhra İbrahimli Bakının Zabrat qəsəbəsində fəaliyyət göstərən 36 nömrəli tam orta məktəbdə bir müddət oxuduqdan sonra təhsilini Ağalı kənd məktəbində davam etdirib. O, sosial sahədə fəaliyyət göstərməyi düşünür.
Alim Məmmədli Suraxanı rayonunun Ramana qəsəbəsində yerləşən 6 nömrəli məktəbdə oxuyub. Onun ən böyük arzusu gələcəkdə peşəkar dizayner olmaqdır.

Ağalı kənd məktəbində keçirilən “Son zəng” tədbiri bir daha göstərir ki, Böyük Qayıdış təkcə insanların doğma torpaqlarına qayıtması deyil, həm də yeni nəslin öz gələcəyini məhz bu torpaqlarda qurmaq əzminin ifadəsidir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri