Icma.az
close
up
RU
Zəngilanda “zəhmət çeşməsi”nin gözü açılır

Zəngilanda “zəhmət çeşməsi”nin gözü açılır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Rayonda Böyük Qayıdışın uğur salnaməsi yazılır

İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri kənd təsərrüfatının inkişafına yeni nəfəs gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan Dövlət proqramları çərçivəsində Zəngilan rayonunda da aqrar sahənin bərpası, məhsuldar torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Vaxtilə “Qızıl Zəngilan” kimi tanınan bu diyar yenidən ölkənin mühüm kənd təsərrüfatı mərkəzlərindən birinə çevrilir. 

“Zəhmət çeşməsi”nin illər boyu tutulmuş gözü yenidən açılır. Zəngilan Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, minalardan təmizlənmiş 7 min 885 hektar əkin sahəsinin 5 min 930 hektarı 2025–2026-cı ilin payızlıq və yazlıq əkin mövsümü üçün istifadəçilərə təhvil verilib. Mövsüm ərzində 6 min 95 hektarda şum aparılıb, 5 min 905,1 hektar sahədə payızlıq dənli bitkilər səpilib. Rayon üzrə 4 min 295 hektarda buğda, 1610 hektarda isə arpa yetişdirilib. Bu göstəricilər rayonun aqrar potensialının mərhələli şəkildə bərpa olunduğunu bir daha təsdiqləyir.

Burada meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır. Ümumilikdə, 192,5 hektar sahədə yeni meyvə bağları salınıb. “Şirin Aqro” MMC-nin 96,44 hektarlıq intensiv bağlarında məhsul yığımına başlanılıb. İndiyədək 120 ton ərik və 25 ton şaftalı tədarük olunaraq yerli və dünya bazarlarına çıxarılıb. Bu təsərrüfatlarda yerli sakinlərin mövsümi və daimi məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır.

Böyük Qayıdış Proqramının əsas hədəflərindən biri doğma yurdlarına qovuşan vətəndaşların dayanıqlı məşğulluğunu təmin etməkdir. Bu məqsədlə rayonda 34 ailəni birləşdirən üç kənd təsərrüfatı kooperativi yaradılıb və onların istifadəsi üçün 51 hektardan çox torpaq sahəsi ayrılıb. Fermerlər mineral gübrə, bitki mühafizə vasitələri ilə təmin edilir, onlar üçün müasir aqrotexniki üsulların tətbiqinə dair mütəmadi təlimlər keçirilir. Həmin tədbirlər kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və yeni təsərrüfatçılıq modelinin formalaşmasına xidmət edir.

Ağalı kənd sakini fermer Mübariz Fərhadovun rəhbərlik etdiyi “Zəfər” kooperativi 11 ailəni birləşdirir. Kooperativə ayrılmış 16,6 hektar torpaq sahəsinin 15 hektarında əkin aparılıb. “Barış” kooperativi 6 ailəni əhatə edir. Ayrılmış 10 hektar sahənin 9,1 hektarında əkin işləri görülüb. “Bərəkətli Torpaq” kooperativi isə 24 ailəni birləşdirir. 

Rayonda ənənəvi kənd təsərrüfat sahələrinin dirçəldilməsi istiqamətində də genişmiqyaslı işlər görülür. Bu ildən ipəkçilik ənənələrinin bərpası məqsədilə kümçülərə ipəkqurdu toxumu paylanılıb və cari mövsümdə 194 kiloqram yaş barama istehsal edilərək emal müəssisəsinə təhvil verilib. Arıçılıq sahəsində fəaliyyət göstərən 17 təsərrüfat üçün 1088 arı ailəsinin saxlanılması təmin olunub. Burada heyvandarlığın inkişaf etdirilməsinə da xüsusi diqqət göstərilir. Hazırda təsərrüfatlarda 6 min 889 baş iribuynuzlu və xırdabuynuzlu heyvan bəslənilir.

Aqrar inkişafın davamlılığında meliorasiya infrastrukturunun bərpası xüsusi əhəmiyyət kəsb edir. Uzun illər baxımsız qalmış və yararsız vəziyyətə düşmüş 104 kilometrlik Ulaşlı–Şərifan (12 kilometr), Pirçivan–Üdgün (17 kilometr) suvarma kanalları və digər ana arxların yenidən qurulması əkin sahələrinin su təminatını yaxşılaşdıracaq və gələcəkdə yeni torpaq sahələrinin də kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına imkan verəcək.

Vegetasiya dövründə aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi məqsədilə fermer təsərrüfatlarının və kooperativlərin mineral gübrə, bitki mühafizə vasitələri ilə təminatı təşkil olunub, kənd təsərrüfatı subyektləri üçün mütəmadi təlimlər keçirilib.

Torpaq zəhməti yerdə qoymur

Zəngilanın dirçəlişi rəqəmlərlə yanaşı, insanların həyatında da aydın hiss olunur. Ağalı kənd sakini, uzun illər təsərrüfatda çalışan Nurəddin Əliyev 1959-cu ildə dünyaya göz açıb. Uşaqlıqdan torpaqla nəfəs alan Nurəddin kişi doğma yurda qayıtdıqdan sonra yenidən bağ salıb, ailə təsərrüfatını bərpa edib. Onun sözlərinə görə, dövlətin fermerlərə göstərdiyi hərtərəfli dəstək, müasir texnika və keyfiyyətli toxum təminatı kənd təsərrüfatının inkişafına ciddi təkan verib. Fermer hesab edir ki, torpağın əsl bərəkəti onu sevən, qayğı və nəvazişini əsirgəməyən  insanların əllərindədir. 

Ağalının adı çəkiləndə Nurəddin kişinin yaddaşında ilk canlanan mənzərə qarpız sahələri olur.  “Qızıl Zəngilan” adının torpağın bərəkətindən yarandığını söyləyən fermer deyir ki, halal zəhmət yerdə qalmır, o hər an insana üz ağlığı gətirir. O xatırlayır ki, vaxtilə bağlarında yetişən meyvələrin dadı uzaq bazarlarda belə dillər əzbəri idi. İllər keçsə də, həmin ənənəni yaşatmaq arzusu heç vaxt sönməyib. Bu gün ailəsinin süfrəsinə gələn meyvə və tərəvəzin hamısı öz torpağının məhsuludur. Onun üçün ən böyük qazanc isə öz zəhmətinin bəhrəsini görməkdir.

Rayonda işğal illərində kəndlər kimi, torpaq da ağır sınaqlardan keçib. Yanmış bağlar, baxımsız qalmış əkin sahələri, quruyan bitkilər... Bu gün həmin torpaqlar yenidən canlanır. Ölkə Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət ­Proqramı”nın müzakirəsi ilə bağlı Zəngilan rayonunda keçirilən regional müşavirənin iştirakçısı olan  Nurəddin Əliyev deyir ki, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək onların işini xeyli asanlaşdırıb. Sertifikatlaşdırılmış toxumlar, müasir texnika, mütəxəssislərin tövsiyələri və keçirilən təlimlər fermerlərin daha inamla işləməsinə şərait yaradır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər regionlar üzrə əlaqələndirilib, çevik və səmərəli həyata keçirilməsi təmin edilir. Onun fikrincə, uğurun sirri yalnız texnikada deyil, torpağı əzizləyərək ona qulluq etməkdədir. 

...Səhərin ilk günəş şüaları Zəngilanın bərəkətli torpaqlarına düşəndə burada həyatın yenidən öz axarına qayıtdığı hiss olunur. İndi burada yetişən meyvələr, taxıl zəmiləri, insanların çöhrəsindəki məmnunluq illərlə həsrəti çəkilən qayıdışın ən gözəl mənzərəsini yaradır. 

Bu gün “ağıllı kənd” layihəsinə uyğun olaraq bərpa olunan Ağalı və Məmmədbəyli kəndlərinin yaşıllığa bürünən bağları, taxıl zəmilərində dalğalanan sünbülləri və əməksevər insanları Böyük Qayıdışın uğur salnaməsini yazırlar. Rayonun yenidən “Qızıl Zəngilan”a çevrilməsi artıq uzaq hədəf deyil, ardıcıl dövlət siyasətinin və torpağa bağlı insanların zəhmətinin məntiqi nəticəsi kimi gerçəkləşməkdədir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri