Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

İstedadla zəhmət birləşəndə...

İstedadla zəhmət birləşəndə...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən yaxşı tanıdığın, həmişə təmasda olduğun bir şəxs barəsində nəsə yazmaq istəyəndə çətinlik çəkirsən. Bu o demək deyil ki, yazmağa söz tapmırsan, xeyir, əksinə, ürəyində ən xoş sözlər sıralanır. 

Amma özün qədər tanıdığın, şəxsiyyətinə, səmimi münasibətinə, vətəndaşlığına hörmətlə yanaşdığın  bu adam haqqında nədən başlayasan, hardan başlayasan, bax, çətinliyi bundadır.

Barəsində danışmaq istədiyim şəxs şeirlərini sevə-sevə oxuduğum, dostum-qardaşım Teyyub Xəlilov haqqındadır. Tanışlıq üçün deyim ki, Teyyub müəllim Zərdab şəhərində dünyaya gəlib. Zərdab rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəridir. Rayonun ictimai-mədəni həyatında yaxından iştirak edir. Rayonda keçirilən bütün dövlət tədbirlərinin aparıcısıdır. El şənliklərində, toyda-mağarda, rəsmi tədbirlərdə etdiyi çıxışlar həmişə alqışlarla qarşılanır. El-ağız ədəbiyyatımızın zənginləşməsində  Teyyub müəllimin çıxışları müstəsnalıq təşkil edir. 

Teyyub müəllim sözə-sənətə hörmətlə yanaşan ziyalıdır. Azərbaycan ədəbiyyatını, türk xalqlarının, eləcə də digər xarici ölkələrin ədəbiyyatını gözəl bilir. Təmasda olduğu zaman çəkdiyi  misallar, gətirdiyi sitatlar söhbətin dadını-duzunu artırır. Bu səbəbdəndir ki, Teyyub müəllimin adı  rayon ictimaiyyəti arasında hörmətlə çəkilir.

Teyyub Xəlilov həm də xoştəb şairdir. Ara-sıra şeirlər yazır. Onun könül əmanətlərini oxuyanda sanki adamın ruhuna sığal çəkilir. Düzlük, doğruluq, mənəvi saflıq, haqq-ədalət onun şeirlərinin mənasını təşkil edir. Teyyub müəllimin şeirlərinin tərbiyəvi əhəmiyyəti ondadır ki, onun qələmə aldığı misralar, işlətdiyi ifadələr təbiidir, realdır və təbii olduğu qədər də oxunaqlıdır, yaddaqalandlr

Öncə deyim ki, Teyyub müəllim Vətəninə, eiinə-obasına bağlı olan şairdir. Şeirlərindən bir daha hiss edirsən ki, o, Azərbaycanımızın, daşını-kəsəyini, adi qanqal özəyini, tozunu-torpağını, hər saralmış yarpağını əziz tutur. Özünün dediyi kimi canıyla, qanıyla Vətəninə bağlıdır. Hara gedirsə-getsin, harda olursa olsun, ürəyində yolunda canını fəda etməyə hazır olduğu Azərbaycanı düşünür.Vətəninin kiçik bir portretini gəzdirir. Elə ən yaxşı uğurlarını da Vətənini düşünəndə qazanır. 

Məhz Vətəninə hədsiz sevginin məntiqi nəticəsidir ki, o, Respublikamızdan kənarda olanda da Azərbaycanı müxtəlif dinstansiyalarda fəal təbliğ etməyi özünün mənəvi borcu hesab edir.  

Bu baxımdan müəllifin “Doğma Təbrizim” şeiri diqqəti cəlb edir. Tarixən Azərbaycanın qədim-ayım şəhərlərindən biri olan Təbriz şəhəri haqqında çox yazılıb-bu gün də yazılır, sabah da yazılacaq. Şair Teyyub Xəlilov da əsrlərin əriş-arğac yollarını dizinə dolaya-dolaya, olaylarını gözünə-könlünə yığa-yığa tarixə yoldaşlıq edən, başı müsibətlər çəkən Təbrizi  özünəməxsus tərzdə belə tərənnüm edir: 

Şəhərlər içində şəhərim sənsən,
Dünənim, bu günüm, səhərim sənsən,
Ümidim, diləyim, bəhərim sənsən
İstər diyar-diyar dünyanı gəzim,
Sən mənim şanımsan, doğma Təbrizim.

Müəllifin oxunaqlı şeirlərindən biri də “Xankəndi” şeiridir. Tarixdən bəllidir ki, bu şəhərin bünövrəsi İbrahimxəli xan tərəfindən qoyulub. Xan babamızın şəxsi vəsaiti hesabına inşa edilən bu kənd əvvəllər xanın ailə üzvlərinin istirahət yeri olub. Sonralar buraya rus və erməni ailələri köçürülüb. Bax beləcə, haqsızlıq, özbaşınalıq, ədalətsizlik zəminində Xan babamın kəndi-Xankəndi həqiqi sahibindən kənarlaşdırılıb. “30 ildən artıq idi ki, əlim çatmadığı, ünüm yetmədiyi bu şəhərə sarı boylanır, sıralanan dağlarına baxıb köks ötürürdüm. 30 ildən artıq idi ki, Xan babamızın ruhu başımızın üstündə gileyli-gileyli dolanırdı. Amma mənim sabaha inamım çox böyük idi. Axır ki, bu intizara, bu həsrətə son qoyuldu. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun sücaəti sayəsində Xankəndi düşmən əsarətindən xilas oldu”. 

Bu bəşəri qələbə şairin ürəyində poetik misralara yol açdı: 

İndi Vətən torpağında
Rahat gəzir ruhu xanın, 
Çöhrəsindən nur süzülür. 
Üzü gülür Natəvanın.

Həsrət, nigarançılıq, iztirab, zəmanənin gərdişindən doğan haqsızlıq, ədalətsizlik, düşmənə qarşı savaşda mətinlik, mübarizlik, cəsur insanların güc və birliyinin yenilməzliyi, el birliyi, dil birliyi, sel birliyinin nümayişi şarin şeirlərinin ayrı-ayrı bəndlərində və misralarında öz ifadəsini tapır.

Elə bir xalq yoxdur ki, o, azadlığı sevməsin və öz azadlığı yolunda mübarizə aparmasın. Tarixən Azərbaycanın da başı yüz qovğalar çəkib. Azadlığına qovuşmaq üçün yadellilərə qarşı uzun müddət mübarizə aparıb. Azərbaycanda inşa edilən qalalar, istehkamlar, sığınacaqlar bu diyarın müxtəlif tarixi kəsimlərdə hərb meydanına çevrilməsindən xəbər verir. Bu baxımdan müəllifin “Bəzz qalası” şeri diqqəti cəlb edir. “Hər daşında bir tarix yaşayan”,

“içimizin, çölümüzün igidlik zirvəsi” –Bəzz qalası
Qartalların yuvasıdır, 
Şir, aslanlar obasıdır,
Babək onun balasıdır...

Şairin yaddaqalan şeirlərindən biri olan “Xudafərin” oxucunu keçmişə qaytarır, dünyanın əzəlliyini özündən, gözəlliyini də gözündən keçirməyə vadar edir.. “Xudafərin harayından qalan mən”...ideyasına daim sadiq qalan müəllif bu məşhur körpünün yaranma-yaşanma tarixini xalq ifadələri ilə, özünəməxsus formada təbii boyalarla nəzmə çəkir.  

Müəllif məşhur ədiblərin, şairlərin, tanınmış bəstəkarların, məlahətli  səsli xanəndələrin vətəni olan Şuşa şəhərini “Şuşam mənim” adlı şeirində böyük sevgi ilə tərənnüm edir. Şair haqlı olaraq Şuşanın Azərbayana verdiyi istedadları heç bir şəhər verməmişdir-qənaətinə gəlir. Böyük ziyalı dəstəsinin Şuşa şəhərinin mədəniyyət mərkəzinə çevirməkdə müstəsna rol oynadığını bildirir..

...Əlbəttə, bir qəzet yazısında şairin şeirlərinin məziyyətləri haqqında danışmaq mümkün deyil. Yalnız onu deyə bilərəm ki, dostum-qardaşım Teyyub Xəlilov zəhmətkeş şairdir. Zəhmətlə istedad isə birləşəndə gözəl nəticə verir. Aqillərdən biri istedadı neftə hopdurulmuş quru taxta parçasına bənzədib yazır ki, həmin taxta parçasına od vurmasan yanmadığı klimi, istedad da əziyyət çəkməsən, tədricən məhv olub gedir.
Mən ədəbi yolun yolçusu olan dostum Teyyub müəllimə yeni-yeni yaradılcılıq uğurları diləyirəm.  

Elman Şəmiloğlu (Qasımov), 
Azərbaycan Jurnalıistlər Birliyinin üzvü

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 İyul 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri