Icma.az
close
up
RU
“Baba bulağı”nın çay çeşməsi

“Baba bulağı”nın çay çeşməsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Masallıda müasir çayçılıq təsərrüfatı

Çay dünyada çox geniş yayılmış bitkilərdəndir. Çin, Hindistan, Şri-Lanka kimi iri miqyasda çayçılıqla məşğul olan ölkələrlə yanaşı, digər dövlətlər də çayçılığın inkişafına böyük sərmayə qoyurlar. Ölkəmizdə isə cənub bölgəsinin Xəzərboyu ərazilərində, əsasən, Masallı, Lənkəran və Astara rayonlarında çayçılıq aqrar sahənin mühüm istiqamətlərindən sayılır.

Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədə dövlət başçısının nitqində ölkəmizdə çay istehsalının 11 min, idxalın 2,5 min, ixracın 1000 tona yaxın olduğu, özümüzü 86 faiz çayla təmin etdiyimiz vurğulanıb. İndi əsas vəzifələrdən biri bu gəlirli sahənin inkişafını sürətləndirməkdir.

Böyük aqrar potensiala malik Masallı rayonunda çayçılıq ənənəvi əkin sahələrindən biridir. Keçən əsrin 50-ci illərindən başlayaraq rayonda çayçılıq inkişaf etdirilir. Gözəl və füsunkar Talış dağlarının ətəklərinə sığınmış, əlverişli torpaq-iqlim xüsusiyyətlərinə, kifayət qədər su ehtiyatlarına malik Mahmudavar kəndi uzun illər çayçılıq və tərəvəzçilik üzrə ixtisaslaşıb. Bu gün də kənddə çayçılıq ənənələri uğurla davam etdirilir.

Gənc, bacarıqlı sahibkar xanım Zəmanə Babayeva-Cəfərzadənin rəhbərlik etdiyi “Baba bulağı” MMC-nin başlıca fəaliyyət istiqamətlərindən biri də çayçılıqdır. Zəmanə xanım kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsinin ölkəmizin aqrar sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyıdığını dedi:

– Müşavirədə cənab Prezident tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər, qarşıya qoyulan konkret vəzifələr və eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını, məhsuldarlığın artırılmasını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Bu strateji hədəflər aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini vacib, ümdə vəzifə kimi qarşıya qoyur.

Müşavirədə möhtərəm Prezidentimizin nitqində deyildiyi kimi, “bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.

Dövlət başçısının sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi bizə stimul vermiş, çayçılığı dirçəltməyə, inkişaf etdirməyə ruhlandırmışdı. Elə o vaxtdan biz yeni çay plantasiyalarının salınmasına başladıq.

Zəmanə xanım sözünə davam etdi:

– Hazırda 7 hektar çay sahəmiz var və yaxın illərdə bunu 17 hektara çatdıracağıq. Müəssisənin nəzdində müasir avadanlıqlarla təchiz edilmiş çay emalı fabriki qurulub. İstehsal etdiyimiz ekoloji cəhətdən təmiz, unikal, ətirli məhsullar “Baba çay” brendi ilə satışa çıxarılır.

Həm rayon icra hakimiyyətinin, həm də Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi çayçılığın inkişafı ilə bağlı təşəbbüslərimizə diqqətlə yanaşır. RİH başçısı Araz Əhmədov yerli sahibkarlara hərtərəfli dəstək verir, hər hansı bir çətinliyin öhdəsindən gəlməyimiz üçün bizə əməli yardım göstərir.

Bu il may ayının 5-dən 8-dək Bakı Ekspo Mərkəzində keçirilən XIX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda təmsil olunmağımız da dövlətimizin aqrar sahənin inkişafına göstərdiyi misilsiz qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun forum çərçivəsində “Masallı rayonunun məhsulları” adlı pavilyona baş çəkməsi, əməyimizin yüksək qiymətləndirilməsi masallılı fermer və sahibkarları hədsiz sevindirdi.

Bu günlərdə Lənkəran şəhərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı keçirilən regional müşavirədə iştirak etdim. Prezidentin köməkçisi–Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov və digər dövlət qurumlarının rəhbərləri aqrar sahədə həyata keçirilən sistemli islahatlardan söhbət açaraq Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd olmaqla məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli və ixracyönümlü istehsal modelinə keçidin sürətləndirilməsinə xidmət etdiyini bildirdilər.

Müşavirədə fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatlarda görülən işlər, əldə olunan nəticələr və inkişaf planları barədə məlumat verdilər. Kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək Dövlət Proqramında müəyyən edilmiş hədəflərin icrasında fəal şəkildə iştirak etməklə bundan sonra da var qüvvə ilə çalışacaq, səylərimizi davam etdirəcəyik.

Zəmanə xanım halal, zəhmətkeş ailə ənənələrinin davamçısıdır. Babası Vəzir Babayev 12 övlad atası olub. Bənnalıq, sənətkarlıqla məşğul olsa da, təsərrüfatdan, əkin-biçindən heç vaxt ayrılmayıb. Ömür-gün yoldaşı Qəribnisə xanım böyük bir ailənin qayğısını çəkməklə yanaşı, çayçılıq briqadasında işləyib, övladlarını uşaqlıqdan əməyə alışdırıb. Zəmanə xanım deyir ki, ailənin torpağa, zəhmətə bağlılıq ənənəsini yaşadır, Qəribnisə nənənin çayçılıqla bağlı işini davam etdirirlər. Elə “Baba bulağı”nda çalışanlar da ailə üzvləri, kənd sakinləridir.

Müəssisənin icraçı direktoru Əfqan Babayevin də ilk əmək fəaliyyəti Qəribnisə ana ilə çay sahəsindən başlanıb. 1982-ci ildə Əfqanıstanda həqiqi hərbi xidmətdən qayıdandan sonra üzünü yenə çayçılıq təsərrüfatına tutub. Əhali arasında hörməti, nüfuzu, yüksək işgüzarlığı sayəsində 15 il Mahmudavar bələdiyyəsinin sədri işləyib. Uşaq bağçasını, kənddaxil yolları əsaslı təmir etdirib. O, fədakar əməyinə görə “Qızıl bələdiyyə” nişanı ilə təltif olunub. Hazırda kənd ağsaqqallar şurasının sədridir.

Artıq neçə ildir ki, Əfqan Babayev həyatını “Baba bulağı”na bağlayıb.

“Ailədə 9 qardaş, 3 bacı olmuşuq”, - deyə söhbətə başlayır. İnsan dünyaya qurub-yaratmaq üçün gəlir. İşləmək, zəhmət çəkmək lazımdır. Alın tərin torpağa qarışanda torpaq bərəkətini əsirgəmir. Mən əkin-biçindən, gündəlik işimdən zövq alıram.

Çayçılıq həmişə çörək, ruzi mənbəyimiz olub. Yadımdadır, ümummilli lider Heydər Əliyevin yüksək qayğısı sayəsində Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarı tikilərək istifadəyə verildi. Çayçılığın inkişafı üçün geniş imkanlar açıldı. O illərdə çay plantasiyaları xeyli genişləndirildi, yeni emal müəssisələri tikildi. Təəssüf ki, 1990-cı illərin əvvəllərindən çay sahələri və istehsalı tədricən azalmağa başladı. Hazırda dövlətimizin yüksək qayğısı sayəsində çayçılıq dirçəlir, yeni inkişaf inkişaf dövrünü yaşayır.

Söhbət edə-edə göz işlədikcə uzanan çay plantasiyasının yanına çatırıq. Ərazidəki gölləri, subartezian quyusunu, müasir suvarma sistemini göstərib deyir ki, yay mövsümündə su problemi olmur. Ancaq göllərin lillərdən təmizlənməsi çox vacibdir. Müəssisədə kifayət qədər texnika da var. Cərgələrarası kultivasiya işlərini aparmaq üçün müasir traktorlar çatışmır.

Payızda 1 hektar yeni çay sahəsi salınıb. Məhsuldar olduğu üçün “Kolxida” sortlu tinglər əkilib. Əvvəllər çay tinglərini qonşu rayondan alıb gətiriblər. İndi təsərrüfatın özündə çay toxumları yığılır, qidalı dibçəklərdə yetişdirilərək sahələrə köçürülür. Nəticədə, xeyli vəsaitə qənaət olunur.

Son illərə qədər yığılan məhsul Astara rayonunun emal müəssisələrinə göndərilirdi. Artıq “Baba bulağı”nın özünün emal sexi var. Burada yeni avadanlıqlar, müasir laboratoriya quraşdırılıb.

Sutkalıq gücü 0,5 tondur. Keyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılıb. Məhsulun qablaşdırılmasına hazırlıq görülür. May ayının çay dərimi başa çatıb. Sahələrdən 3,5 ton yaşıl çay yarpağı yığılaraq emal olunub. İlin sonuna kimi 10 tondan artıq yaşıl çay yığımı nəzərdə tutulub.

“Baba bulağı” MMC-də çayçılıqla yanaşı, sitrus, subtropik bitkilər, intensiv bağçılıq, taxılçılıq, heyvandarlıq və aqroturizm də inkişaf etdirilir. Müəssisə 12 hektar sahədə limon, naringi, portağal, hallabonq, feyxoa, 4 hektarda göycə alçası, göyəm, əzgil, alça və digər meyvə ağacları əkilib. Gələcəkdə intensiv meyvə bağlarının sahəsi 30 hektara, məhsuldarlığı 20 tondan 30 tona çatdırılacaq.

Müəssisədə istehsal olunan meyvənin müəyyən hissəsi daxili bazarlarda satılır, bir hissəsindən cem, mürəbbə, kompotlar hazırlanır və qalan hissəsi qurudulur. Burada çalışan 40 nəfər ilboyu işlə təmin olunur. Orta aylıq əməkhaqqı 450 manatdır.

“Baba bulağı”nın 50 hektar torpaq sahəsi var. Biz orada olarkən 22 hektar buğda əkilmiş sahədə biçin gedirdi. İcraçı direktorun dediyinə görə, sahələrdə hər hektardan 3,5 tondan çox buğda istehsal olunacağı gözlənilir. Həmçinin 70 baş qaramalın qış dövrü üçün kifayət qədər yem tədarük olunur.

“Baba bulağı” MMC həm də nümunəvi aqroturizm məkanı kimi respublikamızda tanınır. Eyni vaxtda 50 nəfərin dincəlməsi üçün inşa edilmiş kotteclərdə hər cür şərait yaradılıb. Ərazidə əyləncə, istirahət guşələri salınıb, mini futbol və voleybol meydançaları tikilərək istifadəyə verilib.

Müəssisədə istehsal olunan quru çay, meyvə, ət, süd, yağ və digər ağartı məhsulları, Masallı mətbəxinin ləzzətli, dadlı təamları, yüksək mədəni xidmət turistləri, qonaqları razı salır. Mövsüm vaxtı istirahətçilər çay, sitrus, meyvə yığımında iştirak edir, bu gözəl, füsunkar məkandan xoş təəssüratla ayrılırlar.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri