Icma.az
close
up
RU
Zəngilandan dünyaya sülh və ədalət mesajları

Zəngilandan dünyaya sülh və ədalət mesajları

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Cənab Prezident İlham Əliyev artıq neçə ildir ki, xalqımız üçün əlamətdar bayram günlərini Qarabağda və Şərqi Zəngəzurda doğma el-obalarına, ata- baba yurdlarına qayıdan soydaşlarımızla birlikdə qeyd edir, onlara dövlətimizin hədiyyəsi olan  yeni, müasir, gözəl mınzillərinin açarlarını təqdim edir, onları sevindirir, onların sevincinə şərik olur.

Bu il də belə oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının  103-cü ildönümü günündə cənab Prezident İlham Əliyev  Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışını etdi, sakinlərlə görüşdü, çıxışında müstəqilliyimizin ilk illərindən keçdiyimiz keşməkeşli yola diqqəti cəlb etdi, yaxın və orta dövr üçün qarşıda duran vəzifələrin yol xəritəsini müəyyən etdi. Zəngilandan verilən mesajlar bir çox cəhətlərinə görə həm bölgənin taleyi üçün, həm də beynəlxalq siyasi konfiqurasiyanın müəyyən edilməsi baxımdan çox əhəmiyyətlidir.

İlk öncə onu qeyd etmək istəyirəm ki, bu mesajların Ulu öndər Heydər Əliyevin ad günündə və Zəngəzur torpağından verilməsi xüsusi məna kəsb edir. Əvvəla, Ulu öndərin ən böyük arzusu törpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması idi. Digər tərəfdən mən qəti əminəm ki, eyni situasiyada Ulu Öndər də eyni cəsarətli və müdrik  fikirləri söyləyərdi. Budur siyasi varislik, budur Ulu Öndərin siyasi kursunun davamlılığı!

Zəngəzur şərq-qərb və şimal- cənub dəhlizlərinin kəsişmə nöqtəsidir. Zəngilan rayonu isə Azərbaycanın iki dövlətlə-İran və Ermənistanla  sərhəddə yerləşən strateji əhəmiyyəti çox böyük olan bölgəsi, üç ölkənin sərhəd qapısıdır.

Zəngəzur bölgənin ən strateji coğrafiyasıdır. Bəlkə də, elə buna görə 1920-ci ildə Sovet hökuməti Zəngəzuru iki yerə parçaladı, süni yolla  İranla Ermənistan SSR arasında sərhəd yaratdı, Naxçıvanı və Türkiyəni Azərbaycanın əsas ərazisindən ayırdı.

Çıxışında ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclilik, təsadüfi küçə adamlarının böyük vəzifələrə yiyələnməsi nəticəsində yaranmış siyasi hakimiyyət böhranı, bundan istifadə edən Ermənistanın torpaqlarımızı işğal etməsinin xronologiyasını yada salan cənəb Prezident tarixi qələbəmizin uğur düsturunu da bir daha dünyaya bəyan etdi: güclü dövlət, güclü ordu, güclü siyasi iradə. Bu güclü iradəni Ulu öndər Heydər Əliyevə verən müdrik Azərbaycan xalqı, onun böyük dövlət xadiminə olan sonsuz inamı idi. 
Cənab Prezidentin Zəngilanda söylıdiyi kimi, o vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da  getməyə başladı.

Xalqımızın eyni münasibəti Ali Baş Komandan İlham Əliyevə də göstərmısi bu inamdan doğurdu.
Öz xalqına arxalan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin  bir peyğəmbər müdrikliyi ilə söylədiyi kimi, Azərbaycan xalqının dəstəyi ilə bütün tarixi missiyaları yerinə yetirə bildi. Cəmi 44 gün davam edən Zəfər savaşından sonra torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, 23 saatlıq antiterror tədbiri nəticəsində milli suverenliyimiz Respublikamızın hər yerində bərpa edildi. İndi isə geniş miqyaslı quruculuq işləri ilə məşğul oluruq, Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldirik, cənnətə çeviririk.

Musa Quliyev 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri