Icma.az
close
up
RU
Zəngin irsimizin nümunələri İrəvan torpağında

Zəngin irsimizin nümunələri İrəvan torpağında

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir dünyamız siyasi, iqtisadi, mədəni qloballaşma, eləcə də inteqrasiya prosesləri ilə səciyyələndiyindən xalqların etnomədəni hüquqlarının, milli - mədəni özünəməxsusluğunun, tarixi köklərinin qorunub saxlanılması vacib məqamlardan biridir. Milli-mənəvi dəyərlər, tarixi abidələr xalqın tarixi keçmişi ilə bağlı mövcud olan zənginliyi özündə ehtiva edir. Müasir dövrdə dünyamıza naxış salan, onun rəngarənliyinə əlvanlıq gətirən də elə milli mədəni dəyərlər sistemində formalaşmış olan irsimiz zəngin sərvətə çevrilib. Bu gün xalqımızın tarixi varlığını sübut edən mədəni-dini abidələrimizin hər biri Azərbaycan vətəndaşının qururla söz açdığı və hər kəsə ucalıq gətirən mənəvi xəzinədir. Nəsildən-nəsli ötürülən maddi və mənəvi irsimizin tariximiz qədər yaşı var. Bu diyarda, bu məmləkətdə yaradılan abidələr zamanla üz-üzə qalmış xalqın mənşəyindən tutmuş tarixinə qədər olan bir fondun əsasını təşkil edir. Azərbaycanın hər bölgəsində tariximizin silinməz izləri, naxışları ilə tanış oluruq. Keçmişimizdən bu günümüzə gələn yolun şahididirlər onlar. Nə qədər tarixi yaddaşlarında əsrlərin sirri, söhbəti vardır. Nələrə şahidlik etməyib bu susqun baxışlar, lal daşlar.

Əhalisi soyqırımı və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri olan İrəvan torpağı da zəngin irsi ilə də dünyaya qapı açıb. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimləri, sənətkarlar, memarlar bir tarix yaratmışdılar. Vaxtilə İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər.

İrəvan ziyalılarının, elm, mədəniyyət və din alimlərinin yaratdıqları əsərlər bu gün dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır. Görkəmli Azərbaycan ədəbiyyatşünas və maarif xadimi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq "mərkəzi-üləma, füzəla və şüəra" şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı. Belə bir məkanın torpağında ucaldılan abidələrin hər birinin yaşı əsrlərin sorağını ifadə edir. Buraya gələn səyyahlar bu abidələrə laqeyd qalmayıblar. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. İrəvan tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrildi. Tarixə dönüb nəzər salsaq görərik ki, İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bir dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi.

HƏR ABİDƏ BİR TARİX DANIŞIR

Azərbaycanın tarixinə görə ən qədim bölgələrdən olan qədim İrəvanda mövcud olan qəbiristanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisi olmaqla yanaşı, insanların sənətə, milli dəyərlərinə bağlılığın əks etdirir. Hər abidə bir tarix danışır. Böyük bir irsin nümunələri bu yerlərdədir. İrəvanın əsl müsəlman şəhəri kimi təqdimi də təsadüfi deyildi. Amma təəssüf doğuran məqam budur ki, Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələrinin sayı-hesabı yoxdur. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. Yaxın tarixi keçmişimizdə - 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdlarını tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

İrəvan şəhərindəki mədən-dini abidələr haqqında məlumatları yazılı mənbələrdən də əxz edirik. Tarixi mənbələrə nəzər salsaq görərik ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyinə əsaslanır. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

TÜRK TARİXİ-MEMARLIQ ABİDƏLƏRİ KOMPLEKSİ - URUD QALASI

Ermənilər bütün dövrlərdə mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə "erməniləşdirmişlər". Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri hər zaman pislənilib. Tarix ədaləti bərpa edir. Hər zaman belə olub, bu gün də belə olacaq.

Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Urud qalası tarixi türk qalasıdır. Xatırladaq ki, 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kəndində 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra olmuşdur. Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığını da qeyd etməliyik. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuş, 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının yalnız xarabalıqları qalır.

Qeyd edək ki, İrəvanda salamat qalmış iki məscid - Hacı İmamverdi məscidi və Göy məscidinin tarixi saxtalaşdırılıb və xarabalığa çevrilənə qədər baxımsız qalıb. 1880-ci ildə İrəvanda səfərdə olan arxeoloq Uvarov məşhur Göy məscidinin uzaqdan cəlb edən günbəzinə və bir cüt uca minarəsinə heyranlıqla yazırdı: "Məscidin üstündən boylanan çətir sanki müsəlman aləmində tutduğu mövqeyinin nə qədər mühüm olduğunu bütün dünyaya sübut etmək istəyir".

YAZILI MƏNBƏLƏR HƏQİQƏTİN AÇARIDIR

Əlbəttə ki, ermənilər tarix boyu Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışıblar. Bu onların əqli mülkiyyətimizin terrorçusu olduğunun göstəricisidir. Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələri - Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsi deyilmi? Ermənilər Azərbaycanın İslam memarlığının İrəvandakı İrəvan qalası, Sərdar sarayı, Şah Abbas məscidi, Abbas Mirzə məscidi, Rəcəb Paşa məscidi və digər abidələrimizi məhv etməklə bu torpaqlardan silməyə çalışsalar da, tarixi faktlar, arxiv aterialları, yazılı mənbələr həqiqətin açarıdırlar. Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi məqsədi ilə təcavüzkar siyasət məqsədyönlü şəkildə davam etdirilir. İrəvandakı İslam memarlığının sonuncu izi olan - Təpəbaşı məhəlləsi şəhərsalma quruluşuna və memarlıq irsinə görə nadir nümunədir. Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatları hər kəs xatırlayır. Təpəbaşı məhəlləsi qədim İrəvanda azərbaycanlıların yaşadığına və onlara aid olduğuna dair əsaslı sübutdur. Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Təpəbaşı məhəlləsində İrəvan xanı Hüseynqulu xana məxsus Xan bağı da yerləşmişdir. Bütün bu cəhdlərə baxmayaraq, Ermənistan və Azərbaycan arxivlərində Təpəbaşının azərbaycanlı köklərini təsdiqləyən əsaslı sübutlar var. Abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllə danışan tarixdir.

İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Zərrabi xan, Tahir, Sulu və s. karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları, eləcə də XIX əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilmişdir. Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılmışdır. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azərbaycan din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən yandırılıb.

İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv edilməsi barbarlığın, vandallığın nümunəsidir. Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.

Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları kifayət qədərdir ki, hər bir ərazimizin coğrafi-tarixi mənbələrini əsaslandırmağa dəlillərimiz var. Ermənistan tarixi həqiqətləri qəbul etməlidir, əks təqdirdə "DƏMİR YUMRUQ" onlara həqiqət yolunu bir daha göstərəcəkdir. İrəvana qayıdacağımız zaman Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, bütün tarixi-dini mədəniyyət abidələrimizə yeni həyat bəxş olunacaq və tarixi ədaləti bir daha bərpa edəcəyik.

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see274

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see240

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see235

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see230

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see229

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see228

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see225

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see224

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see214

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see208

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see208

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see204

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see204

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see202

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see200

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see190

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see181

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see173

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see171

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri