Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Postmüharibə dövrünün ən böyük büdcəsi

Postmüharibə dövrünün ən böyük büdcəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan yeni geosiyasi və iqtisadi reallıqlara tam hazırdır

Prezident İlham Əliyevin oktyabrın 15-də Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi ölkənin gələcək strateji yolunun maliyyə ifadəsidir. Bu sənəd ölkənin son illər formalaşdırdığı suveren iqtisadi modelin, postmüharibə mərhələsində qurduğu regional güc balansının və yeni geosiyasi reallıqda müstəqil qərarvermə xəttinin təzahürüdür.

2026-cı ilin büdcə layihəsi həm daxili idarəetmənin sistemli modernizasiyasını, həm işğaldan azad edilmiş ərazilərin bərpasını, həm də Azərbaycanın postsovet məkanında ən müstəqil geosiyasi kursa malik ölkə kimi mövqeyini daha da möhkəmləndirmək niyyətini ortaya qoyur. Layihə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlandığı üçün bu büdcə birillik əməliyyat planı deyil, uzunmüddətli dövlət strategiyasının maliyyələşmə modeli kimi çıxış edir. 2026-cı ilin proqnozlaşdırılan gəlirləri 38 milyard 609 milyon manat civarındadır. Xatırlatmaq yerinə düşər ki, 2020-ci ildə bu rəqəm 24,7 milyard manat olub. Digər tərəfdən xərclər 41 milyard 703,6 milyon manat təşkil edir. Yəni təxminən 3 milyard 94,6 milyon manat büdcə kəsiri planlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,3 faiz səviyyəsindədir ki, bu da dövlətin fiskal intizamı qorumağa davam etdiyini göstərən önəmli göstəricidir. Beləliklə, 2026-cı il üçün proqnoz edilən kəsirin ÜDM-də payının bir qədər azalması (2,4-dən 2,3-ə) hökumətin gələcək üçün daha intizamlı maliyyə yanaşmasına meyil etdiyini göstərir. Asiya İnkişaf Bankının (AİB) son proqnozuna görə növbəti ildə kəsir 2 faizə qədər azalacaq.

2026-cı il büdcəsinin ən strateji və ideoloji cəhətdən əhəmiyyətli mesajlarından biri qeyri-neft sektorunun gəlirlərdəki payının 57,4 faizə yüksəlməsi proqnozudur. Bu, həm büdcə optimallaşdırması, həm də neftdənkənar dayanıqlığın praktiki nəticəyə çevrilməsi deməkdir. Ötən illərdə, yəni 2020-ci ildə qeyri-neft daxilolmaların xüsusi çəkisi 43 faiz, ötən il isə 51,8 faiz təşkil edirdi. Builki yüksəliş dövlətin struktur iqtisadiyyatını neftdən asılı olmayan gəlir mənbələri üzərinə qurmaq strategiyasını gücləndirməsinə işarədir. İcmal büdcədə qeyri-neft gəlirlərinin payının 63 faizə çatdırılması planı isə struktur islahatların dərinliyini göstərir.

Azərbaycanın strateji valyuta ehtiyatlarının 81,5 milyard dollar səviyyəsində olması regionda geosiyasi risklərin artdığı bir dövrdə maliyyə suverenliyinin əsas dayağına çevrilir. Bu valyuta ehtiyatları xarici şoklara – enerji qiymətlərinin düşməsi, müharibə riskləri, qlobal infrastruktur maliyyələşməsində problemlərə qarşı dövlətin müdafiə xətti funksiyasını yerinə yetirir, büdcə sabitliyi üçün “yastıq” rolunu oynayır. Ehtiyatlar böyük olduqda, dövlət lazım gəldikdə kreditləşmədən qoruna, xarici borclardan asılılığı azaltmağa çalışa bilər. Bu isə gələcək nəsillər üçün resursların qorunmasını təmin edir, Neft Fondundan transfertin azalması və qeyri-neft gəlirlərinin artması ilə birlikdə bu ehtiyatların qorunması, maliyyə siyasətinin uzunmüddətli planlaşdırıldığını göstərir. Yalnız neft gəlirlərindən asılı olmayan büdcə sistemi deyil, həm də xarici risklərə çevik cavab verə bilən maliyyə dayanıqlığı mexanizmi qurulur.

2026-cı il üçün xərclərin 60 faizi cari öhdəliklərə (25,2 milyard manat) yönəldilir və bu xərclərin 88,1 faizi qeyri-neft gəlirləri hesabına maliyyələşdirilir. Bu, dövlətin xərcləndiyi məbləği davamlı gəlir mənbələri ilə uzlaşdırmaqda fiskal çevikliyi qoruduğunu göstərir. Sahələr üzrə xərclər belə planlanıb:

• Sosial yönümlü xərclər: 17,1 milyard manat (təxminən 41 faiz)

• Təhsil: 5 milyard manat

• Səhiyyə: 2 milyard manat

• Müdafiə və milli təhlükəsizlik: 8,7 milyard manat.

Xüsusi diqqətçəkən məqam “Böyük Qayıdış” proqramı ilə bağlıdır. Növbəti il üçün büdcədən “Böyük Qayıdış” proqramına 3,5 milyard manat ayrılması nəzərdə tutulub. Bu isə öz növbəsində işğaldan azad olunmuş torpaqlarda infrastrukturun, enerji sisteminin, yaşayış məskənlərinin bərpası üçün maliyyə imkanlarının ciddi olması deməkdir. Proqramın maliyyələşdirilməsi büdcədə prioritet olaraq göstərilir.

2024-cü il üçün təqdim olunan büdcə layihəsində gəlirlər 34,173 milyon manat, xərclər isə 36,763 milyon manat planlaşdırılmış, kəsir 2,9 milyon manat (təxminən 2,2 faizə bərabər) idi. 2025-ci ilin büdcə layihəsində gəlirlər proqnozlaşdırıldığı kimi 38,4 milyard manata çatıb, xərclər isə 41,4 milyard manat olub. Defisit 2,4 faizə bərabər idi. Bu göstəriciləri nəzərə alanda, 2026-cı il büdcəsində kəsirin nisbətən azalması (2,3 faiz) və qeyri-neft gəlirlərinin artması struktur iqtisadiyyat strategiyasının ardıcıl tətbiq olunduğunu göstərir. Gələn ilin büdcəsi “Böyük Qayıdış” proqramına böyük investisiya və hüquqi-inzibati sistemi gücləndirməyə yönəlmiş maliyyə ayırır. Bu dövlət siyasətinin yalnız deklarativ olmadığını, real maliyyə prioritetlərinə çevrildiyini göstərir.

2026-cı ilin büdcə layihəsi Prezident İlham Əliyevin son dövrlərdə yürütdüyü siyasətin effektivliyini maliyyə baxımından təsdiqləyir. Bu effektivliyi bir sıra mühüm aspektlərdə görmək olar. Ölkə başçısı “Azərbaycan 2030” prioritetlərini büdcənin mərkəzinə qoyub. Bu, uzunmüddətli dövlət strategiyasıdır. Neftdən gələn gəlirlərə asılılığı azaltmaq və qeyri-neft iqtisadiyyatını gücləndirmək hədəfi büdcəyə sistemli şəkildə daxil edilib. Büdcədə sosialyönümlü xərclərin yüksək payı (təhsil, səhiyyə, sosial təminat) dövlətin vətəndaşına yönəlmiş siyasəti qoruduğunu göstərir.

Beləliklə, İlham Əliyevin liderliyi ilə formalaşan büdcə siyasəti strateji dövlətçilik prinsipinə söykənir. Dövlətin gələcək vizyonu maliyyə planlarında aydın əks olunur, risklər idarə edilir və əsas prioritetlər – təhlükəsizlik, sosial rifah, iqtisadi diversifikasiya – maliyyə baxımından dayanıqlı şəkildə təsbit olunur.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

2026-cı ilin dövlət büdcəsi Azərbaycanın müstəqil inkişaf yolunda formalaşdırılmış ən böyük büdcə olacaq. Nəzərə alsaq ki, həm gəlirlərdə, həm də xərclərdə ciddi artım proqnozlaşdırılıb, bu dinamika dövlət büdcəsindən ayrılan vəsaitlərin strukturuna birbaşa təsir göstərəcək. Dövlət büdcəsinin həcmi 41 milyard manata qədər artırılacaq və bu vəsaitin əsas iqtisadi və sosial prioritetlər üzrə bölüşdürülməsi nəzərdə tutulur.

Təbii ki, növbəti ildə də milli təhlükəsizlik və müdafiə prioritet istiqamət olaraq qalır. Bu sahəyə ayrılan vəsaitlərin icrası təmin ediləcək və təxminən 8 milyard manat müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da gücləndirilməsi üçün istifadə olunacaq.

İqtisadi fəaliyyətin dəstəklənməsi üçün 7,6 milyard manat ayrılması planlaşdırılır. Bunun təxminən 3,5 milyard manatı işğaldan azad olunmuş ərazilərin bərpasına, qalan hissəsi isə digər iqtisadi proqramların reallaşdırılmasına yönəldiləcək.

Eyni zamanda, növbəti il sosial sahəyə 4,8 milyard manat birbaşa vəsait ayrılması nəzərdə tutulur. Ümumilikdə sosial istiqamətə dövlət büdcəsindən əvvəlki illərə nisbətən 17 milyard manatdan çox vəsait yönləndiriləcək. Bu isə ümumi büdcə xərclərinin təxminən 42 faizinini təşkil edir. Bu göstərici sosial təminat və sosial müdafiə tədbirlərinin əsas prioritetlərdən biri olaraq qalacağını göstərir.

2026-cı ildə dövlət büdcəsində qeyri-neft sektorunun daxilolmaları 58 faizə qədər yüksələcək. Bu isə iqtisadi və fiskal diversifikasiyanın genişlənməsinə, habelə neftdənkənar mənbələr hesabına büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq. Bu amil büdcənin uzunmüddətli dayanıqlığı baxımından xüsusi əhəmiyyət daşıyır.

Növbəti ilin dövlət büdcəsi milli prioritetlərə və Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə uyğun şəkildə hazırlanıb. Büdcə növbəti ildə də iqtisadi artım tempinin qorunmasına, qeyri-neft sektorunun imkanlarının genişlənməsinə, iqtisadi diversifikasiyanın sürətlənməsinə və sosial təminat tədbirlərinin gücləndirilməsinə xidmət edəcək.

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see411

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see237

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see219

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see212

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see212

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see209

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see201

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see198

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see198

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see187

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see185

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see184

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see183

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see181

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see180

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see180

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see179

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see169

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see159

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri