Icma.az
close
up
RU
Tarixdən bugünə ədəbi körpü

Tarixdən bugünə ədəbi körpü

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onu yeniyetməlik çağlarımızdan tanıyıram. Cəbrayıldan Sumqayıta – qonşumuz olan qardaşı Hüseynalıgilə gələndə görüşərdik. Sonra Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdi, az müddət bu sahədə çalışdı və tezliklə sırf ədəbiyyat cəbhəsinə keçdi. İstedadı, zəhmətsevərliyi sayəsində sanballı əsərlər müəllifi kimi tanındı.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylini deyirəm. Nəsr və dramaturgiyada sözünü ucadan deyən, 20-dən çox kitabını ədəbiyyatsevərlərin adbaad sadalaya bildiyi Elçin Hüseynbəyli yaradıcılıq üslubu, mətnləri özünəməxsus tərzdə işləməsi, tarixi şəxsiyyətlərin obrazlarını sanki öz müasirləri imiş kimi tam bələdliklə və dolğun şəkildə yaratması ilə ədəbi tənqidin diqqətini çəkir, oxucu məhəbbəti qazanır. Uşaqlar üçün yazanda, necə deyərlər, ülfətli bir uşağa dönür, ağrılı mövzulara girişəndə əsl ziyalı, vətəndaş mövqeyini müdrikanə şəkildə ortaya qoyur. Bir sözlə, Elçin Hüseynbəylinin yazıçı kimi təkamülünü bilmərrə görməzdən gəlmək olmur.

AYB-nin Natəvan klubunda müəllifin “Gültəkin xaqan”, “Pərixan”, “Şah Abbas” (uşaqlar və böyüklər üçün təkrar nəşr) romanlarının, “Dənizin nağılları”, “Banuçiçəyin rəngli yuxuları” kitablarının təqdimatı və “İmza günü” bir daha dediklərimizi təsdiqlədi. Tanınmış söz-sənət adamları, deputatlar, media nümayəndələri və oxucuların iştirak etdiyi məclisdə öncə Elçin Hüseynbəyli özü hər bir nəşr barədə qısa məlumat verib, əsərlərin sturukturu, mövzu və ideyasından bəhs etdi.

Sonra AYB-nin sədri, Xalq yazıçısı Anar Elçin Hüseynbəylinin yaradıcılığı barədə fikirlərini bölüşdü: “Şübhəsiz, Elçin yaxşı yazıçıdır və sevindiricidir ki, o, yaradıcılıq məsələlərində olduqca mütəhərrikdir. Elçin haqqında indiyə qədər 2 yazım çap olunub. Uğurlar arzu edirəm”.

AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev hazırkı kitabçılıq mənzərəsi fonunda yeni uğurlu nəşrlərin ərsəyə gətirilməsinin çətinliyi, buna baxmayaraq, Elçin Hüseynbəylinin böyük şövqlə yeni kitablarını təqdim etməsinin böyük iş olduğunu qeyd etdi: “Mən Elçini çox maraqla oxuyuram. Onun yeni kitabları və bu qədər adamın bir araya toplanması sevindirici haldır. Həm AYB katibliyinin işləri, həm də yazı prosesi ilə mütəmadi məşğul olması təqdirəlayiqdir”.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov Elçin Hüseynbəylinin yazıçı kimi özəl xüsusiyyətlərindən, əsərlərinin ümumi məziyyətlərindən, qələmə aldığı romanların üstün cəhətlərindən söhbət açdı: “Elçin Hüseynbəyli tarixi romanlarda detallarla məharətlə işləməyi, yazıçı fəhmi və təxəyyülünün vəhdəti ilə təqdim etdiyi faktların üzərində dayanmağı bacarır. Və bununla da mətnin inandırıcılıq gücünü artırır”.

Milli Məclisin deputatları Hikmət Babaoğlu və Ceyhun Məmmədov müəllifin çapdan çıxmış “Gültəkin xaqan” romanı barədə fikirlərini bölüşdülər, Türk dövlətlərinin həmrəyliyinə bədii çağırış, Turançılıq ideologiyasının təbliği baxımından bu romanı əlamətdar əsər hesab etdiklərini bildirdilər.

Professor Telman Vəlixanlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi, esseist Əsəd Cahangir və digər qələm adamları Elçin Hüseynbəylinin istisnasız olaraq hər bir əsərində sözü layiq olduğu mərtəbəyə qaldıra bilməsi barədə söhbət açdılar. Səsi uca kürsülərdən gələn, kitabları 10-dan çox xarici ölkədə çap olunan yazıçıya xoş arzularını çatdırdılar.

Məclisin sonunda yazıçı kitablarını oxucular üçün imzaladı. Hər kəs bir daha inandı ki, hekayələrindən birini “Gözünə gün düşür” adlandıran Elçin Hüseynbəylinin yeni kitabları da oxucu qəlblərinə gün işığı bəxş edəcək.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri