Zərdabda yolnəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Zərdab-Ağcabədi magistral yolunda qeydə alınıb. Belə ki, Aqil Cəbrayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Nazim Umudovun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub.
Nəticədə “Mercedes”də olan qadın sərnişin, VAZ-da olan sürücü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Zərdabda yolnəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
20 Noyabr 2024 22:47
Zərdabda yolnəqliyyat hadisəsi baş verdi, xəsarət alanlar var KONKRET
21 Noyabr 2024 09:07
Zərdabda qəza: xəsarət alanlar var
20 Noyabr 2024 22:55
Zərdabda qəza baş verib, xəsarət alanlar var FOTO
20 Noyabr 2024 23:00
