Zərdabda zəncirvari qəza: ölən varYENİLƏNİB
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Zərdabda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Lent.az xəbər verir ki, qəza nəticəsində motosikletin sürücüsü Laçın rayon sakini, 1993-cü il təvəllüdlü Atəş Əmrah oğlu Məmmədov dünyasını dəyişib.
Sənani Novruz oğlu Eyvazov, Ətraf Dövlətxan oğlu Xəlilov, Rəşad Talıbxan oğlu Pənahov və Ramal Sabir Oğlu Xəlilov müxtəlif xəsarətlər alıblar.
***
21:25
Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.
Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.
Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:114
Bu xəbər 14 Noyabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















