Zərdabinin İçərişəhərdəki heykəli götürülür? “Müəllifin qızı ilə müzakirə etdik”
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı hansısa müzakirə yoxdur. Amma məsələ yaxın vaxtlarda Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyi ilə birlikdə müzakirə oluna bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı dekabrın 23-də qurumun 2025-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib:
“Lakin hələlik belə bir fikir yoxdur".
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud isə bildirib ki, heykəlin müəllifi Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova ilə görüşüb müzakirə aparıblar:
“Heykəl qoyunda ona kompleks yanaşılıb. Hazırda Ensiklopediya binasında restarvasiya işləri gedir və iş bitəndən sonra heykəl daha yaxşı görüntü yaradacaq”.
Qeyd edək ki, AYB sədri, Xalq yazıçısı Anar Rzayev heykəlin birinci mərtəbəsində restoran yerləşən bir məkanda bu abidənin qalmasını uyğun bilməyib.
"İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqaoji Universitetin bağına köçürülsün”, - AYB sədri bildirib.
Xatırladaq ki, Həsən bəy Zərdabinin İçərişəhərdəki (Böyük Qala, 41) heykəli 1979-cu ildə qoyulub. Heykəl bürüncdən hazırlanıb 4 metr hündürlüyündədir.
Elnarə Kərimova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















