Icma.az
close
up
RU
Köç Zərdabinin taleyidi

Köç Zərdabinin taleyidi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarix bəzən köçürülərək qorunur, Anarın ideyasına sözardı

Yazıçı Anar Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi ideyasını səsləndirdi. Reaksiyalardan göründü ki, bir çoxları bu fikrə təəccübləndi, bəziləri hirsləndi, digərləri isə düşündü. Çünki hər məcburi köçün bir faciəsi olur.

Bu ideya məndə iki sual yaratdı: biz keçmişi hara aparırıq və gələcək üçün yer saxlaya bilirikmi?

Bu ideya sanki Zərdabinin məzarının dəfələlərlə köçürülüməsini gözlərimin önünə gətirdi. Sən demə, köç Zərdabinin taleyidir. İndi da davam edir.

İçərişəhər keçmişimizin daş yaddaşa yığılmış ensiklopediyasıdır. Bir vaxtlar Zərdabinin heykəli də bu ensiklopediyanın bir parçası idi. Elə Ensiklopediya binasının qarşısında yerləşirdi. Zaman keçdikcə, binalar dəyişdi, adamlara yeni zövqlər gəldi. Ensiklopediyanın binası başqa yerə köçürüldü, heykəlin ətrafı isə restoranlarla doldu.

İçərişəhər turist məkanıdır, elə də olmalıdır. Amma Zərdabi indi restoranların arasında yazıq görünür. Turistlər ona baxmır, kim olduğunu bilmir, bələdçilər belə onu tanımır, tanıtmır. Çünki oraya gələn insanlar zeytunlu salat axtarır. Əgər şəhər dəyişibsə, heykəl niyə olduğu yerdə qalsın?


Zərdabinin həyatına ekskurs edirsən, onun taleyi bir köç tarixidir. Onun məzarının yeri üç dəfə dəyişdirilib. Hətta məcburən övladı bir zamanlar onun sümüklərini evdə saxlayıb. Bir xalqın mətbuat qurucusunun sümükləri belə yerdəyişmələrə məruz qalıbsa, heykəlin köçü nədir ki?

Tarix çox qəribədir, bəzən zarafat edir, bəzən acı-acı gülür. Bəlkə biz tarixin bu acı gülüşünü bağlamaq üçün Zərdabinin heykəlini Ensiklopediyanın indiki binasının qarşısına aparaq... Əlində qələm tutan bir heykəl üçün onun mahiyyətini anlayan insanlar gərəkdir. Restoran masasının qarşısında onun ruhunun rahat ola bilməyəcəyi də bir gerçəklikdir.

Qəribədir, bəlkə də Anarın bu ideyası Zərdabini əbədiyyətə aparan yolun növbəti dayanacağıdır. Axı əbədiyyət dərk olunmuş yerdə yaşayır. Həqiqi heykəllər yaddaşda olur. Zərdabinin heykəli İçərişəhərdə turistlərin fon şəkli üçün dekor deyil. O, bir millətin tarixini izah edən varlıqdır.

Məncə, Zərdabinin heykəlini köçürmək acizlik kimi yox, təqdir olunmalı addım kimi qəbul edilməlidir. Bəzən keçmişi qorumağın yolu onu yerindən tərpətməkdir. Bəzən tarix köçürülərək qorunur. Əgər heykəl xalqın ürəyindədirsə, onu hara aparmağın fərqi yoxdur. Daş yerini dəyişə bilər, amma fikir öz evində qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri