AYB sədri: Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
“İçərişəhərdə Ensklopediyanın binası var və onun birinci mərtəbəsini restoran ediblər. Bununla işim yoxdur. Amma onun qarşısında Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəli var. İndi Zərdabinin həmin heykəli restoranın qapıçısı kimi görünür”.
Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
Anar təklif edib ki, həmin heykəl Şəhriyar adına Mədəniyyət Mərkəzinin qarşısında Dövlət Pedaqoji Universitetin yanındakı bağa köçürülsün. “Bu təklifimin dəstəklənməsini istəyirəm. Azərbaycanda heykəllərinin köçürülmə praktikası var. Ən ədalətli addım bu olar”, - o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















