Icma.az
close
up
RU
Zərdabişünaslığa yeni töhfə

Zərdabişünaslığa yeni töhfə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Milli oyanış və istiqlal mübarizəsi dövrü ziyalılarının mənəvi atası olmuş böyük maarifçi-demokrat, milli teatrın və mətbuatın banisi, sivil inkişafın digər sahələrində də ilk təməllər yaratmış Həsən bəy Zərdabinin xatirəsi əbədiyyətə qovuşduğu 28 noyabr günündə hər il dərin ehtiramla yad edilir. Böyük xalq xadiminin vəfatının 118-ci ildönümündə tanınmış ədəbiyyatşünüs və diplomat, ictimai fikir tariximizin nüfuzlu araşdırıcısı, professor Vilayət Quliyevin “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” kitabının təqdimatı və imza mərasimi keçirilib. 

“Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında təşkil edilmiş məclisi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “TEAS Press” nəşriyyatında çapdan çıxmış yeni araşdırma əsərinin əsasını Həsən bəy Zərdabinin qoyduğu milli mətbuatımızın 150 illik yubileyinə və onun yaradıcısının xatirəsinə dəyərli töhfə olduğunu söyləyib. Aparıcı bildirib ki, Vilayət Quliyev uzun illərdir ki, tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı olaraq araşdırır. Onun Zərdabi irsinin öyrənilməsi və yeni nəsillərə çatdırılması ilə bağlı fəaliyyəti isə xüsusi məmnunluq doğurur. 

Rəşad Məcid qeyd edib ki, təqdim olununan nəşr böyük ideallar mübarizinin həyat və fəaliyyətinin indiyədək qaranlıqda qalmış və az öyrənilmiş sahələrinə işıq salmaqla böyük maraq doğurur. Kitabın “Xatirələr”, “Nekroloqlar və vida sözləri”, “Məktublar” bölümlərindəki materiallar Həsən bəyin həyat yolunu və milli məfkurənin formalaşma tarixini öyrənmək baxımından xeyli yeni material verir. 

Azərbaycanın görkəmli dövlət və siyasət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov Vilayət Quliyevlə şəxsi münasibətlərinin onun yaradıcılığına yaxından bələdliyə imkan verdiyini vurğulayaraq, alimin azərbaycanşünaslığın tarixi qaynaqlarının öyrənilməsi, tanıdılması ilə bağlı çoxillik axtarışlarının silsilə mənbələrə çevrildiyini söyləyib. O yeni kitabın bu sırada layiqli nəşr olduğunu qeyd edərək, Həsən bəy Zərdabi haqqında yazılanların təkcə milli mətbuatımızın deyil, ictimai fikir tariximizin də daha dərindən və əhatəli öyrənilməsinə yol açdığını bildirib. 

Xalq yazıçısı Elmira Axundova Vilayət Quliyevin digər əsərləri kimi, Zərdabi haqqındakı kitabının da fakt-sənəd bazasının zənginliyi, təhlil dərinliyi, münasibət yeniliyi, özündən əvvəl qələmə alınan əsərlərə ehtiram və diqqət ruhu ilə seçildiyini nəzərə çatdırıb. Həsən bəy Zərdabinin Azərbaycan xalqının milli oyanış və sivil inkişaf tarixində müstəsna mövqe tutduğunu vurğulayan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bu misilsiz irsin Fərhad Ağazadə, Abbas Zamanov, Ziyəddin Göyüşov, Vəli Məmmədov, İzzət Rüstəmov, Rəhman Bədəlov kimi tədqiqatçıların yaratdığı elmi-məfkurəvi mənbəyə Vilayət Quliyevin gətirdiyi yeniliklərin önəmindən söz açıb. 

Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd edildiyi bir zamanda Professor Vilayət Quliyevin “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” adlı kitabının geniş oxucu auditoriyasına təqdimatı “Əkinçi”nin əsryarımlıq yubileyinə ən sanballı töhfələrdən biridir. Bu toplu alimin 21 il əvvəl eyni mövzuya həsr etdiyi “Böyük Əkinçi” monoqrafiyası ilə birlikdə zərdabişünaslığı xeyli zənginləşdirib. 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Azərbaycan Dillər Universitetinin prorektoru, professor Həmidə Əliyeva, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turan, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli və digər çıxış edənlər Həsən bəy Zərdabinin ictimai-mədəni və maarifçilik sahəsində misilsiz xidmətlərindən danışıblar, böyük Zərdabinin bu xidmətlərini əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas Vilayət Quliyevin tədqiqatının aktuallığından söz açıblar. 

Vilayət Quliyev əsəri nəfis şəkildə çap etdiklərinə görə “TEAS Press” nəşriyyatına, təqdimat mərasiminin təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat Şurasına və iştirakçılara minnətdarlığını çatdırıb. O, böyük Zərdabi şəxsiyyətinin və irsinin öyrənilməsi, yaşadılması, estafet kimi gələcəyə ötürülməsi ilə bağlı vacib məqamları da vurğulayıb, səslənən sualları cavablandırıb. 

Sonda “Yorulmaz əkinçi: Həsən bəy Zərdabi” kitabının imza mərasimi keçirilib.

Tahir AYDINOĞLU 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri