Icma.az
close
up
RU
Zərərçəkən məhkumu bağışlasa, cəzası yüngülləşə bilər? Yekun QƏRAR

Zərərçəkən məhkumu bağışlasa, cəzası yüngülləşə bilər? Yekun QƏRAR

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bu günə olan mövzu zərərçəkənin sonradan məhkumla barışmasıdır.

Bir müddət əvvəl Ali Məhkəmə bununla bağlı yekun qərar çıxarıb. Məlumata görə, məhkəmənin azadlıqdan məhrumetmə cəzası verdiyi şəxslə 5 il sonra cəzasını çəkdiyi müddət ərzində zərərçəkən arasında barışıq əldə olunub. Zərərçəkən təqsirləndirilən şəxsi bağışlayıb və şikayətçi olmadığını deyib.

Ali Məhkəmənin məsələ barədə ətraflı qərarını təqdim edirik:

- Azərbaycan Respublikasının Ali Məhkəməsi hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb.

İşin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu göstərib və ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edib.

Birinci instansiya məhkəməsi məhkumun ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb və təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlayıb.

İşə kassasiya qaydasında baxan Ali Məhkəmə isə müəyyən edib ki, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə istinad etməklə əvvəllər təyin olunmuş cəzanın yenidən fərdiləşdirilməsi barədə müraciət hökmün icrası qaydasında məhkəmə baxışının predmeti ola bilməz.

Bildirilib ki, cəzanın təyin edilməsi və fərdiləşdirilməsi cinayət təqibinin tərkib hissəsidir və cinayət işinə mahiyyəti üzrə baxılması zamanı həyata keçirilir. Hökm qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra isə təyin edilmiş cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş maddi hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür.

Ali Məhkəmə vurğulayıb ki, hökmün icrası mərhələsində məhkəmələr yalnız qanunla səlahiyyətlərinə aid edilmiş məsələlərə baxa bilərlər. Bu səbəbdən məhkəməyə daxil olan müraciət üzrə ilk növbədə onun məhkəmənin prosessual səlahiyyətinə aid olub-olmadığı müəyyən edilməlidir.

Hazırkı işdə isə məhkumun sonradan zərərçəkmiş şəxslə barışmasına əsaslanaraq Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiqi yolu ilə cəzasının azaldılması barədə müraciətinə hökmün icrası qaydasında baxılması üçün qanuni prosessual əsas mövcud olmayıb.

Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin müraciəti icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb, apellyasiya instansiyası məhkəməsi isə yol verilmiş prosessual pozuntunu aradan qaldırmayıb.

Ali Məhkəmə qeyd edib ki, bu hüquqi mövqe zərərçəkmiş şəxslə barışıq faktının və onun cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi anlamına gəlmir. Məsələ yalnız belə bir müraciətə hökmün icrası qaydasında baxılması üçün qanuni mexanizmin mövcud olmaması ilə bağlıdır.

Yekunda Ali Məhkəmə məhkumun kassasiya şikayətini təmin etməyib, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarını ləğv edib. Məhkumun cəzanın azaldılması barədə ərizəsinin hökmün icrası qaydasında icraata qəbul olunmasından imtina edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Oktyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri