Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Videokadrlar Ermənistan hərbçilərinin vəhşiliyinə şahidlik edir

Videokadrlar Ermənistan hərbçilərinin vəhşiliyinə şahidlik edir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, kimi çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 14-də davam etdirilib.

Hakim Zeynal Ağayev sədrliyi ilə davam edən iclasda zərərçəkmiş şəxs - Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən törədilmiş soyqırımıdan bir gün sonra - fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib.

Zərərçəkmiş Məhərrəm Nəcəfov deyib ki, Xocalı soyqırımı zamanı 30-40 nəfər digər azərbaycanlı ilə birlikdə onları döyə-döyə Xocavənd şəhərinə gətiriblər. Xankəndidə 21 gün ac-susuz saxlanılıb. Martın 18-də Azərbaycan tərəfinə təhvil verilib. Rasim Həsənov ifadəsində 1993-cü il sentyabrın 23-də Ağburun istiqamətində əsir götürüldüyünü söyləyib. O, Xocavənd rayon təcridxanasında, Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında və Xankəndi şəhər uşaq xəstəxanasında saxlanılıb.

Süleyman Hüseynov ifadəsində yaşadığı Ağdam rayonunun Qiyaslı kəndi işğal ediləndə əsir götürüldüyünü söyləyib. Ermənilər onu, kənd sakinlərindən Qalibi, həyat yoldaşı Gülsəbanı, İsanı, Rüxsarəni, Cəbrayılı və daha 10-15 nəfəri döyüblər, sonra Xocalıda və Ağdamda saxlayıblar. Digər zərərçəkmiş – S.Hüseynovun oğlu Cəmaləddin Hüseynov ifadəsində girov götürülərkən başının arxasından avtomat qundağı ilə aldığı zərbədən huşunu itirdiyini deyib. Həmin vaxt onun 12 yaşı olub. O, Əsgəranda, Xankəndidə və Şuşa həbsxanasında saxlanılıb.

Gülcamal Hacıyeva ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal edən zaman hamilə imiş. Həmin vaxt digər qohumları ilə yanaşı, iki qardaşı da girov götürülüb. Qardaşlarından biri Şuşa həbsxanasında döyülərək görmə qabiliyyətini itirib. Namiq Qarayev ifadəsində 1993-cü il sentyabr ayında Azərbaycanın suveren ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlər zamanı əsir götürüldüyünü bildirib. O, əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş Valeh Hüseynov qohumları ilə Xocalıda yaşadığını, soyqırımı zamanı güllə yarası alaraq girov götürüldüyünü deyib. Mahir Qarayev isə ifadəsində Horovlu kəndində 6 nəfərlə birlikdə əsir götürüldüyünü bildirib. Əsirlikdə ona müxtəlif işgəncələr verilib, qeyri-insani rəftara məruz qalıb. Xəlil Hadıyev 1994-cü il aprelin 18-də girov götürüldüyünü söyləyib. Xankəndiyə aparılaraq işgəncələrə məruz qalıb. 1994-cü ilin sentyabr ayında 6 nəfər azərbaycanlı ilə birlikdə girovluqdan qaçıb.

Elxan Ələkbərov ifadədində 1992-ci il fevralın 12-də Kəlbəcərdə əsir götürüldüyünü qeyd edib. Əsirlikdə olduğu 1 il 10 ay müdddətində onunla çox pis davranılıb, işgəncələrə məruz qoyulub. Etibar Abışov ifadəsində yaşadığı Ağdam rayonunun Tərnöyüt kəndində girov götürüldüyünü bildirib. Əsgəranda və Şuşada saxlanılıb, işgəncələrə məruz qalıb.

Nahid Həmidov ifadəsində vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib, noyabrın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən Nurlan adlı hərbçi ilə birlikdə əsir götürülüb. 34 gün əsirlikdə saxlanılıb. Əsirlik müddətində onlara müxtəlif işgəncələr verilib.

Məhkəmədə Nahid Həmidov və Nurlan Əlizadə əsir götürülərkən verilən işgəncələrlə bağlı ermənilərin özlərinin çəkdikləri videokadrlar nümayiş etdirilib. Ardınca zərərçəkmiş şəxs Nurlan Əlizadə ifadə verib. O, özündən əvvəl ifadə vermiş N.Həmidovun dediklərini təsdiqləyib. Tərlan Pənahov ifadəsində Daşkəsən rayonunda hərbi xidmətdə olarkən 1995-ci ildə əsir götürüldüyünü deyib. Əsirlikdə işgəncələr və döyülmə nəticəsində aldığı xəsarətlərə görə hospitalda müalicə olunub.

Aydın Gülmalıyev ifadəsində qeyd edib ki, 2021-ci il yanvarın 29-da Laçında hərbi xidmət keçərkən hərbçi yoldaşı Cavidan Qasımovla birlikdə dumanda yolu azıb, nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Əsirlikdə olarkən o və hərbçi yoldaşı təhqir edilib, döyülüb, işgəncələrə məruz qalıblar.

İsmət Əzizov ifadəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin sakinlərinin kənddən 3 kilometr aralıda kahalara sığındığını, 1993-cü il aprelin 18-də Ermənistan silahlı qüvvələri hərbçilərinin kahalarda olan mülki şəxslərin 12 nəfərini öldürdüyünü, 14 nəfərini isə girov götürdüyünü qeyd edib. Məzahir Abbasquliyev Başlıbel kəndində baş verənlərlə bağlı İ.Əzizovun dediklərini təsdiqləyib, əlavə edib ki, hadisə zamanı boğazından yaralanıb.

Nazim Bayramov ifadəsində 1991-ci il dekabrın 26-da yaşadığı Əmirallar kəndi istiqamətində girov götürüldüyünü bildirib. Girov saxlanıldığı 12 gün müddətində vəhşicəsinə döyülüb, ona və digər azərbaycanlı girov və əsirlərə işgəncələr verilib. Vidadi Hüseynov və Məhərrəm Nuriyev ifadələrində 1991-ci il avqustun 29-da yaşadığı Füzuli rayonunun Aşağı Veysəlli kəndində digər həmyerliləri ilə birlikdə düşmənin 11-12 silahlısı tərəfindən girov götürüldüyünü deyiblər. Döyülüblər, işgəncələrə məruz qalıblar. Vaqif Məmmədov və İntiqam Teymurov onların dediklərərini və ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib.

Gülnarə Soltanova ifadəsində 1993-cü il oktyabrın 30-da düşmən tərəfindən girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, 5 ay 8 gün sonra Azərbaycana təhvil verildiyini diqqətə çatdırıb. İfadə verən digər zərərçəkmiş şəxslər Eldar Babayev, Natiq Abbasov, Elbrus Əhmədov, Rövşən Nuriyev, Ədalət Nəsibov, Nizami Rzayev, İbrahim Quliyev, Emin Yaqubov və Ziyəddin Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələrinin hərbçiəri tərəfindən girov götürüldüklərini, müxtəlif işgəncələrə məruz qaldıqlarını deyiblər.

Məhkəmə prosesi iyulun 17-də davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri