Icma.az
close
up
RU
Zərərçəkmişlər erməni hərbçilərinin vəhşiliklərinə şahidlik edirlər

Zərərçəkmişlər erməni hərbçilərinin vəhşiliklərinə şahidlik edirlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Əziz Hüseynovun bacısı Sonagül Şirinova qardaşının 1994-cü il iyunun 16-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Xocavənddə, qaynı Habil Şirinovun isə 1993-cü il iyunun 26-da Ağdamın Xıdırlı kəndində şəhid olduqlarını bildirib.

Ağayar Abbasov 1992-ci ildə Laçından məcburi köçkün düşdüklərini, 2020-ci ildə isə oğlu Elgin Abbaslının Şuşada şəhid olduğunu deyib.

Zərərçəkmiş Mustafa Ağayev ifadəsində 2021-ci il iyunun 16-da Sədərək rayonu istiqamətində yaralandığını söyləyib. Vüsalə Salmanova qeyd edib ki, 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb. Gülnarə Soltanova diqqətə çatdırıb ki, 1993-cü il oktyabrın 31-də ailə üzvləri ilə birlikdə Ağdamda girov götürülüb, onlara əzab-əziyyətlər, işgəncələr verilib. 1995-ci ilin fevralında əsir götürüldüyünü söyləyən İlqar Zaidov vurğulayıb ki, 1 il 3 ay əsirlikdə qalıb, ona ağır işgəncələr veriblər.

Zərərçəkmiş Rəhilə Hacıyeva 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü, Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını söyləyib. Kəlbəcərin Ağcakənd kəndinin sakini Gültəkin Cəlilova deyib ki, 1993-cü ilin martın 31-də kəndi məcburi tərk etməli olublar, ermənilər onları qarər edib. Zərərçəkənlər Xədicə Əhmədova və Mahizər Abdullayeva isə 1992-ci ildə Laçından məcburi köçkün düşdüklərini, evlərinin talan edildiyini bildiriblər.

Laçın rayon sakini Vidadi Məmmədov sol diz oynağından yaralandığını söyləyib. Elvin Fərhadlı atası Vidadi Fərhadovun 2023-cü il sentyabrın 19-da Şuşada artilleriya atəşi nəticəsində həlak olduğunu deyib. Anar Orucov qeyd edib ki, atası Telman Orucov, anası Raya Rəhimova, bacısı Təranə Orucova, həmçinin əmisi və əmisi oğlu Xocalı faciəsində qətlə yetiriliblər.

Qardaşının və əmisi oğlunun 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçının Güləbird kəndində şəhid olduqlarını deyən Nailə Aslanova bildirib ki, həmin il mayın 18-də Laçından məcburi köçkün düşüb.

Sonra təqsirləndirilən Arayik Harutyunyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial şəkildə görüşmək üçün vəsatətlə çıxış edib.

Hakim Zeynal Ağayev vəsatəti təmin edib və konfidensial görüş keçirilməsi üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.

Xankişi Qafarov diqqətə çatdırıb ki, 1994-cü ilin əvvəlində Kəlbəcərdə Ömər aşırımı istiqamətində döyüşlərdə çox sayda insanın həlak olduğunu və yaralandığını vurğulayaraq qeyd edib: “Dörd gün qarın içində mühasirədə qaldıq, ayaqlarımı, əllərimi don vurdu. Sonra bizi əsir götürüb Ermənistana apardılar. Hər gün ağır işgəncələr verirdilər. Donvurmaya görə sol ayağım amputasiya edildi”.

Zərərçəkmiş şəxslər Fəxrəddin Ağayev, Loğman Balayev, Əli Qənbərov, Lətif Mürsəlov, Ramazan Mamedov və Çıraq Mehraliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini bildiriblər.

Digər zərərçəkmiş şəxslər Minarə Mirzəyeva, Vəzirxan Süleymanov, Şahin Məmmədov, Aidə Məcnunova, Tahirə Zeynalova, Səadət Heydərova, Tahirə Abdullayeva, Gülsarə Əhmədova, Əminə Məhərrəmova, Zəminə Qaraşova, Afaq Qasımova, Səxavət Rzayev, Sədrəddin İsmayılov, Elşad Hüseynov, Mahir Mirzəyev, Vasif Cəbrayılov, Çingiz İlyasov, Sərxan Kazımov, Xaqani Mustafayev, Məhəmməd Əhmədov, Qalib İsmayılov, Rasim Bəşirov, Əhməd Qarayev, Nicat Behbudov, Kəmalə Həsənova, Bəturə Quliyeva, Fərqanə Rəsulova, Yeganə Aslanova və Ənvər Abdullayev ifadələrində 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşdüklərini vurğulayıblar.

Mustafa Əmirov və Elxan Şıxəliyev iə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini və xəsarət aldıqlarını bildiriblər. Hümbət Alırzayev, Səxavət Əliyev və Astan Bayramov 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşdüklərini diqqətə çatdırıblar.

Zərərçəkmişlərin hüquqi varisləri və zərərçəkənlər iclas zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, dövlət ittihamçıları Fuad Musayevin, Vüsal Abdullayevin və Təranə Məmmədovanın, eləcə də təqsirləndirilən şəxslərin, təqsirləndirilənlərin müdafiəçilərinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 22-də davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri