Icma.az
close
up
RU
Zərifə Əliyeva Azərbaycanın fenomen qadını

Zərifə Əliyeva Azərbaycanın fenomen qadını

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Taleyində 3 dövlət xadimini qovuşduran nurlu insan 

Hər bir xalqın ictimai fəallığı, ölkəsinə önəmli xidmətləri ilə seçilmiş qadın şəxsiyyətləri onun milli tarixində şərəfli yer tutur və heç zaman unudulmurlar. Həyatı və mübarizəsi ilə tarixləşmiş belə qadınlardan biri də Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan 3 böyük dövlət xadimini birləşdirən dünya şöhrətli insan akademik Zərifə Əliyevadır. Onun tale yazısına, həyat fəlsəfəsinə 3 dövlət xadiminin adı həkk olunub.

 Zərifə xanım Azərbaycanın böyük oğlu, dövlət və elm xadimi professor Əziz Əliyevin həkimlik sənətini özünə fəaliyyət yolu seçən övladıdır. Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında xidmətləri olan görkəmli dövlət xadimi, müdrik rəhbər idi. Prezident İlham Əliyevin də dediyi kimi: “Əziz Əliyev peşəkar həkim, həm təşkilatçı, həm də dövlət xadimi idi. Təvazökar, xeyirxah insan idi”. Bu insanın şəxsi keyfiyyətləri övladlarına da  keçərək onlara zəka, xalq sevgisi, mübarizlik, humanizm və xeyirxahlıq aşılamışdı. Əziz müəllim bilikli pedoqoq, qətiyyətli və təmkinli dövlət rəhbəri idi.  Bununla o, hər kəsə, eləcə də övladlarına örnək idi. Belə ailədə formalaşan  Zərifə xanım insanlara sevgi və qayğısı ilə tanınan zərif qadın idi. Kübarlıq, ziyalılıq, Vətənə faydalı olmaq onun xarakterini müəyyən edirdi.

Akademik Zərifə Əliyeva ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu  Heydər Əliyevin həyat sirdaşı, ömür-gün yoldaşı, ən yaxın dostu olmuşdur. Prezident İlham Əliyev bu barədə söz açarkən vurğulayıb: “Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür. 

Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər, əlbəttə ki, bizi də tərbiyə edirdi... Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”. 

Zərifə Əziz qızı Azərbaycanın gələcək liderinin dostluğunu, etibarını, məhəbbətini öz həssas ürəyi, musiqili duyğuları, incə qəlbi, yüksək kübar mədəniyyətli, əsilzadə nəcabətli xanımlıq xisləti ilə qazanmışdı, ailədə onun arxa-dayağı, həyatda yüksəlişinə yardımçı olmuşdu. Ulu öndər Heydər Əliyev xatırlayırdı: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə, ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib... Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim”.

Ulu öndərin siyasi həyatının ən çətin, ağır və təhlükəli vaxtlarında Zərifə xanım onu heç zaman tək qoymadı, silahdaşı, dostu, dəstəyi oldu. Zərifə xanım ailəsində əvəzolunmaz dəyəri, yeri olan həyat yoldaşı idi. Ulu öndər onun fəaliyyəti haqda deyirdi: “Zərifə xanım şöx böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi” .

Akademik Zərifə Əliyeva oftalmologiya məktəbində tək elmi-tədqiqatla yox, həm də gənc tibbi kadrların peşə ixtisaslarının yüksəlməsinə özəl diqqət yetirirdi və onun rəhbərliyi ilə çoxsaylı oftalmoloqlar həyata vəsiqə almışdı. Zərifə xanım çoxillik həkimlik yolunda mürəkkəb göz əməliyyatları aparmış, görməsi çox zəif olan, ya da tam görməyənlərin gözünə nur gətirən oftalmoloq olmuşdu.

Ulu öndər Zərifə xanımı belə anırdı: “Ailəmin yaşaması, bu günlərə çatması , övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”. Prezident İlham Əliyev isə əziz anası haqda söyləyib: “Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi”.

      Zərifə xanım Böyük ana, qayğıkeş qadın idi. Alim və həkim kimi cəmiyyətdə fəal rolu ilə yanaşı, o, analıq, həyat yoldaşı missiyasını da heç zaman unutmamışdı. Həyatda təmkinli, səbrli, mədəni, kübar, diqqətçil, səmimi olmaq Heydər Əliyev  və Zərifə Əliyevanın oğulları Prezident İlham Əliyev və qızları şərqşünas Sevil Əliyevanın həyat yolunda ən yaxşı örnək oldu. Belə bir ailədə İlham Əliyev kimi vətənsevər oğulun formalaşması, gələcəyin lideri kimi yetkinləşməsi tamamilə təbiidir. 

Zərifə xanım alim, ziyalı, görkəmli şəxsiyyət, Azərbaycan tibb elminin oftalmologiya sahəsinin inkişafında xidmətləri olan akademik qadındır. Onun həkimlik fəaliyyəti, ömür yolu, mədəni dünyası oftalmologiya elminə güclü təsir edirdi. Azərbaycan oftalmologiyasını dünyada tanıdan Zərifə Əliyeva tibbin bu sahəsində məktəb yaradan yenilikçi alimdir. Zərifə Əliyeva qeyd edirdi: “O şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir”.  Bu mənada, akademik A.Nesterov da haqlıdır: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. 

 Zərifə Əliyeva Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü, ictimai xadim idi. O, ədəbiyyatı, musiqini sevirdi, özü də pianoda çalırdı, bədii yaradıcılığa ciddi önəm verirdi.

İxtisasca həkim olan gəlini Mehriban xanım Əliyeva söyləyib: “İxtisas seçimimə İlhamın anası – həkim oftalmoloq Zərifə xanım təsir göstərmişdir. Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa  (1983-1985) oldu, həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır”.

Zərifə xanımın ömür yolu, örnək həyatı hər azərbaycanlı qadını, hər bir alim və həkim üçün nümunə, gör-götür məktəbidir. İnsanlara məhəbbəti, incə ürəyi ilə gözlərə nur verən akademik Zərifə Əliyeva müasir gənclərə, eləcə də gələcək nəsillərə örnək bir şəxsiyyətdir.

Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyində söyləmişdir: “Zərifə xanım, sözün əsl mənasında, həkim, böyük alim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir”. 

Prezident İlham Əliyev Zərifə xanımın yüksək insani keyfiyyətlərini belə xatırlayıb: “Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək mədəniyyət, alicənablıq – bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi”.

Azərbaycanın Birinci vitse-prezidentiti Mehriban Əliyeva Zərifə xanımdan əxz etdiyi ənənələrini yaşadır, milli-mənəvi dəyərlərin hamısı olmaqla ölkədə təhsilin, tibb sahəsi, mədəniyyət, mənəviyyat və s. sahələrin tərəqqisinə müstəsna diqqət göstərir. Müasir Azərbaycanı beynəlxalq aləmdə geniş tanıdır, çoxyönlü humanitar missiyasında Azərbaycan qadınının – anasının yüksək mənəvi-mədəni keyfiyyətlərini ümumbəşəri dəyərlərlə qovuşdurur.

Rəna MİRZƏZADƏ,

AMEA Fəlsəfə və Sosiologiya

 İnstitutunun şöbə müdiri,

professor             

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see652

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see175

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see150

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see150

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see147

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see145

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see142

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see140

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see138

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see137

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see136

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see134

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see129

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see128

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see126

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see126

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see125

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see122

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see120

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri