Icma.az
close
up
RU
Yüksək əqidə etalonu: Azərbaycanın həkimləri “Zərifə Əliyeva andı” içsinlər

Yüksək əqidə etalonu: Azərbaycanın həkimləri “Zərifə Əliyeva andı” içsinlər

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Həkim, əsilzadə, xanım-xatın, nəcib və zərif bir Azərbaycan qadını. Adı ünü dünyalarca tanınan böyük bir nəslin layiqli övladı, öz övladlarına dünyada ən nümunəvi sayılmağa layiq istəkli, kövrək bir ana. Dünyanın bütün şöhrət və zirvələrini fəth etmiş qüdrətli ömür yoldaşının ən layiqli, qeyrətli, dəyanətli dostu. İsmət mücəssəməsi, böyük hərflərlə yazılan ANA! Bir elin, bir xalqın pərvanəsi... 

“Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır; Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşıdır; Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anasıdır; Azərbaycanın görkəmli musiqiçisi, pianoçu Gülarə Əliyevaın, görkəmli endokrinoloq Tamerlan Əliyev və görkəmli onkoloq Cəmil Əliyevin bacısıdır” – Təqdimatında yer alan bu ünvanlar Onun tərcümeyi-halını şərəfləndirmək üçün yetərli olardı.

Ancaq əlbəttə ki, akademik Zərifə Əliyevadan söz düşəndə aparıcı tezis onun Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri sadalanır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

Zərifə Əliyevanın xatirəsi əbədiləşdirilmiş, 80 illiyinə həsr olunmuş poçt markası (2008) buraxılmışdır. Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.

Görkəmli oftalmoloqun elmi əsərləri, tədqiqatları bir yana, həkim  sənətinin humanistliyinin dərin köklərindən, bəşəriliyindən, yüksək mənəvi-əxlaqi xüsusiyyətlərindən, ən başlıcası isə, məsuliyyətindən bəhs edən “Yüksək əqidə” əsəri Azərbaycan həkimləri üçün bir növ Hippokrat andı statusundadır desək, yanılmarıq. Görün nə yazılıb həmin kitabda: “Vicdan – bizim əsas hakimimizdir. Ağır dəqiqədə və sevinc saatında təkbətək olanda soruşur: ağ xalat geyinməyə sənin mənəvi hüququn varmı? İllər keçdikdən sonra sənin əllərin əzab çəkən insana tək biliyini deyil, narahat fikirlərini, yanan ürəyini çatdıra bilibmi? Bu, düzünü desək, şəxsi vicdan qarşısında ciddi mühakimədən çıxmaq, böyük xoşbəxtlikdir”.

Aprelin 28-i anadan olmasının növbəti ildönümü qeyd olunacaq Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.  Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

Elnurə Füzuli qızı  İsgəndərova
Abşeron rayon, Əfqan Qadaşov adına Pirəkəşkül tam orta ümumtəhsil məktəbin tədris işləri üzrə dirüktor müavini, "Qızıl Qələm",  "Xan qızı Natəvan", "Zəfər" media mükafatları laüreatı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri