Icma.az
close
up
RU
Gözlərə nur verən alim Zərifə Əliyeva

Gözlərə nur verən alim Zərifə Əliyeva

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Azərbaycan tibb elminin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də akademik Zərifə xanım Əliyevadır. Qədirbilən xalqımız hər zaman görkəmli oftalmoloq-aliminin xatirəsini dərin ehtiramla yad edir, tibb elminin inkişafındakı xidmətlərindən fəxarətlə danışırlar. Akademik Zərifə xanım Əliyeva təkcə tibb sahəsində deyil, həm də vətənə ,insanlara olan dərin sevgisi ilə də yaddaşlarda dərin bir iz buraxıb. Zərifə xanım bütün fəaliyyəti boyunca Azərbaycan oftalmologiya elminin inkişafına töhfə verib, yüzlərlə insanın gözlərinə şəfa bəxş edib, ümid çırağı olub.

Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti onun peşəkar bir həkim kimi həyatının ən parlaq səhifələrindən biriini təşkil edir.İnstitutda çalışdığı illərdə o, yüzlərlə cərrahi əməliyyat həyata keçirərək, xəstələrə şəfa bəxş edir, onlara dəyərli məsləhətlər verir və göz xəstəliklərinin müalicəsində əvəzsiz xidmətlər göstərib. Eyni zamanda bilik və bacarığını həmkarları ilə bölüşərək bu sahənin inkişafına daim dəstək verib. O, ixtisasartırma kurslarının dinləyicisi olan həkimlərə elmi bilikləri dərindən aşılayır, onları xəstələrə sevgi və diqqətlə yanaşmağa ruhlandırırdı. Zərifə Əliyeva traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin dərindən öyrənilməsi sahəsində də mühüm tədqiqatlar aparıb. Onun bu sahədəki araşdırmaları tibb sahəsində əhəmiyyətli izlər qoyub.

Bu tədqiqatların nəticələri, mətbuatda yayımlanan elmi məqalələr vasitəsilə, klinik göz xəstəlikləri üzrə çalışan həkimlərin nəzəri biliklərini genişləndirib, onlara yeni baxış bucaqları qazandırıb. Zərifə xanımın elmi töhfələri, həkimlərin peşəkar yolunu işıqlandıraraq, onlara müalicə metodlarını daha da təkmilləşdirmək imkanı yaradıb. Onun araşdırmalarının nəticələri, səhiyyə sahəsində yeni üfüqlər açıb, həkimləri daha dəqiq və səmərəli yanaşmalara yönəldib. Zərifə xanımın səyləri, tibbi bilikləri dərinləşdirərək, müalicə sahəsində inqilabi dəyişikliklərə zəmin hazırlamış, xəstələrə daha yaxşı xidmət göstərilməsinə yol açıb.

Görkəmli alim, öz elmi fəaliyyətində diaqnostika, qlaukomanın və görmə orqanının iltihabi xəstəliklərinin müalicəsi kimi aktual məsələlərə diqqət yetirib. Lakin onun ən çox maraqlandığı və elmi baxımdan az araşdırılmış sahə, görmə orqanının patologiyası olub. Bu sahənin aktuallığı yalnız kimya və elektronika sənayesinin sürətlə inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin hələ elmi baxımdan dərindən tədqiq edilməməsi ilə bağlı idi. Zərifə xanım, bu sahədəki boşluğu dolduraraq, görmə orqanına təsir edən amilləri araşdırmaqla mühüm elmi nailiyyətlərə imza atıb. Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası, illərlə davam edən müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin zəngin nəticələrinin üzərində qurulub. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işi ilə oftalmologiya sahəsində mühüm bir addım atıb.

Bu elmi işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Alimin bu dəyərli dissertasiyası elmi aləmdə böyük maraq doğurub və oftalmologiyanın bu sahəsində ilk fundamental tədqiqatlardan biri kimi qəbul edilib. 1977-ci ildə, onun “Tibb elmləri doktoru” elmi dərəcəsi ilə mükafatlandırılması, həmçinin bu sahədəki fəaliyyətinin yüksək qiymətləndirilməsi onun elmi nailiyyətlərinin təntənəsidir.

Doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru vəzifəsinə təyin olunub. 1983-cü ildə isə, o, bu nüfuzlu kafedraya müdir vəzifəsinə təyin edilir. Bu təyinatla Zərifə xanımın elmi fəaliyyəti daha geniş vüsət alıb. Həkimlər üçün hazırladığı dərs vəsaitləri "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri" və s.məhz bu aktual məsələlərə həsr olunub və bu vəsaitlər tibb elmi ilə dərindən maraqlanan həkimlər üçün qiymətli mənbələrə çevrilib. Elmi araşdırmalarının zəngin nəticəsi olaraq, o, bir sıra qiymətli monoqrafiyalar yazıb. "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi mühüm tədqiqqt əsərləri bu gün də həkimlərin faydalandığı elmi mənbədir. Alimin elmi yaradıcılığının bir hissəsi, görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikası və müalicəsinə həsr olunmuş dəyərli işlərdən ibarətdir.

Zərifə xanımın "Göz sulanmasının fiziologiyası" və "Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi" kimi əsərləri təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb edərək bu sahəyə yeni yanaşmalar gətirib. Bundan əlavə, o, fundamental əhəmiyyət kəsb edən "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir ki, bu əsər bu gün də hər bir oftalmoloqun stolüstü kitabına çevrilib Məllif, ümumilikdə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmaqla yanaşı, həmçinin 1 ixtira və 12 səmərələşdirici təklifin sahibidir.

1981-ci ildə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlar və oftalmologiyanın inkişafına verdiyi misilsiz töhfələrə görə, professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək xidmətlərinə görə M.İ. Averbax adına mükafata layiq görülüb. Görkəmli alim gənc alimlərin yetişməsində də mühüm rol oynayıb. Müəllimlik etdiyi dövrdə, gənc həkimlərin yetişməsi və onların peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və həllinə böyük diqqət yetirib. "Yüksək etimad" adlı kitabı həkimlərin şəxsiyyət kimi formalaşmasında mühüm bir addım atıb. O, səhiyyə sahəsində kadr hazırlığının inkişafına və həkimlərin peşəkar təkmilləşməsinə öz həyatını həsr edib.

Alim tələbələrinə yalnız elmi bilikləri deyil, həm də həyatda doğru yol tapmağı, insanlara qarşı qayğıkeş yanaşmanı da öyrədib. Həkimlik sənətinə olan sadiqliyi, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və insanlara göstərdiyi diqqət onu həmkarlarının, tələbələrinin və xəstələrinin dərin hörmətini qazandırıb. Zərifə xanım Əliyeva oftalmologiya elminə verdiyi töhfələrə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki adına layiq görülüb.

Elm aləmində qazandığı nüfuzla kifayətlənməyən alim, ictimai fəaliyyət sahəsində də fəal mövqe nümayiş etdirib . O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi sülh və həmrəylik ideyalarının carçısı olub. Zərifə xanım bütün fəaliyyəti boyunca Azərbaycan oftalmologiya elminə günəş kimi işıq saçıb, bu sahənin inkişafına təkan verib, saysız-hesabsız insanın gözlərinə şəfa bəxş edib, ümid çırağı olub. Görkəmli alim gənc alimlərin yetişməsində mühüm rol oynayıb. Bu səbəbdəndir ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyəti Azərbaycan sərhədlərini aşaraq beynəlxalq aləmdə də yüksək dəyər qazanıb.

2023-cü ildə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olmuş Zərifə xanım Əliyevanın 100 illik yubileyi ölkə miqyasında geniş qeyd olunub ,silsilə tədbir və yığıncaqlar keçirilib.

Xalqına və.dövlətinə sədaqətlə xidmət edən Azərbaycanın Əməkdar elm xadimi Zərifə xanımın işıqlı əməlləri qəlbimizdə daim yaşayacaq və ona hörmət gətirəcəkdir.

Gülxarə Əhmədova, 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri