Icma.az
close
up
RU
Zərifə Əliyeva Tanrı vergisinə sahib insan

Zərifə Əliyeva Tanrı vergisinə sahib insan

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın müasir tarixində və dünya oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyeva aprel ayında dünyaya gəldiyi kimi, bu ayda da dünyasını dəyişib. Lakin cahana həyat bəxş edən Günəş bir damla suda əks olunduğu kimi, Zərifə xanım Əliyevanın da uca adı, təkrarsız şəxsiyyəti, ali insanlığı onun yadigar sözlərində, işıqlı əməllərində öz əksini taparaq yaşayır. Bir insanın, qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşa xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi, yalnız, Tanrı vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də, incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə minlərlə gözə nur verən Zərifə xanım Əliyeva, sözün əsl mənasında, Tanrı vergisinə sahib insan idi.

XX əsrdə respublikamızın elminin, mədəniyyətinin, ictimai-siyasi mühitinin yetişdirdiyi ən işıqlı, humanist, xeyirxah, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, Azərbaycan oftalmologiya məktəbinin yaradıcılarından biri olan akademik Zərifə xanım Əliyeva, məhz belə etalon şəxsiyyətlərdəndir. Öz dövrünün görkəmli həkim və səhiyyə təşkilatçısı, pedaqoq, SSRİ məkanında sayılıb-seçilən oftalmoloq alimlərdən biri olan Zərifə xanım Əliyeva həm də fəal içtimai xadim, humanist və kübar bir xanım, xeyirxah bir ziyalı, mehriban həyat yoldaşı, qayğıkeş ana, yüksək mədəniyyətə və incə zövqə malik Azərbaycan qadını kimi yaddaşlarda yaşayır. Zərifə xanımın o qədər də uzun olmayan ömründə keçdiyi parlaq həyat yolunu, tibbi, elmi, pedoqoji, ictimai fəaliyyətini öyrəndikcə, onun haqqında müasirlərinin xatirələrini oxuduqca, xüsusi ilə, gözünə işıq verdiyi, nur çilədiyi sadə insanların minnətdarlıq məktubları ilə tanış olduqca, bir daha bu qənaətə gəlirsən ki, bu cür insanları Tanrı cəmiyyətə nümunə üçün yaradır. İnsanlara xeyirxahlığın, şəfqətin, alicənablığın fərdin və cəmiyyətin həyatında nə qədər ali hisslər və ülvi məqsədlər olduğunu inandırmaq üçün yaradır.

Çox təəssüf ki, amansız ölümün bizdən erkən qopardığı Zərifə xanım Əliyeva onun dahi ömür-gün yoldaşı Heydər Əliyevin və əziz oğlu İlham Əliyevin rəhbərliyilə müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin, yüksək inkişafın canlı şahidi ola bilmədi. Lakin heç şübhəsiz, onun işıqlı ruhuna əyan oldu ki, Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edərək dövlətçiliyimizin möhkəm təməlini qoydu, ölkəmizi geniş, davamlı inkişaf yoluna çıxardı. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu aydın yolu böyük uğurla davam etdirərək tariximizin ən parlaq səhifələrinə fateh sərkərdə, qalib rəhbər kimi imza atdı. Heç şübhəsiz, Zərifə xanımın saf ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü dövlətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır. Sözsüz ki, unudulmaz Zərifə xanım Əliyevanın pak ruhunu sevindirən çox mühüm bir cəhət də var: Ulu öndər Heydər Əliyevlə Zərifə xanımın müqəddəs ocağının işığı, hərarəti Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində bütün Azərbaycana yayılıb.

Elşən SƏFƏROV,

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri