Icma.az
close
up
RU
Zərifə xanım Əliyeva: zəka və zərifliyin təcəssümü

Zərifə xanım Əliyeva: zəka və zərifliyin təcəssümü

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixdə elə şəxslər var ki, onların xalq qarşısındakı xidmətləri, fəaliyyətləri əvəzolunmaz, təkararsızdır. Məhz bu cür yüksək insani keyfiyyətləri özündə birləşdirən şəxslər qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri ilə yaddaşlara həkk olunurlar. Belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, akademik, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan oftalmoloq-alim Zərifə xanım Əliyevadır.

Aprelin 15-də Zərifə Əliyevanın anım gündür. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib. O ən ağır, mürəkkəb əməliyyatlar apararaq görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu yüksək insanlıq təkcə bilik, savadla deyil, gendən, Onun böyüdüyü ailədən gələn keyfiyyət idi. Akademik Zərifə Əliyevanın doğulub boya-başa çatdığı ailə, mühiti onun sonrakı taleyində, fəaliyyətində böyük rol oynayıb. Çünki O, atasının görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirib. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmış şəxsiyyətlərimizdəndir. Ə.Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət olmaqla yanaşı həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi hesab edilir. Sözsüz ki, belə bir ailədə böyüyən Zərifə xanım səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə hər zaman seçilirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında vacib yer tuturdu. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi. Onun alim kimi gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsullarını tətbiqi bu sahədə inqilabi dəyişikliyə səbəb olub. Çünki o dövrlərdə bu xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə səhiyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edirdi.
Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o,Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirir,həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib.
Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edirdi.
Elmi araşdırmalar nəticəsində Z.Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirib. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Eyni zamanda görkəmli Oftalmoloq 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Zəngin elmi fəliyyətinə hər zaman yüksək qiymət verilib. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Bu mənada Akademik Zərifə Əliyevanın alim kimi qazandığı uğurlar Azərbaycan tibb elminin tarixində böyük bir mərhələni əhatə edir. Zərifə Əliyeva təkcə elmi-pedaqoji fəaliyyətlə deyil, yüksək ixtisaslı gənc alim kadrların, oftolmoloq-həkimlərin yetişdirlməsində də müstəsna xidmətləri olub.
Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Məhz Zərifə Əliyevanın tələbələrinə zəngin həyat təcrübəsi öyrətməsi və onlara xüsusi diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, onun yetişdirdiyi kadrlar bu gün insanlarımızın sağlamlığının keşiyindədir. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Akademik Zərifə Əliyeva uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.Sözsüz ki, bütün bunlar çoxlu enerji tələb etsə də bu görkəmli Oftalmoloqun təbiəti üçün adi hal idi. Zərifə xanım eyni zamanda, ədəbiyyatı, musiqini çox sevir, ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusilə, təsviri incəsənət, rəsm əsərləri haqqında mülahizələri var idi. Bu mənada Zərifə Əliyeva həkim, alim, vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb. Zərifə Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Ağır və təhlükəli vaxtlarda belə Zərifə Əliyeva ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevi bir an belə tək qoymayıb, Onun dayağına çevrilib. Akademik Zərifə Əliyeva ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. O öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirmişdi. Onun xalq qarşısında ən böyük xidmətlərindən biri də böyüdüb boya-başa çatdırdığı övladıdır. Prezident İlham Əiyev Azərbaycan xalqının ən ümdə arzusuna 30 illik torpaq həsrətinə son qoyaraq ərazilərimizin düşməndən azad edilməsinə, tarixi ədalətin bərpa olunmasına nail oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev anası akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla xatırlayaraq bildirmişdir ki, “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri