Icma.az
close
up
RU
Zəriflik və fədakarlıq simvolu

Zəriflik və fədakarlıq simvolu

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya şöhrətli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Təqvimdə aprelin 15-i dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür.  Zərifə xanım Əliyeva bahar qızıdır. O, 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. 15 aprel 1985-ci ildə isə Moskvada vəfat edib.

Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu bir mayaka bənzəyir - çoxları ona oxşamaq, onun kimi uca məqama çatmağı arzulayır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.

Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyan görkəmli alim

Zərifə xanımın xarakteri elə formalaşmışdı ki, o, üzərinə həmişə daha çətin yük götürməyə çalışırdı. Peşə seçərkən də məhz bu prinsipdən çıxış edib. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

 Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, böyük siyasətçi Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olub, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Dünyada bu sahədə ilk elmi-tədqiqat laboratoriyasını da məhz o yaradıb. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.

Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi. O, bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bu gün də müəllim və tələbələrin stolüstü kitabları sayılan monoqrafiyalarını çap etdirməyə nail olub.

Heydər Əliyevin ömür-gün yoldaşı olmağın böyük məsuliyyəti

Zərifə xanım Əliyeva elmin zirvəsinə yüksəlsə də, şan-şöhrətə çatsa da, heç vaxt ailə dəyərlərimizi, adət-ənənələrimizi, ana və ömür-gün yoldaşı olmaq missiyalarını arxa plana keçirməyib. Elə Zərifə xanımın başqalarından fərqi, kamilliyi və bütövlüyü də məhz bu kimi keyfiyyətlərindədir.

Zərifə xanım sıradan bir insanın deyil, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi və bunun məsuliyyətini yaxşı başa düşürdü.  Onunla unikal şəxsiyyət olan Heydər Əliyevin ulduzunun barışması saf sevgi əsasında baş tutmuşdu. Onlar ömürlərinin sonunadək aralarındakı böyük məhəbbətə sadiq qaldılar və xalqımıza layiq övladlar böyütdülər. Burada da Zərifə xanımın təmkini, ağılı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini bütün miqyası ilə dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri