Icma.az
close
up
RU
Zərifliyin və kamilliyin vəhdəti ŞƏRH

Zərifliyin və kamilliyin vəhdəti ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir xalq üçün böyük xoşbəxtlikdir ki, onun yetirdiyi şəxsiyyətlər arasında bu cür nadir, dərin məzmunlu ömürlər yaşamış insanlar vardır. Bu şəxsiyyətlər gördükləri işlərlə birgə həm də yaratdıqları dəyərlər sistemi ilə gələcək nəsillərə istiqamət verirlər. Onların həyat yolu bir məktəb, fəaliyyətləri isə bir ideya platforması kimi cəmiyyətə xidmət edir. Belə böyük və nümunəvi şəxsiyyətlərdən biri də humanistliyi, ziyalılığı və yüksək intellekti ilə seçilən görkəmli oftalmoloq-alim, akademik, ictimai xadim Zərifə xanım Əliyevadır.

Akademik Zərifə xanım Əliyeva zəngin mənəvi dünyaya sahib, yüksək əxlaqi keyfiyyətləri ilə seçilən əsl ziyalı kimi mənalı və şərəfli bir ömür yaşamışdır. Onun həyatı elmə, insanlara və Vətənə xidmət nümunəsi kimi dəyərləndirilir. Oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ təşkil etmişdir. Onun elmi əsərləri yalnız nəzəri baxımdan deyil, praktik əhəmiyyətinə görə də yüksək qiymətləndirilmiş, tibbi təcrübədə geniş tətbiqini tapmışdır. Zərifə xanımın tədqiqatlarında qaldırılan problemlər, irəli sürülən yenilikçi müalicə üsulları və profilaktik yanaşmalar bu gün də aktuallığını qorumaqdadır. O, oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı araşdırmalarla bu sahədə yeni elmi istiqamətlərin formalaşmasına təkan vermişdir.

Onun təşəbbüsü ilə Azərbaycanda oftalmologiya sahəsində ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması ölkəmizdə tibbi elmin institusional inkişafında mühüm hadisə olmuşdur. Bu laboratoriya elmi araşdırmaların aparıldığı bir mərkəz olmaqla yanaşı yeni nəslin formalaşdığı, müasir tibbi düşüncənin inkişaf etdiyi bir ocaq idi. Zərifə xanım burada həm alim, həm müəllim, həm də təşkilatçı kimi fəaliyyət göstərərək, gənc kadrların yetişməsinə xüsusi diqqət yetirmişdir. Onun pedaqoji fəaliyyəti, tələbələrə və gənc həkimlərə yanaşması, peşə etikası ilə bağlı tövsiyələri bu gün də aktuallığını itirməmişdir.

Zərifə xanım Əliyevanın həkimlik fəaliyyəti xüsusi vurğulanmalıdır. O, yüksək peşəkarlığa malik praktik həkim idi. Onun həyata keçirdiyi mürəkkəb əməliyyatlar, minlərlə insana bəxş etdiyi şəfa, insanların həyatına qaytardığı işıq onun insanpərvərliyinin ən parlaq göstəricilərindən biridir. Görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşən insanlar üçün o, ümid ünvanı idi. Onun hər bir xəstəyə fərdi yanaşması, diqqəti, qayğısı və səmimiyyəti həkim peşəsinin ən ali dəyərlərini özündə ehtiva edirdi. O, hesab edirdi ki, həkim yalnız bilik və bacarıq sahibi deyil, eyni zamanda yüksək mənəviyyata malik bir insan olmalıdır.

Zərifə xanımın şəxsiyyətinin formalaşmasında onun böyüdüyü ailə mühitinin rolu əvəzsizdir. O, görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Əziz Əliyev Azərbaycan səhiyyəsinin inkişafında mühüm xidmətlər göstərmiş, öz zəngin fəaliyyəti ilə böyük nüfuz qazanmış şəxsiyyət idi. Onun həyat prinsipləri, yüksək intellekti və insani keyfiyyətləri Zərifə xanımın dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Atasının timsalında gördüyü nümunə ona həm peşəkar, həm də mənəvi baxımdan düzgün yol seçməyə kömək etmişdir. Bu ailədə hökm sürən ziyalılıq, əməksevərlik, xeyirxahlıq və vətənpərvərlik kimi dəyərlər onun həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Zərifə xanım Əliyeva eyni zamanda ailə dəyərlərinə sadiqliyi ilə seçilən bir insan olmuşdur. O, müasir Azərbaycanın memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Bu münasibət yalnız ailə bağları ilə məhdudlaşmır, eyni zamanda dərin qarşılıqlı hörmət, anlayış və mənəvi dəstəyə əsaslanırdı. Zərifə xanım ən çətin və məsuliyyətli dövrlərdə belə Ulu Öndər Heydər Əliyevin yanında olmuş, ona mənəvi dayaq vermişdir. Onun müdrikliyi, təmkinliliyi və uzaqgörənliyi ailənin möhkəmliyini təmin edən əsas amillərdən biri olmuşdur.

O, həm də qayğıkeş ana kimi övladlarının tərbiyəsinə xüsusi diqqət yetirmiş, onlara yüksək mənəvi dəyərləri aşılamışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində həmin ailə tərbiyəsinin, mənəvi irsin təsirini aydın şəkildə görmək mümkündür. Prezident İlham Əliyev anasının xatirəsini daim böyük ehtiramla yad edərək onun həyatındakı rolunu xüsusi vurğulamışdır. Bu, bir daha göstərir ki, Zərifə xanım güclü ailə dəyərlərinin daşıyıcısı idi.

Akademik Zərifə Əliyeva ictimai fəaliyyət sahəsində də fəal olmuşdur. O, müxtəlif beynəlxalq və ümumittifaq təşkilatlarında təmsil olunaraq sülh, elm və humanizm ideyalarının təbliğinə öz töhfəsini vermişdir. Onun bu fəaliyyəti Azərbaycan elminin və ziyalılıq ənənələrinin beynəlxalq müstəvidə tanınmasına xidmət etmişdir. Dövlət tərəfindən onun xidmətləri yüksək qiymətləndirilmiş, o, müxtəlif fəxri ad və mükafatlara layiq görülmüşdür.

Zərifə xanımın həyat fəlsəfəsi onun elmi və tibbi fəaliyyətində aydın şəkildə öz əksini tapırdı. O, hesab edirdi ki, həkimlik yalnız peşə deyil, həm də yüksək mənəvi məsuliyyət tələb edən bir missiyadır. Onun fikrincə, əsl həkim xəstənin ağrılarını dərindən hiss etməli, ona yalnız tibbi deyil, həm də mənəvi dəstək göstərməlidir. Bu yanaşma onun fəaliyyətinin əsasını təşkil etmiş, onu həmkarlarından fərqləndirən başlıca xüsusiyyətlərdən biri olmuşdur.

Bu gün Zərifə xanım Əliyevanın xatirəsi Azərbaycanda böyük ehtiramla yad edilir. Onun adı yalnız tibb elmi ilə deyil, eyni zamanda yüksək mənəviyyat, humanizm və ziyalılıq anlayışları ilə birgə çəkilir. Onun qoyub getdiyi elmi irs, yetişdirdiyi kadrlar və formalaşdırdığı dəyərlər sistemi bu gün də yaşayır və inkişaf edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva onun bu nəcib ənənələrini uğurla davam etdirərək, ölkəmizdə humanitar və sosial sahələrin inkişafına mühüm töhfələr verir.

Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti hər bir insan üçün örnəkdir. Onun ömür yolu bizə göstərir ki, insan yalnız yaşadığı dövrdə deyil, qoyduğu izlərlə də gələcəyə təsir edə bilər. O, öz zərifliyi, müdrikliyi və yüksək mənəviyyatı ilə yaddaşlarda əbədi yaşayır. Onun işıqlı xatirəsi hər zaman böyük ehtiram və sevgi ilə anılacaq, gələcək nəsillər üçün ilham mənbəyi olaraq qalacaqdır.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri