Icma.az
close
up
RU
“Zeytun Pharmaceuticals” barəsində tədbir görüldü

“Zeytun Pharmaceuticals” barəsində tədbir görüldü

“Zeytun Pharmaceuticals” MMC cərimələnib.

Pravda.az-ın xəbərinə görə, Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkətə inzibati tənbeh tətbiq edilib, cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: MMC-nin qanuni təmsilçisi Bəhruz Əvəz oğlu Şirəliyevdir.

Xəyal Quliyev

seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri