Icma.az
close
up
RU
Bravo barəsində tədbir görüldü

Bravo barəsində tədbir görüldü

Abşeron Rayon Məhkəməsində "Azərbaycan Supermarket" MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla MMC cərimələnib. 

Xatırlatma: Protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: MMC "Bravo" mağazalar şəbəkəsinin sahibidir.


Xəyal Quliyev

seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri